12 April 2019

BDU-nun alimləri Oksford Universitetinə dəvət olunublar

Bakı Dövlət Universitetinin (BDU) mexanika-riyaziyyat fakültəsinin hesablama riyaziyyatı kafedrasının professoru Vaqif İbrahimov və həmin kafedranın dosenti Mehriban İmanova Oksford Universitetinin təşkilatçılığı ilə aprelin sonunda keçiriləcək konfransda iştirak etmək üçün dəvət alıblar.

Xudaferin.eu xəbər verir ki, “Hesablama riyaziyyatının müasir istiqamətləri” mövzusunda konfransda alimlərin çıxışları və təqdim etdikləri məqalələrin nüfuzlu jurnallarda dərc edilməsi nəzərdə tutulur.

Pakistan universitetində “Azərbaycan Diplomatiyasının 100 illiyi: Azərbaycan-Pakistan əlaqələri” mövzusunda məruzə dinlənilib

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Hərbi Dəniz Qüvvələrinin nəzdində fəaliyyət göstərən Bəhriyə Universitetində “Azərbaycan Diplomatiyasının 100 illiyi: Azərbaycan-Pakistan əlaqələri” mövzusunda məruzə edib.

Polşalı alim Azərbaycan Texnologiya Universitetinin tələbələrinə ustad dərsi keçir

Polşanın Silesiya Texnologiya Universitetinin alimi Maçi Volnı “Erasmus+” proqramı çərçivəsində Azərbaycan Texnologiya Universitetinin (ATU) tələbələrinə beş günlük ustad dərslərinə başlayıb.

Xudaferin.eu xəbər verir ki, ustad dərsləri “Excel” funksiyalarından istifadə edərək sadə statistik hesablama, məlumat təhlili, statistikanın əsas şərtləri və tədqiqatda istifadəsi, nəticələrin analizi, hipotez testlərinin aparılması, effektiv və məhsuldar tədqiqat işinin yazılması başlıqlarını əhatə edəcək.

Şəhidlərin xatirəsinə ehtiram

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenko aprelin 12-də Şəhidlər xiyabanını ziyarət edib.

Xudaferin.eu xəbər verir ki, Valentina Matviyenko ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Xudaferin.eu

Moldovanın 10-dan çox aviaşirkətinin Avropa İttifaqı ölkələrinə uçuşlarına qadağa qoyulub

Moldovanın 10-dan çox aviaşirkətinin Avropa İttifaqı ölkələrinə uçuşuna qadağa qoyulub.

Xudaferin.eu Moldovanın Milli Aviasiya İdarəsinə istinadla xəbər verir ki, qadağaya səbəb həmin şirkətlərin təhlükəsizliyə dair Avropa sertifikatının olmamasıdır. Bunlar “Tandem Aero SRL”, “Valan ICC SRL”, “Aim Air SRL”, “Oscar Jet SRL”, “Air Stork SRL”, “MEGAviation SRL”, “Pecotox-Air SRL”, “Терра Авиа SRL”, “Fly Pro SRL”, “Moldaeroservice и Diplomat Air SRL” aviaşirkətləridir. Qadağa ilə bağlı qərar artıq qüvvəyə minib.

Xudaferin.eu

Okeanın dərin qatlarında neftlə qidalanan bakteriyalar aşkarlanıb

East Anglia Universitetinin (UEA) alimləri okean çökəkliyində mikroskopik canlılar haqqında yeni məlumatlar əldə ediblər.

Xudaferin.eu xarici KİV-lərə istinadla xəbər verir ki, dünyanın ən dərin çökəkliyi olan Marian çökəkliyi alim və tədqiqatçıların diqqətini cəlb edir. Tədqiqat rəhbərlərindən olan Xiao-Hua Zhang deyib: “Biz Mars barədə dənizin ən dərin hissələrindən daha çox məlumatlıyıq”.

Filippin ordusu 9 ekstremisti məhv edib

Filippinin cənubunda hökumətin təhlükəsizlik qüvvələri ilə Əbu-Səyyaf silahlı qruplaşması arasında baş vermiş atışmalarda 9 ekstremistin öldürüldüyü bildirilir.

Xudaferin.eu Sinxua agentliyinə istinadla xəbər verir ki, silahlı qruplaşmanın 120 nəfərli üzvü Sulu əyalətindəki Patikul qəsəbəsində təhlükəsizlik qüvvələri ilə bir sutka davam edən şiddətli atışmaya girib. Əbu-Səyyaf qruplaşmasının 9 üzvünün öldürüldüyü döyüşdə 19 ekstremist də yaralanıb.

Azərbaycanlı rejissor Qazaxıstanda yeni səhnə əsəri hazırlayıb

Azərbaycanlı rejissor Mikayıl Mikayılov Qazaxıstanda növbəti tamaşaya quruluş verib.

Xudaferin.eu xəbər verir ki, K.S.Stanislavski adına Karaqanda Rus Dram Teatrında hazırlanan tamaşa rejissorun özü tərəfindən F.M.Dostoyevskinin “Dayımın yuxusu” povesti əsasında hazırlanıb. Rejissor səhnə əsərinin janrını “ikihissəli skandal-karnaval” kimi təyin edib. Tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayevdir.

Türkiyə Fransada “erməni soyqırımı” günü təsis olunmasına reaksiya verib

Fransada qondarma “erməni soyqırımı” günü təsis edən Prezident Emmanuel Makron Əlcəzairdə müharibə zamanı kütləvi qətlləri xatırlamalıdır. Fransa öz qaranlıq tarixinə baxsın, Türkiyəyə dərs verməsin.

Xudaferin.eu Anadolu agentliyinə istinadla xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO Parlament Assambleyası çərçivəsində Antalyada keçirilən Rouz-Rot seminarında fransız deputat Sonia Kriminin PKK barədə mülahizələrinə cavab olaraq söyləyib.