05 March 2019

BDU-nun müəllimi Türkiyədə Xocalı qətliamından danışıb

Bakı Dövlət Universitetinin (BDU) kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, Qarabağ müharibəsi veteranı, dosent Knyaz Aslan Türkiyədə ezamiyyətdə olub.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, K.Aslan Ankara şəhərində fəaliyyət göstərən Bengütürk TV-nin dəvəti ilə reallaşan səfər çərçivəsində məktəblərdə keçirilən tədbirlərdə məruzələrlə çıxış edib.

Tacikistan Prezidenti Novruz bayramının emblemini və rəmzini təsdiq edib

Tacikistan Prezidenti Emoməli Rəhmon 2019-cu ildə keçiriləcək Beynəlxalq Novruz bayramının emblemini və rəmzini təsdiq edib.

Xudaferin.eu xəbər verir ki, emblem dairəvi formadadır, Yer kürəsini simvolizə edir və ətraflarında iki qaranquş təsvir edilib. Aşağıda sağda və solda isə dövlət bayrağı, ortada səməni verilib və “Novruz-2019” sözləri yazılıb.

Novruzun rəmzi isə üst-üstə yeddi dairədən ibarətdir ki, bu da göy qübbəsini simvolizə edir və hər dairə milli ornamentlərlə bəzədilib. Sonuncu dairədə səməni təsvir olunub ki, bu da təbiətin oyanmasını bildirir.

QMİ sədri: bütün dünyanın dini liderlərinin noyabrda Azərbaycanda toplanması planlaşdırılır

Bütün dünyanın dini liderlərinin cari il noyabrın 14-15-də Azərbaycanda toplanması planlaşdırılır. Bununla bağlı ciddi hazırlıq işləri görülür.

Xudaferin.eu xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə mətbuat konfransında deyib. A.Paşazadə əlavə edib ki, Azərbaycan dünyada təkcə siyasəti, iqtisadiyyatı ilə deyil, eyni zamanda, mənəvi həyatda gördüyü işlərlə də tanınır.

Musiqili və Rus Dram teatrlarına “akademik” status verilib

Prezident İlham Əliyev Azərbaycan Dövlət Musiqili Teatrı və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilməsi haqqında Sərəncam imzalayıb.

Xudaferin.eu xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan teatrlarının fəaliyyətinə dövlət qayğısını daha da artırmaq məqsədi ilə Musiqili Teatr və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” status verilib. Sərəncamda statusun on beş gün müddətində təmin edilməsi Nazirlər Kabinetinə tapşırılıb.

Xudaferin.eu