09 February 2019

Gürcüstanda aksiyalar... - Azərbaycanlılar etiraza başladı

Bu gün Tiflisdə Parlamentin qarşısında Gürcütanda yaşayan azərbaycanlılar etiraz aksiyası keçiriblər.

Xudaferin.eu-nun verdiyi xəbərə görə, azərbaycanlılar Xocalı soyqrımının qatillərindən olan erməni Mixail Avaqyana Gürvüstanda abidə ucaldılmasına etiraz ediblər.

Aksiya iştirakçıları büstün ucaldılmasını qanunsuz adlandıraraq onun götürülməsini tələb edirlər.

Aksiyada azərbaycanlı gənclər, tələbələr, iş adamları ilə yanaşı, gürcü gənclər, politoloqlar, Abxaziya müharibəsinin veteranları da bu aksiyada iştirak ediblər.

Azərbaycan Avropa çempionatının ilk günündə üç medal qazandı - FOTO

Karate üzrə yeniyetmə və gənclərdən ibarət milli komandamız Danimarkanın Albo şəhərində keçirilən növbəti Avropa çempionatında mübarizəyə başlayıb.

Xudaferin.eu xəbər verir ki, qitə çempionatının ilk günü bütün yaş qruplarında kata və 14-15 yaşlı yeniyetmələrdə -52, -57, -63, -70 və +70 kq oğlanlar, eləcə də -47, -54 və +54 kq qızların kumite yarışlarının nəticələri məlum olub.

Olimpiadanın medalları köhnə telefonlardan hazırlanacaq

Tokio-2020 Yay Olimpiadasının Təşkilat Komitəsinin təşəbbüsü ilə 50 tonadək köhnə telefon, videokamera və noutbuk yığılıb.

TASS-ın məlumatına görə, məqsəd həmin qurğulardan çıxarılacaq qiymətli metallardan medallar hazırlamaqdır.

Bildirilir ki, artıq 100 faiz bürünc, 85 faiz gümüş və 94 faiz qızıl əldə olunub.

Köhnə smartfon, noutbuk və videokameraların yığılması üçün iki il vaxt tələb olunub. Bu məqsədlə ölkə üzrə 4 minədək qəbul məntəqəsi açılıb.

Xudaferin.eu

İspaniyada qatar qəzası: ölən və yaralılar var

İspaniyada iki sərnişin qatarı toqquşub. 

La Vanguardia portalının məlumatına görə, hadisə dəmir yolunun San-Visente-de-Kastelyetlə Barselonanın Monres bölgəsi arasındakı hissəsində baş verib. 

Qəza nəticəsində bir nəfər ölüb, 97 nəfər yaralanıb. Onlardan 76 nəfərin xəsarəti ağır deyil.

Bildirilir ki, toqquşmadan sonra qatarlardan biri relsdən çıxıb. 

Xudaferin.eu

“Vikipediya”da böyük Azərbaycan şairi İmadəddin Nəsimi haqqında bolqar dilində məqalə yaradılıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) və Şəms Tərcümə Xidmətləri Mərkəzinin əməkdaşlığı çərçivəsində “Vikipediya”da böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimi haqqında bolqar dilində məqalə yaradılıb.

MEK-dən AZƏRTAC-a bildirilib ki, məqalədə Nəsiminin həyatı, yaradıcılığı və əsərləri haqqında ətraflı məlumat verilir.

“Lapis-Lazuli” layihəsi çərçivəsində Azərbaycanda əfqan mallarının sərgisi keçiriləcək

“Lapis-Lazuli” layihəsinin (Lazurit nəqliyyat dəhlizi) iştirakçısı olan ölkələrdə əfqan malları təqdim olunacaq.

Təxminən 1000 nəfərdən ibarət olan əfqan sərmayəçilərindən ibarət qrup “Lapis-Lazuli” marşrutu üzrə (Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə) yeni səyahətin hazırlanmasına cəlb olunub.

İngiltərədə xərçəng xəstəliyinə qarşı yeni yaradılan dərman müsbət nəticə verib

İngiltərədə xərçəng xəstəliyinə qarşı yeni yaradılan dərman preparatı müsbət nəticə verib.

Xudaferin.eu BBC-yə istinadla xəbər verir ki, müalicəsi mümkün olmayan 150 xəstə üzərində yoxlanılan “TV” (Tisitumab Vedotin) adlı dərmanın xərçəng hüceyrələrinə qarşı daxildən mübarizə apardığı məlum olub. Londondakı Xərçəng Araşdırmaları İnstitutu tərəfindən yaradılan “TV” adlı dərman preparatı xəstələrin 27 faizində müsbət nəticə verib.

Xudaferin.eu 

Həmyerlimiz Camal Əliyev Ankarada iki gün konsert verib

Tanınmış violonçel ifaçısı Camal Əliyev Ankarada Türkiyə Prezidenti Administrasiyasının Simfonik Orkestrinin salonunda geniş konsert proqramı ilə çıxış edib.

Xudaferin.eu xəbər verir ki, həmyerlimizin konsertində bu ölkənin bir sıra rəsmi şəxsləri, ölkədə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, habelə tanınmış şəxslər iştirak ediblər.

Konserti Tomas Karrolun dirijorluğu ilə Prezident Administrasiyasının Simfonik Orkestri müşayiət edib.

C.Əliyevin peşəkar ifaçılığı iki gün təqdim edilən konserti maraqlı edib, musiqili gecə coşqu ilə qarşılanıb.

Son bir ayda Ukraynada 7 nəfər qızılca xəstəliyindən həlak olub

2019-cu ilin əvvəlindən Ukraynada qızılca xəstəliyindən 7 nəfər həlak olub.

Xudaferin.eu xəbər verir ki, bu barədə Ukrayna səhiyyə nazirinin müavini Olqa Stefanişina məlumat verib. Qızılcadan həlak olanların ikisi uşaqdır.

Onun sözlərinə görə, təkcə yanvar ayında Ukraynada 15 mindən artıq insan qızılcaya tutulub. Ən çox qızılca xəstəliyi tutan bölgə Ukraynanın qərbidir.

2017-ci ildən qızılca xəstəliyi yayılandan bəri Ukraynada 28 nəfər həlak olub, bunlardan 17-i uşaqdır.

İnformasiya Texnologiyaları İnstitutu beynəlxalq konfransın elmi komitəsində təmsil olunur

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda avqustun 26-dan 30-dək “Qabaqcıl texnologiyalar üzrə 8-ci beynəlxalq konfrans” (International Conference of Advances Technology – ICAT 2019) keçiriləcək.

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova ölkəmizi bu konfransın elmi komitəsində təmsil edir.

Cəlil Məmmədquluzadənin ədəbi irsinə özbək dilində böyük töhfə

Özbəkistanda Azərbaycan yazıçısı, “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi Cəlil Məmmədquluzadənin “Poçt qutusu” adlı povest və hekayələrdən ibarət kitab nəşr olunub.

Xudaferin.eu xəbər verir ki, 316 səhifəlik kitaba müəllifin “Danabaş kəndinin əhvalatları” povesti, “Poçt qutusu”, “Qurbanəli bəy”, “Usta Zeynal”, “Quzu”, “Pirverdinin xoruzu”, ümumiyyətlə, 26 hekayəsi daxil edilib.

Fransa portalında azərbaycanlı tenor Yusif Eyvazovun müsahibəsi yerləşdirilib

Fransanın “Forumopera” (www.forumopera.com) portalında və “Lirik dünya” jurnalında azərbaycanlı tenor Yusif Eyvazovla bağlı “Səsinə inanırsansa, təslim olma” adlı məqalə yerləşdirilib.

Xudaferin.eu xəbər verir ki, məqalədə Yusif Eyvazovun Paris Operasında solo konserti yüksək qiymətləndirilir və tenorun bu uğuru onun uzun illər çəkdiyi zəhmətin bəhrəsi olduğu bildirilir.