04 April 2019

“Taliban” Əfqanıstan təhlükəsizlik qüvvələrinin 20 əsgərini öldürüb

“Taliban” yaraqlılarının hücumu nəticəsində Əfqanıstan təhlükəsizlik qüvvələrinin 20 əsgəri öldürülüb. 

Xudaferin.eu “DawnNews” saytına istinadla xəbər verir ki, ABŞ-ın sülh elçisi ilə danışıqların davam etdiyi bir vaxtda hökumət qüvvələrinin yerləşdiyi hərbi bazaya minaatanlar və avtomat silahlardan atəş açılıb.

Cocuq Mərcanlı yolunun kənarına Aprel zəfərindən ötən hər gün üçün bir ağac əkilib

Aprelin 4-də Təhsil və Müdafiə nazirliklərinin birgə təşkilatçılığı ilə Füzuli rayonunda və Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində 2016-cı il Aprel zəfərinin üçüncü ildönümünə həsr olunmuş tədbirlər keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanın müasir hərb tarixinin zəfər səhifəsi sayılan Aprel döyüşlərinin üçüncü ildönümünü qeyd etmək, yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsinə töhfə verməkdir.

İçərişəhər haqqında videomaterial qalampir.uz portalında

Özbəkistanın qalampir.uz portalı Bakı şəhərində keçirilən Novruz şənliyi, şəhərin turizm imkanları, tarixi və mədəniyyəti, İçərişəhər haqqında videomaterial təqdim edib.

Xudaferin.eu xəbər verir ki, videomaterial bu yaxınlarda Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə bir qrup özbək jurnalistin Azərbaycana təşkil olunmuş mediaturu çərçivəsində hazırlanıb.

Videomaterialda bildirilir ki, V-XII əsrlərə aid olan İçərişəhər 221 min kvadratmetr sahəyə malik ərazini əhatə edir.

Özbəkistanda “Məndə sığar iki cahan” adlı poeziya müsabiqəsi elan edilib

Azərbaycanda keçirilən “Nəsimi ili” ilə əlaqədar Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Özbəkistanda “Məndə sığar iki cahan” adlı poeziya müsabiqəsi elan edib.

Xudaferin.eu xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2019-cu ilin “Nəsimi ili” elan olunması ilə əlaqədar Mədəniyyət Mərkəzi il ərzində Daşkənddə silsilə tədbirlərin keçirilməsini planlaşdırır.

FHN: “Diqlas” ticarət mərkəzi söküləcək

Bakının Nizami rayonu ərazisindəki “Diqlas” ticarət mərkəzi söküləcək.

Xudaferin.eu xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumatda bildirilib ki, mütəxəssislər “Diqlas” ticarət mərkəzinin sökülməsi ilə bağlı rəy veriblər.

Xatırladaq ki, martın 26-da Bakı şəhərinin Nizami rayonundakı Qara Qarayev prospektində yerləşən “Diqlas” ticarət mərkəzi yanıb.

Kiyev meriyası İmadəddin Nəsiminin heykəlinin ucaldılmasına dair rəsmi qərar verib

Kiyev Şəhər Dövlət Administrasiyası xalqımızın çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin heykəlinin ucaldılmasına dair rəsmi qərar verib.

Dövlət Administrasiyasından AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın Ukraynadakı səfirliyinin sifarişi ilə Kiyevdə mərkəzi parkların birində İmadəddin Nəsiminin heykəlinin ucaldılmasına dair qərar səfirliyə təqdim olunub.

Cəfər Cabbarlının 120 illiyinə həsr olunmuş dəyərli töhfə

Aprelin 4-də Milli Kitabxanada Cəfər Cabbarlının anadan olmasının 120 illiyinə həsr olunmuş elmi konfrans və professor Asif Rüstəmlinin “Cəfər Cabbarlı və milli istiqlal hərəkatı” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə reallaşıb.