13 April 2019

Asəf Zeynallı niyə xristian qəbristanlığında dəfn olunub? ARAŞDIRMA (İlk dəfə)

Hər zaman məni düşündürən bir suala cavab tapmaq istəyirəm. Biz nədən bu qədər biganəyik? Səməd Behrəngini dəfələrlə hədələyirlər, işdən çıxarırlar, maaşını kəsirlər, ucqar kəndə sürgün edirlər, nəhayət “Balaca qara balıq” yazılıb məşhur olan kimi çayda boğurlar, ölüm aktını dəyişdirirlər. Biz bunu hələ də ehtimal kimi qəbul edirik. Şıxəli Qurbanovu nəzarətə götürür, izləyir, xəbərdarlıq edirlər. Müalicə üçün getdiyi stomatoloq dişinə iynə vuran kimi elə oradaca dünyasını dəyişir. Sonradan zəhərlənməsi məlum olsa da açıb-ağartmırıq.

“The Jakarta Post” qəzetində Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi barədə xüsusi məqalə dərc olunub

İndoneziyanın ingilis dilində nəşr edilən nüfuzlu “The Jakarta Post” qəzeti Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi barədə xüsusi məqalə dərc edib.

Xudaferin.eu xəbər verir ki, aprelin 12-də qəzetin internet versiyasında yerləşdirilən məqalə “Həftənin söhbəti: Azərbaycan 10 milyon klubuna daxil oldu” adlanır. Bildirilir ki, aprelin 6-da Bakıdakı xəstəxanada dünyaya gələn Mehriban Həsənova Azərbaycanın 10 milyonuncu vətəndaşı olub.

Özbəkistanda gənc şair Fərid Hüseynin kitabı çap olunub

Özbəkistanda gənc şair Fərid Hüseynin özbək və rus dillərinə tərcümə olunmuş “Səmərqənd divanı” kitabı çap edilib.

Xudaferin.eu xəbər verir ki, kitab Daşkənddəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin (AMM) dəstəyi ilə nəşr edilib. Layihənin rəhbəri AMM-in direktoru Samir Abbasovdur. Kitabın özbək və Azərbaycan dilindəki variantının “Ön söz”ünü Xalq yazıçısı Anar, rus variantını isə tərcüməçi Nicat Məmmədov yazıb.

Polşa Qərbi Balkan ölkələrinin tezliklə Avropa İttifaqına qəbul olunmasının tərəfdarıdır

Polşa və onun qonşuları Qərbi Balkan ölkələrinin tezliklə Avropa İttifaqına qəbul olunmasının tərəfdarıdır.

Xudaferin.eu xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Yasek Çaputoviç xarici işlər nazirlərinin Berlin prosesi çərçivəsində Varşavada keçirilən toplantısı zamanı deyib.

Yeniyetmə güləşçilərimiz “Victory Cup” turnirində üç medal qazanıblar

Antalyada yeniyetmə güləşçilər arasında “Victory Cup” turniri start götürüb.

Xudaferin.eu Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, yarışın ilk medalçıları müəyyənləşib. Yunan-Roma güləşçimiz Nihad Məmmədli (55 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Sərbəst güləşçilərimizdən Riad Aslanov gümüş, Zirəddin Bayramov (hər ikisi 55 kq) isə bürünc medal qazanıblar.

Turnirə aprelin 14-də yekun vurulacaq.

Xudaferin.eu

Fransada “sarı jiletlər” etiraz aksiyasının 22-ci aktı başlayıb

Fransada “sarı jiletlər” etiraz aksiyasının 22-ci aktı başlayıb.

Xudaferin.eu xəbər verir ki, nümayişçilər 22–ci akt üçün əsas şəhər kimi Paris və Tuluzu seçiblər. Ancaq sosial şəbəkələrdə nümayişçilər “Akt XXII: Tuluz sarı jiletlərin milli paytaxtıdır” deyərək Tuluza toplaşmağa çağırış ediblər.

Polis isə Parisdə Yelisey çölləri prospektində, Milli Assambleya yaxınlığında, eləcə də digər böyük şəhərlərin mərkəzlərində bütün nümayişləri qadağan edib.

Avropa çempionatının ikinci turunda altı şahmatçımız qalib gəlib

Aprelin 13-də Antalyada qadın şahmatçılar arasında Avropa çempionatının üçüncü turunun oyunları keçiriləcək.

Xudaferin.eu xəbər verir ki, ötən turda təmsilçilərimizdən altısı qələbə qazanıb. Güləşçilərimizdən Günay Məmmədzadə, Xəyalə Abdulla, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Türkan Məmmədyarova, Xanım Balacayeva ikinci turda rəqiblərini məğlub ediblər. Birinci turda qələbə qazanan Gülnar Məmmədova isə ötən turu heç-heçə başa vurub.

“Yaz festivalı” turnirində şahmatçılarımızın çıxışı davam edir

Macarıstanın paytaxtı Budapeştdə keçirilən şahmat üzrə "Yaz festivalı”nın dördüncü turunun oyunlarına yekun vurulub.

Xudaferin.eu xəbər verir ki, Azərbaycan şahmatçısı Vüqar Əsədli dördüncü turda rusiyalı Artyom Timofeyev ilə heç-heçə edib. Aktivində 3 xal olan təmsilçimiz növbəti turda serbiyalı Robert Markus ilə qarşılaşacaq. Digər təmsilçilərimiz Nail Bəşirli Marcin Krzyzanovskiyə məğlub olub, Zaur Bayramov ukraynalı Taron Şagbazyan ilə heç-heçə edib.

Üç turdan sonra N.Bəşirlinin 2,5, Z.Bayramovun 2 xalı var.