08 April 2019

Diaspor liderinin doğum günüdür-TƏBRİK

Xudaferin.eu xəbər verir ki, bu gün Azərbaycan diasporunun tanınmış simalarından biri Avropa Azərbaycanlıları Konqresinin Prezidenti, Dünya Azərbaycanlıları Əlaqələndirmə Surasının üzvü , Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Niderland Krallığında rəsmi təmsilçisi, Brusseldə "Avropa Parlamenti"ndə, Lüksemburqda "Avropa Komissiyası"nda və Strasburqda "Avropa Şurası"nda lobbis kimi akkreditə olunmuş Sahil Qasımovun doğum günüdür.

Sinxua agentliyi Azərbaycan əhalisinin sayının 10 milyona çatmasından yazır

Çinin milli xəbər agentliyi Sinxua Azərbaycan əhalisinin sayının 10 milyona çatması haqqında məlumat yayıb.

Xudaferin.eu xəbər verir ki, agentliyin internet səhifəsində yerləşdirilən xəbərdə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu əlamətdar hadisə münasibətilə Azərbaycan xalqını təbrik etdiyi bildirilib.

Sinxuanın məlumatında Azərbaycan əhalisinin cins tərkibi, habelə şəhərlərdə və kəndlərdə yaşayanların ümumi əhali sayındakı faiz nisbəti göstərilib.

Xudaferin.eu

Gənc yunan-Roma güləşçimiz Dağıstanda gümüş medal qazanıb

Dağıstanın Kaspiysk şəhərində gənc yunan-Roma güləşçiləri arasında Surakat Asyatilovun xatirə turniri keçirilib.

Xudaferin.eu Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, yarışda gənclərdən ibarət yığmamızın üzvü Zaur Əliyev (55 kq) gümüş medal qazanıb.

Xatırladaq ki, beynəlxalq dərəcəli hakim Cəlal Bahadurov bu yarışda ədaləti qoruyub.

Xudaferin.eu

“Nəsimi ili”ndə Nəsimi poeziyasına fərqli yanaşmalar nümayiş olunacaq

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Bakı Uşaq Teatrının İmadəddin Nəsimiyə həsr etdiyi festivala sayılı günlər qalıb. Belə ki, teatr özünün “Bir teatr, bir festival” layihəsi çərçivəsində gerçəkləşdirəcək üçüncü “Bizim teatr festival”ını “Nəsimi ili”nə həsr edəcək.

Baş İdarədən yayılan xəbərə görə, “Nəsimi ili - Nəsimi dili” adlandırılacaq festival aprelin 12-13-də Aktyor Evində gerçəkləşəcək.

Türkiyə Prezidentinin Rusiyaya işgüzar səfəri başlayıb

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Moskvada danışıqlara başlayıblar.

Xudaferin.eu xəbər verir ki, Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğanın Rusiyaya işgüzar səfəri çərçivəsində baş tutan görüşdə prezidentlər ikitərəfli münasibətlərə dair məsələləri müzakirə edəcəklər. Bundan əlavə, prezidentlər iki ölkənin işgüzar dairələri ilə görüşəcək, axşam isə Böyük Teatrda Rusiya və Türkiyə qarşılıqlı Mədəniyyət və Turizm İlinin açılışında iştirak edəcək, Ankara Opera və Balet Teatrı artistlərinin ifasında “Troya” operasına tamaşa edəcəklər.

Gürcüstan parlamenti orta məktəblərdə buraxılış imtahanlarını ləğv edib

Gürcüstan parlamenti orta məktəblərdə buraxılış imtahanlarının ləğvi ilə bağlı hökumətin təşəbbüsünü dəstəkləyib.

Xudaferin.eu xəbər verir ki, layihə aprelin 5-də səsvermədən keçməmişdi. Bu gün layihə üçüncü oxunuşda yenidən səsverməyə çıxarılıb. Deputatlardan 80 nəfəri qanun layihəsinin lehinə, 8-i isə əleyhinə səs verib.