06 April 2019

Litvada prezident seçkilərində iştirak edəcək altı namizədin adı açıqlanıb

Litva Mərkəzi Seçki Komissiyası mayın 12-də keçiriləcək prezident seçkilərində iştirak edəcək ilk 6 namizədin adını açıqlayıb.

Xudaferin.eu xəbər verir ki, Vityanis Povilas-Andryukaytis, Arvidas Yuzaytis, Valdemar Tomaşevski, İnqrida Şimonte, Qitanas Nauseda və Sauyus Skvernyalis namizədliklərinin qeydə alınması üçün tələb olunan imzaları Litva Mərkəzi Seçki Komissiyasına təqdim ediblər.

Daha üç namizədin məsələsinə gələn həftə baxılacaq.

Xudaferin.eu

Misirin Soxaq əyalətində 50-dən çox siçan, pişik və şahin quşu mumiyaları aşkar olunub

Misirin cənubundakı Soxaq əyalətində Ptolemeylər dövrünə aid (bizim eradan əvvəl IV-I əsrlər) yaxşı vəziyyətdə qalmış divarüstü yazılar və toxunulmamış çoxlu miqdarda heyvanların mumiyaları olan məzarlıq aşkar edilib.

Xudaferin.eu xəbər verir ki, bu barədə Misirin Qədim Abidələr üzrə Nazirliyi məlumat yayıb.

Mərakeş qəzetində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı məqalə dərc edilib

Mərakeşin “Əl-İslah və Ət-Tənmiyə” qəzetində Azərbaycanın Mərakeşdəki səfiri Oktay Qurbanovun müəllifi olduğu “31 mart - Azərbaycanlıların Soyqırımı Günü” sərlövhəli məqalə dərc edilib.

Xudaferin.eu xəbər verir ki, məqalədə 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş qırğınlar barədə ətraflı məlumat verilir. Bildirilir ki, Azərbaycan xalqı hər il 31 mart tarixində azərbaycanlılara qarşı törədilmiş bu dəhşətli cinayətin qurbanlarını yad edir.

Qazaxıstanlı tələbə Azərbaycan dilini öyrənib və ölkəmizə maraq göstərir

Azərbaycan-Qazaxıstan arasında mövcud olan qardaşlıq və dostluq, strateji tərəfdaşlıq münasibətləri Qazaxıstan gənclərində ölkəmizə marağı artırır.

Xudaferin.eu xəbər verir ki, Qazaxıstan Avrasiya Milli Universitetinin birinci kurs tələbəsi Aliya Kairova Azərbaycan dilində sərbəst danışa bilir.

O, Azərbaycan dilini Azərbaycan filmlərinə baxaraq, kitablar oxuyaraq öyrənib. Türkdilli xalqların dilləri arasında Azərbaycan dilinin daha da xoşuna gəldiyini, onu asanlıqla öyrənə bildiyini deyir. Aliya Azərbaycan, türk, ingilis, ispan, və fransız dillərini bilir.

Yeni Zelandiyada terror aktlarına görə saxlanılan şəxs psixiatrik ekspertizaya göndəriləcək

Yeni Zelandiya məhkəməsinin hakimi Kraystçörç şəhərindəki iki məsciddə 50 nəfəri öldürən Avstraliya vətəndaşı Brenton Tarrantın psixiatrik ekspertizaya göndərilməsi barədə qərar qəbul edib.

Xudaferin.eu xəbər verir ki, bu barədə “Stuff” portalı məlumat yayıb.

Bildirilir ki, aprelin 5-də Oklend türməsində xüsusi nəzarət altında saxlanılan 29 yaşlı B.Tarrant videoəlaqə vasitəsilə məhkəmə dinləmələrində iştirak edib.

Əvvəlcə B.Tarrantın özünü müdafiə edəcəyi bildirilsə də, sonradan iki vəkil Şeyn Teyt və Conatan Hadson onu müdafiə etməyə razılıq veriblər.

Almaniya, Fransa və Küveyt İrana humanitar yardım edir

Beynəlxalq Qırmızı Xaç Komitəsinin sədri Piter Maurerin ötən həftə BMT-nin Nyu-Yorkda keçirilən iclasındakı tənqidi çıxışından sonra İrana humanitar yardımlar daxil olmağa başlayıb.

Xudaferin.eu xəbər verir ki, İranda yağan aramsız yağışlar nəticəsində martın 17-dən 26-na qədər ölkənin 24 vilayətində daşqınlar olub, sel suları şəhər və kəndlərin infrastrukturunu dağıdıb, 50 mindən çox ev uçub, 70 nəfər həlak olub, 700-dən çox adam yaralanıb. Ümumilikdə ölkə iqtisadiyyatına 917 milyon dollar həcmində ziyan dəyib.

Böyük Britaniyada “qeyri-Avropa” pasportlarının verilməsinə başlanılıb

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi “Avropa İttifaqı” sözünün olmadığı pasportların verilməsinə başlayıb.

Xudaferin.eu “Independent” qəzetinə istinadla xəbər verir ki, cildinin ön tərəfində “Avropa İttifaqı” sözü yazılmayan qırmızı rəngli pasportlar 2019-cu il martın 30-dan etibarən dövriyyəyə buraxılıb. “Əldə olan ehtiyatları istifadə etmək və vergiödəyicilərinin daha çox mənfəət götürməsini təmin etmək üçün “Avropa İttifaqı” sözlərinin yazıldığı pasportlar həmin tarixdən sonra qısa müddət ərzində buraxılacaq”, - deyə XİN-in rəsmi nümayəndəsi bildirib.

Pakistan 360 Hindistan vətəndaşını həbsxanalardan buraxmaq niyyətindədir

İslamabad xoşməramlı addım olaraq 360 Hindistan vətəndaşını, o cümlədən Pakistanın ərazi sularında balıq ovuna görə tutulan 355 balıqçını həbsxanalardan azad etmək niyyətindədir.

Xudaferin.eu NDTV telekanalına istinadla xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məhəmməd Feysəl deyib.

“Biz bu addımı xoşməramlı jest qismində atırıq və Hindistanın buna cavab verəcəyinə ümid bəsləyirik. Pakistan 360 hindistanlı dustağı həbsxanadan azad edəcək, onların 355-i balıqçı, 5-i isə digər mülki şəxslərdir”, - deyə Feysəl bildirib.

Gürcüstanın Laqodexi rayonunda Azərbaycandilli yeni məktəb tikiləcək

Gürcüstanın Laqodexi rayonunda azərbaycanlıların yaşadığı kəndlərdə bir sıra yeni infrastruktur layihələri həyata keçiriləcək.

Xudaferin.eu xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Gürcüstan parlamentinin deputatı Quram Maçaraşvili deyib.

Onun sözlərinə görə, Gürcüstan hökumətinin dəstəyi ilə Laqodexi rayonunun Qabal kəndində Azərbaycandilli yeni məktəb açılacaq.