22 February 2019

Azərbaycanlı alimin məruzəsi beynəlxalq elmi konfransda maraq doğurub

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Bəsirə Əzizəliyeva Pakistanın Pəncab Universitetində “Mövlanə Cəlaləddin Rumi və Həzrət Sultan Bahu: Mistika işığında sevgi və varlıq mesajı" mövzusunda keçirilən beynəlxalq elmi konfransda ölkəmizi təmsil edib.

“Mübarizlər” teatr qrupu Xocalı soyqırımı ilə bağlı ədəbi-bədii kompozisiya hazırlayıb

Sabirabad rayon A. İsgəndərov adına Xalq Teatrının nəzdində fəaliyyət göstərən Əlillərdən ibarət “Mübarizlər” teatr qrupu Xocalı soyqırımının 27-ci il dönümü ilə əlaqədar Bərdə və Cəlilabad rayon məktəblərində “Könlüm keçir Qarabağdan” adlı ədəbi- bədii kompozisiyası ilə çıxış edib.

Xalq artisti Hacıbaba Hüseynovun 100 illiyi qeyd ediləcək

Prezident İlham Əliyev Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, tanınmış pedaqoq, respublikanın Xalq artisti Hacıbaba Hüseynovun 100 illiyinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, sənətkarın 100 illik yubileyi ilə bağlı tədbirlər planının hazırlanıb həyata keçirilməsi Mədəniyyət Nazirliyinə tapşırılıb.

Macarıstan azuşaqlı ailələrə dəstək göstərəcək

Macarıstanın Baş naziri Viktor Orban ölkədəki vəziyyət barədə ənənəvi müraciətində uşaqlı ailələrin dəstəklənməsinə dair tədbirlər paketini təqdim edib. Paket uşaq dünyaya gətirmək istəyən analar üçün vergi güzəştlərini və azfaizli borcları, habelə ailələr üçün mənzil alınmasının subsidiyalaşdırılması sxeminin (CSOK) genişləndirilməsini nəzərdə tutur.

Xudaferin.eu MTI agentliyinə istinadla xəbər verir ki, V.Orban əhalinin sayının azalmasının qarşısını almaq məqsədi ilə yeddi bənddən ibarət ailələri müdafiə proqramını təqdim edib.

Xarkovda tələbələr Xocalı soyqırımı barədə məlumatlandırılıb - FOTO

Ukraynanın Xarkov şəhərində Yaroslav Mudriy adına Milli Hüquq Universitetində Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə “Silahlı münaqişələrdə dinc əhalinin müdafiəsi” mövzusunda seminar keçirilib.

Xudaferin.eu xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin və Universitetin birgə təşkil etdiyi seminarda ali təhsil ocağının hərbi, mülki fakültələrinin tələbələri, müəllim və professor heyəti, yerli KİV nümayəndələri iştirak ediblər.