12 February 2019

Azərbaycanlı alimin özbək ədəbiyyatı ilə bağlı kitablarının Daşkənddə təqdimatı olub

Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri, professor Ramiz Əskərin özbək ədəbiyyatı ilə bağlı kitablarının Daşkənddə təqdimatı keçirilib.

Xudaferin.eu xəbər verir ki, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirakçılar əvvəlcə Özbəkistan və digər türkdilli ölkələrlə bağlı tədqiqat əsərləri və tərcümə kitablarından ibarət sərgi ilə tanış olublar.

Leninin mavzoleyi bağlanır

Moskvada Vladimir Leninin mavzoleyi müvəqqəti bağlanır.

Xudaferin.eu TASS-a istinadla xəbər verir ki, bu barədə ölkənin Federal Təhlükəsizlik Xidmətinin mətbuat və ictimaiyyətlə əlaqələr mərkəzindən məlumat verilib.

Məlumatda bildirilir ki, fevralın 18-dən aprelin 16-dək nəzərdə tutulan profilaktik işlərlə əlaqədar Leninin mavzoleyi ziyarətçilərə bağlı olacaq.

Qeyd edək ki, mavzoley sonuncu dəfə 2017-ci ildə profilaktik xidmət üçün bağlanıb.

Xudaferin.eu

Cənubi Afrika Respublikasında iri təbii qaz yatağı aşkarlanıb

Cənubi Afrika Respublikasının sahil zonasında perspektivli neft və qaz yataqlarının birində nəhəng təbii qaz və qaz kondensatı ehtiyatları aşkar edilib.

Xudaferin.eu xəbər verir ki, “Brulpadda” qaz yatağını Fransanın “Total” neft şirkəti aşkarlayıb.

Şirkətin baş icraçı direktoru Patrik Puyanne deyib ki, yatağın təbii qaz və qaz kondensatı ehtiyatlarının həcmi 1 milyard barel neft səviyyəsindədir.

Bu gün Türkiyədə Xocalı Parkı açılacaq

Bu gün Türkiyənin Kahramanmaraş şəhərində Xocalı Parkının açılış mərasimi keçiriləcək. Parkın salınması Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində görülən işlərin tərkib hissəsidir.

Xudaferin.eu xəbər verir ki, açılış mərasimində rəsmi şəxslər, diplomatlar, Türkiyə ictimaiyyətinin nümayəndələri, yerli sakinlər iştirak edəcəklər.

Xudaferin.eu

Türkiyə Böyük Millət Məclisi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə xatirə pul sikkələri hazırlayıb

Türkiyə Böyük Millət Məclisi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə xatirə pul sikkələri hazırlayıb. Belə həssas münasibətə görə qardaş ölkəyə təşəkkürümüzü bildiririk.

Xudaferin.eu xəbər verir ki, bu sözləri fevralın 12-də Milli Məclisin sədri Oqtay Əsədov parlamentin plenar iclasında deyib. Sədr əlavə edib ki, bu addım qardaş ölkələrimiz arasındakı yüksək səviyyəli münasibətlərin daha bir göstəricisidir.

Xudaferin.eu

Azərbaycan şahmatçısı 41-ci açıq Bolqarıstan çempionatının qalibindən bir xal geri qalıb

Azərbaycan şahmatçısı Kənan Qarayevin iştirak etdiyi 41-ci açıq Bolqarıstan çempionatı başa çatıb.

Xudaferin.eu xəbər verir ki, Plovdiv şəhərində təşkil olunan yarışın “A” turnirində mübarizə aparan təmsilçimiz doqquz turun yekununda altı xal toplayaraq 15-ci yerdə qərarlaşıb. O, yarışın qalibi olan bolqarıstanlı Radoslav Dimitrovdan cəmi bir xal geri qalıb.

“A” turnirində ümumilikdə 13 ölkədən 90-dək şahmatçı mübarizə aparıb.

Xudaferin.eu