16 February 2019

Avstriyada qitə kubokunda qadın cüdoçularımız mübarizəyə başlayıblar

Fevralın 16-da Avstriyanın Overvart şəhərində qadın cüdoçular arasında Avropa kuboku yarışları start götürüb.

Xudaferin.eu Beynəlxalq Cüdo Federasiyasının saytına istinadla xəbər verir ki, yarışda ölkəmizi üç cüdoçu təmsil edir. Şəfəq Həmidovanın (48 kq) ilk rəqibi belçikalı Ellen Salensdir. Nuriyyə Axundova (63 kq) çexiyalı idmançı Mikaela Kulikova ilə mübarizə aparacaq. Günel Həsənli (70 kq) isə alman Nina Agneta Ricken ilə qüvvəsini sınayacaq.

Turnirdə 35 ölkədən 209 idmançı mübarizə aparır.

Xudaferin.eu

Gürcüstan Prezidenti Administrasiyasında işçilərin 50 faizi ixtisar edilir

Gürcüstan Prezidenti Administrasiyasında aparılan struktur islahatları nəticəsində 61 əməkdaş işdən çıxarılır.

Xudaferin.eu xəbər verir ki, bu barədə Gürcüstan Prezidentinin mətbuat katibi Xatiya Moistsrapişvili məlumat verib. Onun sözlərinə görə, Prezident Salome Zurabişvilinin təşəbbüsü ilə əməkdaşların sayı 121 nəfərdən 60-dək azaldılacaq.

Hindistan Azərbaycan rəssamlarının gözü ilə

Hindistanın Azərbaycandakı səfirliyində “Hindistan Azərbaycan rəssamlarının gözü ilə” adlı sərgi açılıb.

Xudaferin.eu xəbər verir ki, Hindistanın Azərbaycandakı səfirliyi və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə keçirilən tədbirin layihə rəhbəri Elnurə İsgəndərova, təşkilatçısı isə Aygün İsgəndərovadır.

Hindistanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Govindan Pacheni tədbiri açaraq, sərginin hər iki ölkənin mədəni əlaqələrinin daha da inkişaf etməsində önəmli rol oynadığını vurğulayıb.

Cüdoçularımız Avropa kubokunun qızıl və bürünc medalları uğrunda mübarizə aparır

Fevralın 16-da Romada start götürən açıq Avropa kubokunun birinci günündə Azərbaycanın dörd cüdoçusu mübarizəyə qoşulub.

Xudaferin.eu xəbər verir ki, Oruc Vəlizadə (60 kq) rusiyalı Həmzət Zairbəyov, fransalı Vinsent Anquest, qazaxıstanlı Bairjan Zauntayev və fransalı Siven Qulen üzərində qələbə qazanaraq finala yüksəlib.

“Kuwait Airways” Bakıya aviareys açmaq niyyətindədir

“Kuwait Airways” yay mövsümündə Bakıya aviareys açmağı planlaşdırır.

Xudaferin.eu xəbər verir ki, bu barədə “Kuwait Airways”in idarə heyətinin sədri Yusuf əl-Casim KUNA agentliyinə müsahibəsində deyib. O bildirib ki, aviaşirkət iyun ayından başlayaraq Bakı da daxil olmaqla Avropa və Asiyanın bir neçə şəhərinə uçuşlar həyata keçirməyi nəzərdə tutur.

Xudaferin.eu

Süni intellekt “feyk xəbərlər” yazmağı öyrənib

“OpenAI” qeyri-kommersiya tədqiqat təşkilatı "feyk xəbərlər"in hazırlanması üçün "GPT2" adlı süni intellekt yaradıb. Neyron şəbəkəsi xəbərlərin hazırlanması keyfiyyəti üzrə mövcud mətn generatorlarını 12 dəfə üstələyir.

Xudaferin.eu  xarici KİV-lərə istinadla xəbər verir ki, "GPT2" süni intellekti 40 QB tutumunda məlumat massivi üzərində öyrədilib – neyron şəbəkəsinə 10 milyon ingilisdilli məqalə və xəbər yüklənilib. Sistem verilmiş mövzu üzrə mətn hazırlamaq qabiliyyətinə malikdir və bir abzas üzrə mətnin stilistikasını tanıyır.

İstanbulda bina çöküb

Türkiyənin İstanbul şəhərinin Fatih bölgəsində üçmərtəbəli bina çöküb.

Xudaferin.eu xəbər verir ki, binanın boş olduğu bildirilir. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunublar.

Binanın yola tərəf çökməsi səbəbilə bölgədə olan maşınlar zədələnib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xudaferin.eu

Livanda İŞİD qruplaşmasının 6 komandiri həbs olunub

Livan ordusunun xüsusi xidmət orqanları İŞİD qruplaşmasında yüksək vəzifə tutan 6 təhlükəli terrorçunu həbs edib.

Xudaferin.eu xəbər verir ki, An-Nashra portalının yaydığı məlumata görə, Livanın şimalında yerləşən Hermel rayonunda aparılan əməliyyat zamanı sərhədi qanunsuz keçən İŞİD qruplaşmasının səhra komandirlərindən biri Xalid əl-Həc saxlanılıb. Onun dindirilməsindən sonra Əş-Şavahir rayonunda qruplaşmanın dini avtoriteti Əhməd Mansur əl-Xələf və daha 4 silahlı da həbs edilib. Onların hazırda döyüşlərin getdiyi Suriyanın Deyr-əz-Zor əyalətindən qaçdıqları bildirilir.