01 April 2019

Türkiyə Azərbaycandan xam neft idxalını artırıb

Yanvarda Türkiyə Azərbaycandan 78 min ton xam neft idxal edib.

Xudaferin.eu xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb. Bildirilir ki, yanvarda Türkiyənin Azərbaycandan idxal etdiyi xam neftin həcmi ötən ilin dekabr ayı ilə müqayisədə 5 dəfəyədək artıb. İlin ilk ayında Azərbaycandan neft idxalının Türkiyənin ümumi neft idxalındakı payı isə 2,53 faiz olub.

Ötən ilin dekabrda Türkiyə Azərbaycandan 15,7 min ton xam neft idxal etmişdi.

İstanbulda səslərin yenidən hesablanması nəticəni dəyişə bilər

İstanbulun bələdiyyə sədri seçkilərində səslərin yenidən hesablanması hazırkı nəticəni dəyişə bilər.

Xudaferin.eu Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, bunu bələdiyyə sədri postuna namizədliyi Ədalət və İnkişaf Partiyasından irəli sürülən Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım deyib.

Çexiyada yeniyetmələrin Avropa kubokunda komandamız tam heyətlə təmsil olunacaq

Aprelin 6-7-də Çexiyanın Teplitse şəhərində keçiriləcək Avropa kubokunda yeniyetmə oğlanlardan ibarət milli komandamız tam heyətlə iştirak edəcək.

Xudaferin.eu xəbər verir ki, komandanın heyətində İsmayıl Qənbərli, Samir Piriyev, Nicat Ağazadə (50 kq), Nicat Məmmədli, Kamran Süleymanov, Şükran Zamanlı, Aydın Rzayev (55 kq), Turan Bayramov, Namiq Mirzəliyev, Əli Əkbərli, Dilavər Abışov (60 kq), Mətin Rzazadə, Nahid İsmayılov (66 kq), Elcan Hacıyev (73 kq), Adil Adizadə, Əlirza Şıxəlizadə (81 kq), Məhəmməd Əhmədov, Ruslan Nəsirli (+90 kq) mübarizə aparacaqlar.

“Azərbaycan alimləri diasporu” informasiya sistemi istifadəyə verilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən yaradılan “Azərbaycan alimləri diasporu” informasiya sistemi – www.elmidiaspora.az saytı istifadəyə verilib.

Saytın yaradılmasında əsas məqsəd xarici ölkələrdə yaşayan Azərbaycan alimləri haqqında vahid informasiya bazasının formalaşdırılması, onların əldə etdiyi elmi nailiyyətlərin ölkə və dünya ictimaiyyətinə tanıdılması, həmçinin əməkdaşlıq imkanlarının genişləndirilməsidir.

Elmi seminar: “Horizon 2020” proqramında Azərbaycan alimlərinin iştirakı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Avropa İttifaqının “Horizon 2020” proqramında Azərbaycan alimlərinin iştirakı” mövzusunda elmi seminar keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, institutun direktoru, akademik Telman Əliyev əldə olunan nailiyyətlərdən, Azərbaycan elminin inkişaf perspektivlərindən danışıb.

Из жизни эмигрантов: во Франции вышла в свет книга воспоминаний Тимучина Гаджибейли

Во Франции издана и несколько часов назад вышла в свет книга воспоминаний Тимучина Гаджибейли (1920-1993) – сына общественного деятеля Джейхуна Гаджибейли, сообщает Trend Life.