14 February 2019

“Avropa Komissiyası xəbərdarlıq edir”, yaxud Brüsselin yeni qara siyahısı

Əfqanıstan, Pakistan, İran, İraq, Suriya, Liviya, Səudiyyə Ərəbistanı, Tunis, Yəmən, Şimali Koreya, Baham adaları, Birləşmiş Ştatların Vircin adaları, Panama, Efiopiya, Qana və Nigeriya ilə sövdələşmələr Avropa İttifaqına təhlükə törədə bilər.

Xudaferin.eu xəbər verir ki, Avropa Komissiyası tərəfindən tərtib edilən və açıqlanan siyahıya məhz bu ölkələrin adları salınıb.

Xocalı qurbanları Milli Dram Teatrında “Qarabağnamə” ilə anılacaq

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Xocalı faciəsinin 27-ci ildönümü münasibətilə “Qarabağnamə”ni təqdim edəcək.

 Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın rejissoru Xalq Artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.

Pakistan qəzetində “İmadəddin Nəsimi: Böyük klassik türk sufi şairi” adlı məqalə dərc olunub

Pakistanda nəşr edilən “Punjab Post Lahore” qəzetində “İmadəddin Nəsimi: Böyük klassik türk sufi şairi” adlı məqalə dərc edilib.

Xudaferin.eu xəbər verir ki, məqalədə bu ilin Azərbaycanda görkəmli şair İmadəddin Nəsiminin 650 illiyi münasibətilə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Nəsimi ili” elan olunduğu bildirilir. Qeyd olunur ki, 2019-cu ildə Azərbaycanda və dünyanın müxtəlif ölkələrində bu böyük şairin xatirəsi anılacaq, yaradıcılığı ilə əlaqədar tədbirlər keçiriləcək.

Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 52 nəfər saxlanılıb

Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunun mərkəzində polisin keçirdiyi əməliyyat nəticəsində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 52 nəfər saxlanılıb.

Xudaferin.eu Anadolu agentliyinə istinadla xəbər verir ki, Bursa polisinin məlumatına görə, saxlanılan şəxslərin hamısı Suriya vətəndaşıdır. Terror aktı hazırlamaqda şübhəli bilinənlər uzun müddət polisin nəzarətində olublar.

İŞİD terror təşkilatının son illər Türkiyədə törətdiyi terror aktları nəticəsində 300-dən çox insan həlak olub.

Xudaferin.eu

Qız qalası MDB məkanında beş ən populyar romantik yerdən biridir

Bakıdakı Qız qalası MDB məkanında beş ən populyar yerdən biri sayılıb.

Xudaferin.eu xəbər verir ki, Rusiyanın “TurStat” analitika agentliyi Müqəddəs Valentin Günü ilə əlaqədar MDB ölkələri şəhərlərinin yerli sakinlər və turistlər arasında ən romantik yerlərinin və görməli məkanlarının reytinqini tərtib edib.

Ən populyar romantik yerlərin ilk beşliyində Minskdəki Troitskoye qəsəbəsi, Almatıdakı Kok-Tübe dağı, Astanadakı Bayterek abidəsi, Bakıdakı Qız qalası və Daşkənd teleqülləsi yer alıb. Reytinq internetdə aparılan sorğunun yekunları əsasında tərtib edilib.

Əbülfəs Qarayev Böyük Britaniyanın incəsənət, irs və turizm üzrə dövlət katibi ilə görüşüb

Mədəniyyət naziri Əbülfəs Qarayev Bakıda keçiriləcək Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili və UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ölkəmizin sədrliyi ilə bağlı təqdimatın keçirilməsi məqsədilə Böyük Britaniyanın Koventri şəhərində səfərdədir.

İranın Sistan-Bəlucistan vilayətində 3 günlük matəm elan olunub

Bu gündən başlayaraq İranın Sistan-Bəlucistan vilayətində 3 günlük ümumi matəm elan olunub.

Xudaferin.eu xəbər verir ki, vilayətin valisi Əhmədəli Möhəbbəti terror aktını pisləyərək deyib ki, İranın müdafiəçilərinə əl qaldırmaq ən ağır cinayətdir və bu cinayəti törədənlər tezliklə cəzalarına çatacaqlar. Vali nəzərə çatdırıb ki, həlak olanların dəfn mərasimini valilik keçirəcək.

Əcnəbi turistlər üçün “Azərbaycanı tanıyaq” adlı sərgi təşkil olunub

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon Mərkəzi Kitabxana Sisteminin 6 saylı filialında əcnəbi turistlər üçün məlumat xarakterli “Azərbaycanı tanıyaq” adlı sərgi təşkil olunub.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, sərgidə müxtəlif illərdə Azərbaycan, rus, ingilis dillərində nəşr olunmuş ölkəmizin ictimai-siyasi, mədəniyyət, incəsənət, etnoqrafiya və tarixini özündə əks etdirən kitablar nümayiş olunur.

İtaliya və Fransa prezidentləri iki ölkə arasında yaranmış gərginliyi müzakirə ediblər

Prezident Sercio Mattarella və həmkarı Emmanuel Makron telefon danışığı zamanı Fransanın İtaliyadakı səfirinin geri çağırılması ilə nəticələnən gərginliklə bağlı müzakirələr aparıblar.

Xudaferin.eu ANSA agentliyinə istinadla xəbər verir ki, hər iki lider Fransa-İtaliya əlaqələrinin önəmini bir daha vurğulayıb və Avropa İttifaqı qarşısındakı vəzifələrini xatırladıblar.

Avropa kuboku yarışlarında dörd cüdoçumuz mübarizə aparacaq

Fevralın 16-da Avstriyanın Overvart şəhərində qadın cüdoçularımızın da qatılacağı Avropa kuboku yarışları keçiriləcək.

Xudaferin.eu Beynəlxalq Cüdo Federasiyasının saytına istinadla xəbər verir ki, Azərbaycanı yarışda dörd idmançı təmsil edəcək. Belə ki, qitə kubokunda cüdoçularımız Şəfəq Həmidova (48 kq), Alexandra-Larisa Florian (52 kq), Nuriyyə Axundova (63 kq) və Günel Həsənli (70 kq) güclərini sınayacaqlar.

Turnirdə 35 ölkədən 209 idmançı mübarizə aparacaq.

Xudaferin.eu

Türkiyənin Kahramanmaraş bölgəsinin erməni silahlılarından azad olunmasının 99-cu ildönümü qeyd edilib

Türkiyənin Kahramanmaraş bölgəsinin erməni silahlı birləşmələrinin işğalından azad olunmasının 99-cu ildönümü münasibətilə silsilə tədbirlər keçirilib.

Xudaferin.eu xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim bu münasibətlə təşkil olunan rəsmi mərasimdə iştirak edib.

Əvvəlcə Türkiyənin dövlət himnləri səsləndirilib, şəhidlərin ruhlarına dualar oxunub.