15 February 2019

Yunanıstanda qriplə bağlı karantin elan olunub

Son həftə ərzində qrip epidemiyası Yunanıstanda 17 nəfərin ölməsinə səbəb olub. Bununla da viruslu yoluxma qurbanlarının sayı ötən ilin oktyabrından bəri 56-ya çatıb.

Xudaferin.eu “Euronews”a istinadla xəbər verir ki, bu məlumatı Yunanıstanın Xəstəliklərin Profilaktikası və Nəzarət Milli Mərkəzi (Keelpno) yayıb.

Ən geniş yayılmış ştamm - H1N1 donuz qripi nə uşaqlara, nə də böyüklərə aman vermir. Bu xəstəliyin əlamətləri ilə hospitalizasiya olunan 219 nəfərin sırasına ən müxtəlif yaş qrupuna aid pasiyentlər daxildir.

İspaniyada növbədənkənar parlament seçkilərinin tarixi açıqlanıb

Bu gün İspaniya hökumətinin sədri Pedro Sançes parlamentin buraxılmasını və aprelin 28-də ümumi seçkilərin keçiriləcəyini elan edib.

Xudaferin.eu xəbər verir ki, hökumət başçısı bu barədə Nazirlər Şurasının növbədənkənar iclasından sonra Monkloa Sarayında çıxışı zamanı bildirib.

Xudaferin.eu

Azərbaycanın on cüdoçusu açıq Avropa kubokunda mübarizə aparacaq

Fevralın 15-də İtaliyanın paytaxtı Romada kişilər arasında cüdo üzrə açıq Avropa kuboku yarışları start götürəcək.

Xudaferin.eu xəbər verir ki, yarışlarda Azərbaycanı Oruc Vəlizadə, Davud Məmmədsoy, Rövşən Əliyev (60 kq), Tərlan Kərimov, İbrahim Əliyev (66 kq), Fəqan Quluzadə, Afiq Səfərli (81 kq), Qurban Qurbanov (90 kq), Sənan Əhmədov (100 kq), Ayxan Cəfərov (+100 kq) güclərini sınayacaqlar.

Qitə kubokuna fevralın 17-də yekun vurulacaq.

Xudaferin.eu

Bədii gimnastlarımız Moskvada güclərini sınayacaqlar

Fevralın 16-17-də Moskvada bədi gimnastika üzrə Qran-Pri yarışları təşkil olunacaq.

Xudaferin.eu xəbər verir ki, turnirdə fərdi yarışlarda ölkəmizi Darya Sorokina təmsil edəcək.

Qrup hərəkətləri komandamız da Moskvada gücünü nümayiş etdirəcək. Belə ki, komandamız ikinci heyətlə mübarizə aparacaq. Heyətdə Ayna Cəfərova, Samirə Cəfərova, Güllü Ağalarzadə, Nərmin Cahangirova, Humay Əliyeva və Narın Qurbanova yer alacaqlar.

Xudaferin.eu

Ukraynanın daha bir saytında Xocalı soyqırımına dair məqalə yayılıb

Ukraynanın LB.ua saytında Azərbaycanın bu ölkədəki səfiri Azər Xudiyevin Xocalı soyqırımına dair məqaləsi yayılıb.

Xudaferin.eu xəbər verir ki, müəllif məqalədə Xocalı faciəsini insanlığa qarşı törədilən ən qəddar akt adlandırıb.

“Bu günə qədər Ermənistanın ikinci və üçüncü prezidentləri Robert Köçəryan və Serj Sarkisyan mülki azərbaycanlılara qarşı hərbi cinayətlərinə görə cəzalandırılmayıblar. Baxmayaraq ki, onlar Xocalı faciəsinin törədilməsini etiraf ediblər, hələ də cəzasız qalırlar”, - deyə səfir yazıda vurğulayıb.

Türkiyədə antiterror əməliyyatlarında 11 nəfər saxlanılıb

Türkiyənin Şırnak bölgəsində səhər saatlarında başlanan antiterror əməliyyatlarında 11 nəfər saxlanılıb.

Xudaferin.eu Anadolu Agentliyinə istinadla xəbər verir ki, saxlanılanlar terror təşkilatı PKK-ya yardımda təqsirləndirilirlər. Polis şübhəlilərin ev və iş yerlərinə baxış zamanı istintaqa lazım olan xeyli material aşkarlayıb.

Xudaferin.eu

Atletlərimiz “Balkan oyunları” beynəlxalq turnirində iştirak edəcəklər

Fevralın 16-da azərbaycanlı atletlər İstanbulda keçiriləcək 24-cü qapalı məkanlarda “Balkan oyunları” beynəlxalq turnirində iştirak edəcəklər.

Azərbaycan Atletika Federasiyasının (AAF) nümayəndəsi Ceyhun Hüseynov AZƏRTAC-a bildirib ki, turnirdə ölkəmizi Nazim Babayev, Teymur Salamlı, Yadulla İbrahimov, Səid Nəcəfzadə, Fəxriyyə Tağızadə, Zəkiyə Həsənova, Lamiyə Vəliyeva və Yelana Pextireva təmsil edəcəklər.

Avropanın ən şimal nöqtəsinin yaxınlığında mis mədəni tikiləcək

Norveçdə, Avropanın ən şimal nöqtəsinin yaxınlığında mis mədəni tikilməsi məsələsi ilə əlaqədar, yerli saam xalqı və balıqçılarla hökumət arasında illər boyu davam edən qarşıdurmaya baxmayaraq, həmin mədənin tikilməsi layihəsi bəyənilib.

Xudaferin.eu xəbər verir ki, mis mədənini Kvalsunn kommunasında yerləşən Repparfyord kəndində tikmək planlaşdırılır. Taxtadan tikilmiş evlərdən ibarət bu kəndin əhalisinin sayı təqribən 1000 nəfərdir.

“Xocalı soyqırımı” kitabı Ukrayna dilinə tərcümə olunub

Yazıçı publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əlibala Məhərrəmzadənin “Xocalı soyqırımı” kitabı Ukrayna dilinə tərcümə olunub.

Xudaferin.eu xəbər verir ki, müəllif kitabda ermənilərin son iki əsrdə ölkəmizə və xalqımıza qarşı həyata keçirdikləri işğalçılıq və soyqırımı siyasətini tarixi faktlarla geniş oxucu auditoriyasına təqdim edib.

Aleksandr Lukaşenko: Belarusun və Rusiyanın birləşməsi xalqların iradəsindən asılıdır

Belarus və Rusiya hər iki dövlətin xalqlarının iradəsinə uyğun dərəcədə yaxınlaşmağa hazırdır.

Xudaferin.eu TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyalı həmkarı Vladimir Putinlə danışıqların nəticəsinə dair jurnalistlərin suallarını cavablandırarkən deyib.

Aleksandr Lukaşenko qeyd edib ki, Rusiya-Belarus danışıqlarında suverenitet məsələsi ümumiyyətlə müzakirə edilməyib.

Güclü qida psixikanı depressiyadan qoruyur

Qərbi Sidney Universitetinin mütəxəssisləri bildiriblər ki, psixikanı sağlamlaşdırmaq və depressiyaya düşməmək üçün insanın xüsusi pəhrizə ehtiyacı yoxdur. Qida rasionunu hər hansı şəkildə yaxşılaşdırmaq bu baxımdan daha faydalıdır. 

Xudaferin.eu “MedikForum”a istinadla xəbər verir ki, 45 826 insanın iştirakı ilə tədqiqatların meta-təhlil məlumatları bunu göstərir.

Çinli həkimlər 6 aylıq körpəyə qaraciyər köçürülməsi əməliyyatını uğurla yerinə yetiriblər

Şimali-Qərbi Çinin Şensi əyalətində Sian Kommunikasiyalar Universitetinin nəzdindəki Birinci Klinikanın həkimləri süni mayalanma yolu ilə dünyaya gəlmiş, hazırda 6 aylıq olan körpə üzərində yanvarın 23-də 7 saatlıq unikal qaraciyər köçürülməsi əməliyyatını həyata keçiriblər.

Xudaferin.eu Sinxua agentliyinə istinadla xəbər verir ki, həkimlər zədələnmiş orqanı kəsib çıxararaq, onun əvəzinə körpəyə anasından götürülən 260,4 qram çəkisində sağlam qaraciyəri köçürüblər.

Əməliyyatdan 20 gün sonra balaca pasiyent tamamilə sağalıb və xəstəxanadan evə buraxılıb.