18 February 2019

Xocalı soyqırımı qurbanlarının xatirəsi Türkiyənin Çərkəzköy şəhərində anılıb

Türkiyənin Təkirdağ vilayətinin Çərkəzköy şəhərində “Dünəndən bu günə qədər erməni təcavüzkarlığı və Xocalı soyqırımı” mövzusunda konfrans keçirilib.

Xudaferin.eu xəbər verir ki, Çərkəzköy Türk Ocaqları tərəfindən təşkil olunan tədbirdə şəhərin ziyalıları və rəhbər şəxsləri, yerli ictimaiyyətin təmsilçiləri iştirak ediblər. Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra Anadolu Aydınlar Ocağının sədri, professor İbrahim Öztəkin məruzəsi dinlənilib.

Nigeriya televiziyası “Azərbaycan təamları” filminin növbəti buraxılışını yayımlayıb - VİDEO

Nigeriyanın STV kanalında məşhur aparıcı Gina Ehikodinin “Foodies & Spice” yemək verilişində 13 hissədən ibarət “Azərbaycan təamları” filminin növbəti buraxılışı yayımlanıb.

Xudaferin.eu xəbər verir ki, budəfəki verilişdə nigeriyalı aparıcı Azərbaycanın zəngin tarixə, mətbəxə və adət-ənənələrə malik bir ölkə olduğunu bildirir.

Müəllif verilişdə Azərbaycanın qədim şəhəri olan Şəkinin tarixindən və milli yeməklərindən olan pitinin hazırlanması qaydaları haqqında məlumat verir.

Milli Məclisin deputatları BMT-nin parlament dinləmələrində iştirak edəcəklər

Milli Məclisin deputatları Şahin İsmayılov və Kamran Bayramov BMT-nin “Multilateralizmə qarşı problemlərə parlamentlərin cavabı” mövzusunda parlament dinləmələrində iştirak etmək üçün fevralın 19-da ABŞ-ın Nyu-York şəhərinə səfər edəcəklər.

Bu barədə AZƏRTAC-a parlamentin mətbuat xidmətindən məlumat verilib.

Ermənistanın sabiq prezidenti Köçəryanın oğluna qarşı cinayət işi qaldırılıb

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın böyük oğlu Sedraka qarşı cinayət işi qaldırılıb.

Xudaferin.eu erməni KİV-lərinə istinadla xəbər verir ki, istintaq orqanları Sedrak Köçəryana qarşı çirkli pulların yuyulması və vergidən yayınma ittihamları irəli sürüblər. Sabiq prezidentin oğlundan ölkəni tərk etməmək barədə iltizam alınıb.

Dünyanın bir sıra ölkələrinin vətəndaşları Xocalıya ədalət istəyiblər

Diasporla İş üzrə Dövlət Komitəsinin televiziyası olan Diaspor TV vasitəsilə müxtəlif ölkələrdən “Xocalıya ədalət!” səsləndirilib. Belə ki, Diaspor TV-nin təşəbbüsü ilə dünyanın onlarla ölkəsindən xaricilər “Xocalıya ədalət!” istəyiblər.

Dövlət Komitəsi bildirir ki, soydaşlarımızla yanaşı, ABŞ, Rusiya, Ukrayna, Çin, Hindistan, Gürcüstan, Türkiyə, əksər Avropa və Ərəb ölkələrinin vətəndaşları da müsahibədə Xocalı soyqırımı haqqında məlumatlı olduqlarını bildirib, “Xocalıya ədalət!” deyiblər.

Gürcüstanda qrip virusunun daha çox yayılmasının səbəbləri açıqlanıb

Son vaxtlar qrip virusunun, xüsusən də “donuz qripi”nin Gürcüstanda daha çox yayılması ilə bağlı müxtəlif fikirlər səslənir.

Xudaferin.eu xəbər verir ki, bəzi ekspertlər qonşu ölkələrlə müqayisədə Gürcüstanda qripin daha çox yayıldığını bildirirlər və bunun səbəblərini araşdırırlar. Bildirilir ki, Gürcüstanda vəziyyətin daha kəskin olmasının ciddi səbəbləri var: Gürcüstan güclü islahatlar həyata keçirib, Avropa standartlarına uyğun klinikalar yaratsa da, xəstəliklərə mərkəzləşdirilmiş nəzarət zəifləyib.

Avropa Parlamentinə seçkilərdə ilkin proqnozlar mühafizəkarların öndə olduğunu göstərir

Bu il may ayının sonunda Avropa Parlamentinə keçiriləcək seçkilərlə bağlı ilkin proqnozlar açıqlanıb. Avropa Parlamentinin yaydığı məlumata görə, hazırda Avropa Xalq Partiyası parlamentdə ən güclü siyasi qüvvə olaraq qalır. Brexitdən sonra nümayəndələrinin sayı azalacaq parlamentdə mühafizəkarlar 183 nəfərlə təmsil oluna bilərlər (hazırda isə 217 nəfər). Mühafizəkarlardan sonrakı yerləri sosial-demokratlar 135 mandatla (hazırda isə 187) və liberal ALDE 75 mandatla (hazırda 68) tuturlar.

Çikaqoda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb - FOTOLAR

ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində Holokost Muzeyi və Təhsil Mərkəzində Azərbaycan tarixinin ən faciəvi səhifələrindən biri olan Xocalı faciəsinin 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

Xudaferin.eu xəbər verir ki, tədbir Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və ölkəmizin ABŞ-dakı səfirliyinin iştirakı ilə baş tutub.

Tədbir çərçivəsində "Xocalı faciəsi - qanlı yaddaş və anım" mövzusunda fotosərgi və seminar təşkil olunub.