13 February 2019

Atletlərimiz İstanbul kuboku turnirinə qatılacaqlar

Fevralın 16-da atletlərimiz İstanbul kuboku turnirinə qatılacaqlar.

Azərbaycan Atletika Federasiyasının (AAF) mətbuat xidmətinin rəhbəri Ceyhun Hüseynov AZƏRTAC-a bildirib ki, turnirdə ölkəmizi Nazim Babayev, Teymur Salamlı, Yadulla İbrahimov, Səid Nəcəfzadə, Fəxriyyə Tağızadə, Zəkiyə Həsənova, Lamiyə Vəliyeva və Yelana Pextireva təmsil edəcəklər.

İranda törədilən terror aktında 20 nəfər həlak olub

İranın Sistan-Bəlucistan bölgəsində törədilən terror aktında 20 nəfər həlak olub, 30 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Xudaferin.eu xəbər verir ki, terrorçular İran İslam İnqilabının Keşikçiləri Korpusunun əsgərlərini daşıyan avtobusu partladıblar. Əsgərlərlə yanaşı, avtobusda bir neçə zabit də olub.

Hadisə yerinə gələn yanğınsöndürənlər və təcili tibbi yardım işçiləri partlama nəticəsində yanan avtobusdan cəsədləri çıxarıblar. Bəzi cəsədlər tanınmaz hala düşüb.

QHT-lərə Dövlət Dəstəyi Şurası ilə USAID arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Caydev Sinqx və qurumun idarəçilik və iqtisadi dayanıqlıq şöbəsinin direktoru xanım Aylin Şivan Louleslə görüşüb.

Masaçusets Universitetinin azərbaycanlı professoru

O, uzun illər Azərbaycan Tibb İnstitutunun biokimya kafedrasının müdiri işləmiş, sonradan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında biokimya kafedrasına rəhbərlik etmiş, 29 yaşından tibb elmləri doktoru olmuş, mərhum professor Akif Məmmədovun yadigarıdır. Babası Əliş Məmmədov Şuşa Realnı Məktəbini bitirərək, uzun illər Bakıdakı orta məktəblərdə müəllimlik edib.