07 February 2019

Əməkdar artist Gülşən Ənnağıyeva Moskvada konsert verəcək

Fevralın 16-da tanınmış pianoçu, Əməkdar artisti, professor, Türkiyədə yaşayan həmyerlimiz Gülşən Ənnağıyeva P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında konsert proqramı ilə çıxış edəcək.

Xudaferin.eu xəbər verir ki, “İbarələr” (“Фразы”) adlanan musiqili axşamda Gülşən Ənnağıyeva tərəfindən Edison Denisov, Olivye Messian, Viktor Yekimovski, Nazim Mirişli, Yuri Vorontsov, Klod Debüssi və Fərəc Qarayevin əsərləri ifa ediləcək.

TÜRKSOY-a üzv ölkələrin bəstəkarları beşinci dəfə bir araya gəlib

Türkiyənin Bolu şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin bəstəkarlarının beşinci görüşü keçirilib.

Xudaferin.eu xəbər verir ki, görüşdə Türkiyə, Qazaxıstan və Qaqauz Yeri Muxtar Ərazi Qurumundan (Moldova) olan el sənətkarları da iştirak edirlər.

Görüşdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Bolu şəhərinin Seben Bələdiyyəsinin sədri Süleyman Özbağ, Qazaxıstan Bəstəkarlar İttifaqının sədri Baynur Qydyrbekin çıxışları olub.

Gənc ifaçılar Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində konsert verib

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində gənc ifaçıların konserti olub. Gənclər Günü münasibətilə təqdim olunana konsertdə Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbə və müəllimləri iştirak ediblər. Konsert zamanı Azərbaycan və xarici bəstəkarların əsərləri, eləcə də müasir estrada janrında olan əsərlər səsləndirilib.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin rəhbəri Valentin Denisov konsertin təşkilində əməyi olan hər kəsə təşəkkür edib.

Amerikalı tədqiqatçılar 1942-ci ildə batırılan Yaponiya kreyserini tapıblar

Amerikalı tədqiqatçılar qrupu pilotsuz sualtı qayığın köməyi ilə 1942-ci ildə Solomon adaları yaxınlığında ABŞ Hərbi Dəniz Donanması ilə ağır dəniz döyüşündən sonra batırılan Yaponiya İmperator Donanmasına məxsus “Hiey” kreyserini aşkarlayıblar. Kreyser dənizin 1000 metr dərinliyində tapılıb.

Ukraynanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Mişenko ilə diplomatik fəaliyyətinin başa çatması münasibətilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Bu xüsusda, səfir A.Mişenkonun səyləri yüksək qiymətləndirilib.

Vladimir Fesenko: Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müsbət mövqe nümayiş etdirmir

Ermənistan hakimiyyəti Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı müsbət mövqe nümayiş etdirmir.

Bu fikri AZƏRTAC-a açıqlamasında “Penta” Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri, ukraynalı politoloq Vladimir Fesenko söyləyib. Onun sözlərinə görə, Ermənistanın yeni hakimiyyəti, baş nazir N.Paşınyan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müsbət bəyanat verməyib.

İstanbulda çökmüş binanın dağıntıları altından səslər eşidilir

Türkiyənin ətraf mühitin mühafizəsi və meşə təsərrüfatı naziri Murat Kurum Kartal bölgəsində çökmüş bina ilə bağlı açıqlama verib.

Xudaferin.eu xəbər verir ki, nazir dağıntılar altından səslərin eşidildiyi bildirib. Əraziyə baxış keçirilib. Təəssüf ki, burada layihədən kənar, qeyri-qanuni tikilmiş binalar var. Layihə üzrə beşmərtəbəli evlərin tikilməsi nəzərdə tutulan yerlərdə 9, 10 mərtəbəli binalara rast gəlmək mümkündür. Riskli olduğu düşünülən ərazi və binalarda lazimi tədbirlər görüləcək.

Petro Poroşenkonun prezidentliyə namizədliyi qeydə alınıb

Ukrayna Mərkəzi Seçki Komissiyasının fevralın 7-də keçirilən iclasında Petro Poroşenkonun prezidentliyə namizədliyi qeydə alınıb.

Xudaferin.eu xəbər verir ki, MSK üzlərinin hamısı P.Poroşenkonun namizədliyinin qeydiyyatına müsbət rəy verib. Bununla da Ukraynada qeydə alınan prezidentliyə namizədlərin sayı 38 olub.

Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək. Fevralın 8-də namizədlərin qeydə alınması prosedura başa çatacaq.

Xudaferin.eu

Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşının layihəsi “Horizon-2020”nin qalibi olub

2018-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) əməkdaşı, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Canməmməd Rüstəmovun təqdim etdiyi layihə Avropa İttifaqının “Horizon-2020" qrant proqramının qalibi olub.