07 March 2019

Yusif Eyvazov: Arzum Azərbaycanın regionlarına səyahətə çıxmaqdır

Tanınmış opera ifaçısı, dramatik tenor, Xalq artisti Yusif Eyvazov “Tellmann show”ya videomüsahibə verib.

Xudaferin.eu xəbər verir ki, müğənni müsahibəsində uşaqlıq arzuları, valideynləri, yaradıcılığı, şəxsi həyatı, tərcümeyi-halının az bilinən məqamları barədə təəssüratlarını bölüşərək deyib: “Atam əvvəldən mənə inanan yeganə insan idi... O, mənə etimad göstərdi, məni anladı və dəstəkləməyə başladı. Buna görə bütün həyatım boyu atama minnətdar olacağam”.

İtaliyanın “Eni” şirkətinin platformasında qəza baş verib

Ankona şəhərindən təxminən 60 kilometr uzaqlıqda yerləşən “Barbara F” platformasında baş verən qəza nəticəsində 2 nəfər xəsarət alıb, 1 nəfər itkin düşüb.

Xudaferin.eu İtaliyanın “corrierequotidiano.it” saytına istinadla xəbər verir ki, bu barədə ölkənin “Eni” energetika şirkəti məlumat yayıb.

Şirkətin məlumatına əsasən platformada yükləmə işlərini aparan kranın dayaq konstruksiyadan qoparaq dənizə aşması nəticəsində iki dənizçi xəsarət alıb, krançı isə itkin düşüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xudaferin.eu 

Özbəkistan parlamenti Ali Məclisinə yeni səlahiyyətlər verilir

Özbəkistan parlamentinin qanunvericilik palatası-Ali Məclisə yeni səlahiyyətlər verilir.

Xudaferin.eu xəbər verir ki, bununla bağlı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Fərman imzalayıb və sənəd aprelin 1-dən qüvvəyə minəcək.

Qanunvericilik palatasının səlahiyyətlərinə siyasi, sosial-iqtisadi həyat, dövlətin daxili və xarici siyasəti, hökumət üzvlüyünə namizədlərin Baş nazir tərəfindən təqdimatının müzakirəsi və bəyənilməsi ilə bağlı qərarların qəbulu daxildir.

Pantomima Teatrında həftəsonu maraqlı tamaşalar göstəriləcək

Azərbaycan Dövlət Pantomima Teatrının səhnəsində həftəsonu üç tamaşa nümayiş ediləcək.

Teatrdan AZƏRTAC-a bildirilib ki, martın 9-da saat 18.00-da “Adagio” tamaşası göstəriləcək. Bundan başqa, balacalar martın 10-da saat 14.00-də maarifləndirici uşaq tamaşası olan “Fəlakət və İnsan”, həmin gün saat 18.00-də isə “Dejavü” tamaşasına baxa biləcəklər.

AZƏRTAC

Hindistanın şimalında avtobus dayanacağında partlayış baş verib

Hindistanın şimalında yerləşən Cammu və Kəşmir ştatında avtobus dayanacağında partlayış baş verib.

Xudaferin.eu NDTV telekanalına istinadla xəbər verir ki, insident martın 7-də Cammu şəhərində qeydə alınıb. Partlayıcı qurğu avtobusun altında yerləşdirilib. Partlayış nəticəsində azı 18 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onların hamısının yaxınlıqdakı xəstəxanalara çatdırıldığı bildirilir.

Hazırda polis hadisənin baş verdiyi rayonu mühafizə altına alıb və insidentlə bağlı təhqiqata başlayıb.

Xudaferin.eu

Birləşmiş Ştatların neft ehtiyatları artıb

ABŞ-ın xam neft ehtiyatları artır.

Xudaferin.eu xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədə neft ehtiyatları 7,1 milyon barrel (1,6 faiz) artaraq 452,9 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 1,2 milyon barrel artacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 8,6 milyon barrel azalmışdı.

ABŞ-ın strateji neft ehtiyatları keçən həftə əvvəlki həftə ilə müqayisədə dəyişməyərək 649,1 milyon barrel təşkil edib.

“Tesla”nın yeni texnologiyası: elektromobil cəmi 15 dəqiqəyə enerji yığacaq

Amerikanın elektrik avtomobili istehsalçısı “Tesla Inc” yeni texnologiyasının elektrik avtomobillərinin enerji yüklənməsi vaxtını 15 dəqiqəyə qədər azaldacağını iddia edir.

Xudaferin.eu Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, kompaniyanın məlumatına əsasən, “Supercharger V3” sistemi artıq Kaliforniya ştatının Firmont şəhərində quraşdırılıb və tədricən digər şəhərlərdə tətbiq olunacaq.