19 April 2019

Rusiyada tanınma nişanı məlum olmayan təyyarə endirilib

Rusiyanın Pskov vilayətində tanınma nişanı məlum olmayan təyyarə yerli aerodroma endirilib.

xudaferin.eu TASS-a istinadən xəbər verir ki, bu barədə regionun təcili xidmətindən bildirilib.

Bildirilib ki, yüngül mühərrikli təyyarənin pilot dispetçeri sorğulara cavab vermədiyindən onu Pskov rayon aerodromuna enməyə məcbur ediblər.

Pilot saxlanılıb və şəxsiyyəti araşdırılır. Onun Baltikyanı ölkələrin ərazisindən Rusiyanın hava məkanına daxil olduğu ehtimal edilir.

Fransa Prezidentinin reytinqi "Notr-Dam-de-Pari" kilsəsindəki yanğından sonra yüksəlib

Son günlər Fransa Prezidenti Emanuel Makronun reytinqi bir qədər artıb. 

xudaferin.eu “İnterfax”a istinadən xəbər verir ki, bunu BVA şirkətinin keçirdiyi rəy sorğusunun nəticələri göstərir. Belə ki, hazırda dövlət başçısının fəaliyyətini Fransa əhalisinin 32 faizi dəstəkləyir ki, bu da ayın əvvəlinə nisbətən 3 faiz çoxdur. 

Notr-Dam de-Pari kilsəsində yanğının mümkün səbəbi açıqlanıb

Fransa paytaxtında yerləşən Notr-Dam de-Pari kilsəsinin yanmasına qısa qapanmanın səbəb olduğu ehtimal edilir.

xudaferin.eu" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə polis əməkdaşına istinadən "Associated Press" məlumat yayıb.

Onun sözlərinə görə, təhqiqatçılar ehtimal edirlər ki, yanğın təsadüfən olub, bununla belə həm kilsə işçiləri, həm də binanın bərpası ilə məşğul olan mütəxəssislər dindirilir.