10 April 2019

Baş nazir Mamuka Baxtadze: Gürcüstan və Azərbaycan strateji tərəfdaşlardır

Gürcüstanın və Azərbaycan strateji tərəfdaşlardır. Hər iki ölkə tarixi layihələrin həyata keçirilməsinə birgə imza atıblar. Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Cənub Qaz Dəhlizi kimi böyük enerji layihələri mühüm əhəmiyyət daşıyır. Bu gün də vacib infrastruktur layihələri həyata keçiririk. Xəzər dənizinin sərvətlərindən, imkanlarından daha çox bəhrələnməklə, Avropanın enerji təhlükəsizliyini daha çox təmin edə bilərik. Azərbaycanla birlikdə böyük layihələrdə iştirakımızdan çox məmnunuq.

Hindistanda tunelin çökməsi nəticəsində 10 nəfər həlak olub

Hindistanın Narayanpet şəhərində tikilməkdə olunan tunelin divarının dağılması nəticəsində azı 10 nəfər ölüb, yaralananlar var.

Xudaferin.eu Zee News telekanalına istinadla xəbər verir ki, bu barədə yerli polis rəisi məlumat yayıb.

İnsident nəticəsində həlak olanların hamısı inşaat işçiləridir. Yerli hakimiyyət ölənlərin sayının artacağından ehtiyatlanır. Belə ki, dağıntılar altında qalan insanların dəqiq sayı bilinmir. Hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam edir.

Xudaferin.eu

Rusiya Prezidenti soydaşımızı mükafatlandırıb

Soydaşımız Ruslan Bayramov “Vətən qarşısında xidmətlərə görə” ordenin II dərəcəli medalı ilə təltif edilib.

Xudaferin.eu xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin Fərmanı ilə Kaluqa vilayətində həyata keçirilən “ETNOMİR” layihəsinin rəhbəri, “Mədəniyyətlərin dialoqu-vahid dünya” Beynəlxalq Xeyriyyə Cəmiyyətinin prezidenti, azərbaycanlı Ruslan Bayramov “Vətən qarşısında xidmətlərə görə” ordenin II dərəcəli medalı ilə təltif edilib. Fərmanın mətni hüquqi informasiya rəsmi internet-portalında yerləşdirilib.

Paris aeroportunun özəlləşdirilməsi ilə bağlı referendum keçirilməsi təklif olunub

Paris aeroportunun özəlləşdirilməsi ilə bağlı hökumət və deputatlar arasında fikir ayrılığı yaranıb.

Xudaferin.eu xəbər verir ki, hökumət Paris aeroportunun özəlləşdirilməsi təklifini irəli sürüb. Bu təklif ölkədə birmənalı qarşılanmayıb. Fransanın 218 senator və deputatı aeroportun özəlləşdirilməsinə qarşı çıxaraq, bununla bağlı bölüşən “birgə təşəbbüs referendum”u keçirilməsini təklif ediblər. Referendumla bağlı hər iki palatanın deputatları imzatoplama kampaniyasına başlayıblar.

İranın Sərhəd Mühafizə Xidmətinə məxsus helikopter qəzaya uğrayıb

Bu gün səhər saatlarında İranın Sərhəd Mühafizə Xidmətinə məxsus olan helikopter İran-Türkiyə sərhədində müşahidə uçuşu yerinə yetirərkən qəzaya uğrayıb.

Xudaferin.eu xəbər verir ki, qəza İranın Qərbi Azərbaycan vilayətinin inzibati mərkəzi olan Urmiya şəhərinin yaxınlığında baş verib.

Qərbi Azərbaycan valisinin siyasi məsələlər üzrə müavini Əli Mustofavi mətbuat nümayəndələrinə bildirib ki, qəza zamanı helikopterdə 9 nəfər olub. Onlardan 1-i həlak olub, 8-i isə yaralanıb. Yaralıların vəziyyəti sabitdir.

Türkiyədə polisin yaradılmasının 174-cü ildönümü qeyd edilir

Aprelin 10-da Türkiyə polisinin yaradılmasının 174-cü ildönümü qardaş ölkədə geniş qeyd olunur.

Xudaferin.eu xəbər verir ki, 174 il əvvəl - 1845-ci il aprelin 10-da “Polis Nizamnaməsi”nin qəbul edilməsi ilə Türkiyə polisi rəsmən fəaliyyətə başlayıb.

Ötən ilin statistik göstəricilərinə əsasən, Türkiyənin polis təşkilatının sıralarında 292 min 208 əməkdaş çalışır. Onların 276 min 94-ü təhlükəsizlik xidmətlərində, 16 min 114-ü isə digər sahələrdə fəaliyyət göstərir.