09 April 2019

“Əbədi həsrət” kitabı İkinci Dünya müharibəsində iştirak edən ağdamlılardan bəhs edir

Böyük Vətən müharibəsinin başa çatmasından, bəşər tarixinin ən qanlı savaşında top və tank mərmilərinin, pulemyot və avtomat səslərinin susmasından 74 il keçir. Lakin aradan bu qədər uzun vaxt keçməsinə baxmayaraq, müharibənin göynərtiləri və ağrı-acıları unudulmur.

Xudaferin.eu xəbər verir ki, Böyük Vətən müharibəsinə Ağdam rayonundan 7361 nəfər yola düşüb. Onlardan 4500 nəfəri cəbhədə həlak olub, 511 nəfəri isə əlil kimi geri qayıdıb.

Tbilisidə keçirilən tədbirdə 9 Aprel və 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Bu gün Tbilisidə Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) təşkilatçılığı ilə 9 Aprel faciəsinin 30-cu ildönümünə həsr olunmuş “9 Aprel- Azadlıq və Vətən uğrunda fədakarlıq” mövzusunda dəyirmi masa keçirilib.

Xudaferin.eu xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Tbilisinin mərkəzi Rustaveli prospektində, 9 Aprel faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklil və gül dəstələri düzüblər.

Macarıstanda İbn Sina İnstitutunun açılışı olub

Macarıstanda İbn Sina adına Yaxın Şərq Tədqiqatları İnstitutunun açılışı olub. 

Xudaferin.eu xəbər verir ki, institutun binasının yerləşdiyi Budapeştin yaxınlığındakı Pilişçabedə keçirilən açılış mərasimində Macarıstanın Baş naziri Viktor Orban iştirak edib. Bu elm ocağının yaradılmasında məqsəd İslam dininin tədqiqi və Macarıstan ilə müsəlman ölkələrinin siyasi və iqtisadi əlaqələrinin möhkəmlənməsinə töhfə verməkdir.