18 April 2019

Notr-Dam kilsəsinin bərpası üçün 1 milyard avro ianə yığılıb

Yanğından zərər çəkən Paris Notr-Dam kilsəsinin bərpası üçün yığılan ianənin məbləği 1 milyard avroya çatıb.

xudaferin.eu “Le Parisien” qəzetinə istinadla xəbər verir ki, ianə əsasən iri kompaniyalar və biznesmenlər, həmçinin Fransa Mədəniyyət Nazirliyinin seçdiyi 4 ictimai fond tərəfindən ödənilir. Qurumun rəhbəri Frank Riester özünün “Twitter” səhifəsində kilsənin bərpasına ianə köçürülməsi üçün internet portalın işə salındığını yazıb.

Cəbhədə gərginlik davam edir: düşmən iriçaplı pulemyotlardan kəndlərimizi atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəsi yenidən pozublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən xudaferin.eu-a verilən məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.