02 April 2019

Sankt-Peterburq Hərbi Kosmik Akademiyasında partlayış baş verib

Sankt-Peterburdakı A.F.Mojayski adına Hərbi Kosmik Akademiyasında partlayış baş verib.

Xudaferin.eu xəbər verir ki, “RİA Novosti” agentliyinin yaydığı xəbərə görə, akademiyanın ikinci mərtəbəsindəki sinif otağında mina partlayıb. Nəticədə dörd kursant yaralanıb. Binanın ikinci mərtəbəsinə qalxan pilləkən çökdüyündən 20 nəfər ikinci mərtəbədə köməksiz qalıb.

Xudaferin.eu

Baş nazir Novruz Məmmədov: Azərbaycan-Qazaxıstan əlaqələrinin daha da inkişaf etdirilməsi üçün yaxşı potensial var

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov aprelin 2-də Qazaxıstan Respublikasının rəqəmsal inkişaf, müdafiə və aerokosmik sənaye naziri Askar Jumaqaliyev ilə görüşüb.

Xudaferin.eu xəbər verir ki, görüşdə Azərbaycan-Qazaxıstan münasibətlərindən danışan Novruz Məmmədov dost və qardaş ölkələrimiz, xalqlarımız arasında tarixən çox yaxşı əlaqələrin mövcud olduğunu bildirib.

“Qarabağ: ulu vətənimiz” kitabı nəşr olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun daş dövrü arxeologiyası şöbəsinin müdiri, professor Əsədulla Cəfərovun “Qarabağ: ulu vətənimiz” adlı kitabı çapdan çıxıb.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, nəşrin rəyçiləri tarix elmləri doktoru, professor Abbas Seyidov və tarix elmləri doktoru Qafar Cəbiyevdir.

“Mən səninləyəm, Ana Vətən” bədii-sənədli filmin təqdimi olub

Aprelin 2-də Nizami Kino Mərkəzində “Mən səninləyəm, Ana Vətən” bədii-sənədli filmin təqdimatı keçirilib.

Xudaferin.eu xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi, Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə reallaşan tədbirdə iştirakçılar əvvəlcə mərkəzin foyesində Aprel şəhidlərinə həsr olunmuş stendə baxıblar.

Təqdimat mərasimdə Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Gürcüstanda uşaq bağçasında kütləvi zəhərlənmə olub

Gürcüstanın Telavi rayonunun Buşeti kəndində uşaq bağçasında kütləvi zəhərlənmə olub.

Xudaferin.eu xəbər verir ki, 20-dən çox uşaq zəhərlənib.

Onlardan 13-ü intoksikasiya diaqnozu ilə Telavi rayon xəstəxanasına yerləşdirilib.

Zəhərlənmənin səbəbi hələ məlum deyil. Uşaqların içməli sudan zəhərləndiyi ehtimal olunur.

Uşaq bağçası araşdırmalar başa çatana qədər müvəqqəti olaraq bağlanıb.

Gürcüstanın Milli Qida Agentliyi müəssisədə araşdırma aparır.

Xudaferin.eu