09 March 2019

Türkiyə Silahlı Qüvvələrinə məxsus qırıcılar İraqın Şimalındakı terror düşərgələrini məhv edib

Türkiyə Silahlı Qüvvələrinə məxsus qırıcılar İraqın Şimalında yerləşən Zap və Gara bölgəsindəki terror düşərgələrinə ağır zərbələr endirib.

Xudaferin.eu Türkiyənin Müdafiə Nazirliyinin “Twitter” səhifəsinə istinadla xəbər verir ki, dəqiq zərbələr nəticəsində terrorçulara məxsus sığınacaqlar və silah-sursat anbarı məhv edilib.

Xudaferin.eu

Fransada “sarı jiletlər”in etiraz aksiyasına “qırmızı jiletlər” də qoşulub

Fransada “sarı jiletlər”in etiraz aksiyasının 17-ci aktı başlayıb.

Xudaferin.eu xəbər verir ki, bu gün səhər saatlarında bir qrup “sarı jilet” Zəfər Tağı qarşısına toplaşıb.

Beynəlxalq Qadınlar Gününün ertəsi gününə təsadüf edən 17-ci aktın kortejində qadınlar ön sırada dururlar. Kortejin Yelisey çölləri prospektindən Fransa Senatının qarşısındakı Lüksemburq bağına doğru irəliləyəcəyi bildirilib.

Lüksemburqda açılan xeyriyyə sərgisində azərbaycanlı rəssamın əsəri də yer alır

Lüksemburqda “Xiffətdə olan qadınlar” xeyriyyə assosiasiyası qadın rəssamların əsərlərindən ibarət kollektiv sərgi təşkil edib.

Xudaferin.eu xəbər verir ki, sərgidə nümayiş olunan əsərlər arasında azərbaycanlı rəssam Aynur Qasımovanın da əsərləri yer alır.

Uşaqlara rəssamlığın ən incə elementlərini tədris edən gənc azərbaycanlı rəssam təkcə rəsmlə kifayətlənməyib, onlarla mahnıya, poeziyaya da yer ayırır. Ölçüsündən asılı olmayaraq hər bir əsər xüsusi məna daşıyır. A. Qasımova hər bir əsərə qəlbi və ruhu ilə bağlanır, təxəyyülünün məhsulunu canlı şəkildə kətana köçürür.

Azərbaycanlı hakim Çempionlar Liqası yarışlarına təyinat alıb

Azərbaycanlı hakim Eldar Zülfüqarov kişi voleybolçular arasında Çempionlar Liqası yarışlarına təyinat alıb.

Xudaferin.eu xəbər verir ki, həmyerlimiz turnirin dörddəbir final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Trefl” (Polşa)-“Zenit” (Kazan, Rusiya) görüşünün baş hakimi olacaq. Ona slovakiyalı Blaz Markelj kömək edəcək.

“Trefl”-“Zenit” oyunu martın 13-də Polşanın Qdansk şəhərindəki “Hala Ergo Arena”da keçiriləcək. Komandalar arasında cavab görüşü martın 19-da Kazanda təşkil olunacaq.

Xudaferin.eu

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan regionda sülhün bərqərar olması üçün ciddi addımlar atılır

Bu gün Azərbaycan ilə Gürcüstan regionda sülhün və təhlükəsizliyin bərqərar olması, ölkələrimizin iqtisadi inkişafı və xalqlarımızın rifah halının yaxşılaşması üçün ciddi addımlar atır, irimiqyaslı layihələr həyata keçirirlər. Lakin Ermənistan və onun havadarları bizim dostluğumuza, əməkdaşlığımıza xələl gətirmək üçün çalışırlar. Bu, yolverilməzidir.

Xudaferin.eu xəbər verir ki, bu sözləri gürcü politoloq, tarixçi alim Nika Çitadze “Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında ictimai təşkilatların rolu” mövzusunda Tbilisidə keçirilən konfransda söyləyib.

Rusiyanın Ermənistandakı səfiri rus əsgərinin yaralanmasına münasibət bildirib

Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazasında qulluq edən Şimali Qafqaz mənşəli 22 yaşlı əsgər bir kafedə ermənilərlə mübahisə zəminində iti alətlə kürəyindən vurulub və xəstəxanaya aparılıb. Hazırda onun hərbi bazanın hospitalında müalicə olunduğu bildirilir.

Şahmat üzrə dünya çempionatında Azərbaycan komandası ABŞ yığmasını məğlub edib

Astanada keçirilən şahmat üzrə komandalararası dünya çempionatında Azərbaycan yığması ilk qələbəsini qazanıb.

Xudaferin.eu xəbər verir ki, beşinci turda Azərbaycan komandası ABŞ yığmasını 3:1 hesabı ilə məğlub edib. Qələbə xallarını yığmamızın aktivinə Arkadi Naydiç və Nicat Abbasov yazdırıblar. Rauf Məmmədov və Qədir Hüseynov isə heç-heçə ilə kifayətləniblər.

Xudaferin.eu