05 May 2019

Nigeriyada yanacaq tankeri partladı: 55 nəfər öldü

Nigeriyanın paytaxtı Niameydə hava limanı yaxınlığından keçən dəmir yolunda yanacaq tankeri partlayıb.

Xudaferin.eu Rusiya KİV-nə istinadən xəbər verir ki, qəzada 55 nəfər ölüb,36 nəfər yaralanıb

Nigeriyanın daxili işlər naziri Bazoum Muhammed bildirib ki, dünən axşam tanker park edərkən aşıb. Yanacaq sızdığını görən insanlar ətrafa toplaşıblar. Bu zaman əraziyə yaxınlaşan motosikletin motorundan sıçrayan qığılcım partlayışa səbəb olub.

 

xudaferin.eu