01 March 2019

“Quş qripi” ilə əlaqədar aparılan monitorinq başa çatıb

“Quş qripi” xəstəliyinə görə fevralın 25-dən başlayan növbəti monitorinq martın 1-də başa çatıb. Ölkə ərazisində aparılan monitorinq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX), Qida Təhlükəsizliyi Agentliyinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə keçirilib.

Moldova Prezidenti VII Qlobal Bakı Forumunda iştirak edəcək

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək VII Qlobal Bakı Forumunda Moldova Respublikasının Prezidenti İqor Dodon da iştirak edəcək. Bu məqsədlə o mart ayında Bakıya gələcək. Bu barədə AZƏRTAC-a Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən məlumat verilib.

Moldova Prezidenti ötən il keçirilən VI Qlobal Bakı Forumunda da iştirak edib. O, Foruma xanımı ilə birlikdə qatılıb.

Rusiyada silsilə terror aktları hazırlayan terrorçu özəyin üzvləri həbs edilib

Rusiya Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Bürosunun əməkdaşları Xantı-Mansiysk Muxtar Dairəsində silsilə terror aktları hazırlayan terrorçu özəyin dörd üzvünü həbs ediblər.

Xudaferin.eu xəbər verir ki, Rusiya DİN-in məlumatına görə, terrorçu qrup beynəlxalq terrorçu təşkilatlar və Şimali Qafqazda gizli quldur təşkilatları ilə əlaqədə olub. Həbs olunan şəxslər kirayə götürdükləri mənzillərdə görüşərək, müxtəlif obyektlərdə, dövlət hakimiyyəti və hüquq-mühafizə orqanlarının binalarında terror aktlarının həyata keçirilməsi planlarını müzakirə ediblər.

Özbəkistan qəzetində azərbaycanlı rejissor haqqında yazı dərc olunub

Özbəkistanın “Darakçi” qəzetində Əlişir Nəvai adına Opera və Balet Teatrının baş rejissoru, Azərbaycanın və Özbəkistanın Xalq artisti, professor Firudin Səfərovun 85 illik yubileyi ilə bağlı “Firudin Səfərov: Opera mənim həyatımdır” sərlövhəli məqalə yerləşdirilib.

Xudaferin.eu xəbər verir ki, əvvəl müsahibədə Firudin Səfərovun həyatı və yaradıcılığı haqqında məlumat verilir, onun Bakıda, Daşkənddə tamaşaya qoyduğu əsərlər haqqında söhbət açılır.

Fransa səfiri: Ağdamda məktəb direktorunun müharibənin dəhşətləri barədə söylədikləri çox təsirli idi

Ağdam rayonuna səfərimiz zamanı gözəl Muğam Mərkəzində olduq. Rayonun xüsusilə mədəniyyət və kənd təsərrüfatı sahələrində böyük potensialının olduğunu gördük. Bu baxımdan Ağdamın iqtisadi inkişafının təmin edilməsi önəmlidir.

Bu sözləri AZƏRTAC-ın müxbirinə müsahibəsində Fransanın Azərbaycandakı səfiri xanım Oreliya Buşez söyləyib.

Şəhriyar Məmmədyarov FIDE reytinqində beşinci pillədədir

Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2019-cu il martın 1-nə olan reytinq siyahısını açıqlayıb.

Xudaferin.eu xəbər verir ki, siyahıya Maqnus Karlsen (2869, Norveç) başçılıq edir. İkinci yeri amerikalı Fabianu Karuana (2813), üçüncü yeri çinli Dinq Liren (2812) tutublar.

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov (2790) beşinci pillədə qərarlaşıb. Təmsilçilərimiz Teymur Rəcəbov (2756), Arkadi Naydiç (2710), Rauf Məmmədov (2701), Qədir Hüseynov (2664) və Eltac Səfərli (2662) reytinq siyahısında ilk yüzlükdə yer alıblar.

Gənc sablyaçımız Avropa birinciliyində çıxış edib

İtaliyanın Foccia şəhərində keçirilən yeniyetmə və gənclər arasında Avropa birinciliyinin növbəti günündə gənc qadın şpaqaçılar və kişi sablyaçıların şəxsi mübarizəsində qaliblərin adlarına aydınlıq gəlib.

Xudaferin.eu Azərbaycan Qılıncoynatma Federasiyasına istinadla xəbər verir ki, kişi sablyaçıların yarışında ölkəmizi təmsil edən Cavanşir Ağakişiyev qrup mərhələsində keçirdiyi 6 görüşdən 2-də qələbə qazanıb. Təmsilçimiz 1/32 finalda Almaniya idmançısı Antonio Heazkokla qarşılaşıb. Gərgin keçən qarşılaşma Heazkokun 15:14 hesablı qələbəsi ilə başa çatıb.