20 February 2019

Brüsseldə ümumavropa Qarabağ mitinqi keçiriləcək

Dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü ilə fevralın 23-də Belçika Krallığının paytaxtı Brüssel şəhərində “Lüksemburq Palas”ın qarşısında ümumavropa Qarabağ mitinqi keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, aksiyaya Almaniya, Fransa, İtaliya, Polşa və digər Avropa ölkələrində yaşayan soydaşlarımızın, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvlərinin qatılacağı gözlənilir.

Kiyevdə Xocalı soyqırımına həsr olunmuş tamaşanın premyerası olacaq

Fevralın 22-də Ukraynanın paytaxtı Kiyevdə Xocalı soyqırımına həsr olunmuş “Böyüməyən uşaqlar” tamaşasının premyerası olacaq.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Parlament Jurnalistləri Birliyinin sədri, Modern.az və Azedu.az saytlarının rəhbəri Elşad Eyvazlının eyniadlı kitabı əsasında hazırlanan əsər Ukraynanın “Çornıy kvadrat” teatrında səhnəyə qoyulacaq.

Misirdə xüsusi təhlükəli səkkiz terrorçu məhv edilib

Misirin silahlı qüvvələri Sinay yarımadasının şimalında xüsusi təhlükəli səkkiz terrorçunu məhv edib.

Xudaferin.eu xəbər verir ki, bu barədə Misir silahli qüvvələrinin rəsmi nümayəndəsi Tamer Əl Rifai açıqlama verib. Onun sözlərinə görə, Misir ordusu terrorçu qrupların gizləndikləri yeddi sığınacağı məhv edib və bunun nəticəsində xüsusi təhlükəli terrorçular öldürülüb. Terrorçuların gizləndiyi sığınacaqlarda çoxlu sayda silah-sursat, partlayıcı maddələr aşkar edilib. T.Rifai bildirib ki, partlayıcılarla dolu iki avtomobil hərbçilər tərəfindən məhv edilib.

Vinq çun üzrə açıq Azərbaycan çempionatına Türkiyə və Gürcüstan idmançıları da qatılacaqlar

Martın sonunda keçiriləcək vinq çun üzrə birinci açıq Azərbaycan çempionatında Türkiyə və Gürcüstan idmançıları da mübarizə aparacaqlar.

Bunu Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının prezidenti Asif Sayadov AZƏRTAC-a müsahibəsində bildirib.