06 February 2019

Gürcüstan parlamentinin deputatı: Azərbaycana və azərbaycanlılara qarşı təxribatlara yol verilməməlidir

Bu gün bəzi qüvvələr müxtəlif yollarla Azərbaycan-Gürcüstan münasibətlərinə zərbə vurmağa, əsrlər boyu mehriban qonşu olan iki xalqın dostluq münasibətlərini korlamağa çalışırlar. Biz haqq səsimizi ucaltmalı və buna imkan verməməliyik.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstan parlamentinin deputatı Azər Süleymanov deyib.

Azərbaycan alimlərinin elmi məqalələri İtaliyanın ən nüfuzlu jurnalında dərc edilib

İtaliyanın Genuya Universitetində “25 illik Azərbaycan-İtaliya münasibətləri Aralıq dənizi, Qara dəniz və Xəzər dənizinin şahidliyi kontekstində” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

AMEA-nın Fəlsəfə İnstitutundan AZƏRTAC-a bildirilib ki, elmi konfransda bir sıra Avropa ölkələrindən tanınmış alimlər iştirak ediblər.

Türkiyədən Fransaya saxta “erməni soyqırımı” etirazı

Fransa Prezidenti Emmanuel Makronun saxta “erməni soyqırımı” ilə bağlı açıqlaması Türkiyə tərəfinin kəskin etirazına səbəb olub.

Xudaferin.eu xəbər verir ki, məsələyə ilk etiraz edən Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın olub. Anadolu agentliyinin məlumatına görə, Fransa Prezidentinin 24 aprel tarixini saxta “erməni soyqırımı” günü elan etmək barədə açıqlamasının kəskin şəkildə qınadıqlarını ifadə edən İbrahim Kalın bildirib ki, ölkəsində siyasi böhran yaşanan Makronun tarixi hadisələri siyasi vasitəyə çevirməsini rədd edirik.

ABŞ müasir raketdən müdafiə sistemi qurur

Vaşinqton diqqətini müasir raketdən müdafiə sistemi qurmaq istiqamətində cəmləyib.

Xudaferin.eu ABŞ KİV-lərinə istinadla xəbər verir ki, Prezident Donald Tramp bu barədə Konqresdə ölkədəki vəziyyətlə bağlı ənənəvi müraciəti zamanı deyib.

Son 2 il ərzində ABŞ silahlı qüvvələrinin miqyaslı bərpa işlərinə başladığını deyən ABŞ lideri 2018-ci ildə Pentaqonun büdcəsinin 700 milyard dollara yaxın olduğunu, 2019-cu ildə isə bu məbləğin daha 16 milyard dollar artırıldığını bildirib.

Goranboyda eneolit və ilk tunc dövrünə aid müxtəlif maddi mədəniyyət nümunələri aşkarlanıb

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun tunc və ilk dəmir dövrü arxeologiyası şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynovun rəhbərlik etdiyi ekspedisiya Naftalan şəhəri və Goranboy rayonu ərazisində arxeoloji tədqiqatlar aparıb.

Parataekvondoçumuz dünya çempionatının bürünc medalına sahib olub

Antalyada parataekvondo üzrə dünya çempionatına start verilib. Yarışda 11 taekvondoçu ilə təmsil olunan komandamızın üç üzvü dayanq üzərinə çıxıb.

Xudaferin.eu xəbər verir ki, ilk yarış günündə xanım taekvondoçumuz Röyalə Fətəliyeva (49 kq) yarımfinalda məğlub olsa da, aktivinə bürünc medal əlavə edib.

Paralimpiyaçılarımız pauerliftinq üzrə dünya kuboku yarışlarında iştirak edirlər

Azərbaycanlı paralimpiyaçılar pauerliftinq üzrə dünya kuboku yarışlarında iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərindədirlər.

Xudaferin.eu xəbər verir ki, fevralın 6-13-də Dubayda keçiriləcək dünya kuboku yarışları “Tokio 2020” Yay Paralimpiya Oyunlarına lisenziya xalı verəcək.

Yarışda Azərbaycanı Şamo Aslanov, Nurlan Babacanov və Pərvin Məmmədov təmsil edirlər.

Dünya kuboku yarışlarına yola düşməzdən əvvəl idmançılarla Komitədə görüş keçirilib. İdmançıların fiziki və psixoloji hazırlığının yüksək olduğu qeyd olunub.

Makedoniya NATO-ya üzv qəbul edilib

Makedoniya NATO-ya üzv qəbul edilib.

Xudaferin.eu xəbər verir ki, bununla bağlı protokol Belçikanın paytaxtı Brüsseldə imzalanıb.

Xatırladaq ki, Afina və Skopye 2018-ci il iyunun 17-də iki ölkənin sərhədində yerləşən Prespa gölünün sahilində Makedoniyanın adının Şimali Makedoniya Respublikasına dəyişdirilməsi barədə saziş imzalayıblar. Prespa sazişi bu il yanvarın 11-də Makedoniya parlamenti, yanvarın 25-də isə Yunanıstan parlamenti tərəfindən təsdiqlənib.

Xalq artisti Tofiq Tağızadənin xatirəsi alınacaq

Fevralın 7-də II Fəxri xiyabanda görkəmli kino rejissoru, Xalq artisti Tofiq Tağızadənin xatirəsi alınacaq.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, həmin gün Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının kollektivi və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvləri anadan olmasının 100 illiyi münasibətilə mərhum rejissorun qəbirüstü abidəsini ziyarət edəcəklər.

Anım mərasimində Tofiq Tağızadənin mənalı ömür yolu və zəngin yaradıcılığına nəzər salınacaq, Azərbaycan kinosunun inkişafındakı xidmətlərindən danışılacaq.

Polşada yaşayan azərbaycanlılar üçün Məlumat və Hüquqi Yardım Mərkəzi yaradılıb

Polşa Azərbaycanlıları Birliyi 2019-cu ilə yeni və mühüm layihə ilə başlayır. Birliyin təşəbbüsü ilə Polşada yaşayan və təhsil alan azərbaycanlıların problemlərinin həllinə dəstək məqsədi ilə qurum daxilində Məlumat və Hüquqi Yardım Mərkəzi yaradılıb. Bu barədə məlumat verən birliyin sədri Cavid Yadigar Zeynalov qeyd edib ki, son illərdə Azərbaycandan Polşaya təhsil və işləmək məqsədi ilə gələnlərin sayında artım müşahidə olunur:

Virciniya ştatında Qazax ləhcəsi ilə azərbaycanca danışan professor

Mərhum xalq yazıçısı İsmayıl Şıxlının əsəri əsasında çəkilən "Dəli Kür" bədii filminə çox adam baxıb. Həmin filmdə haqqında bəhs olunan Qori seminariyasının Qazax filialı yəqin ki, yadınızdadır. Bax, həmin elm ocağı üçün binanı Hacı Kərim Sanılı bağışlayıb. O vaxt o, çar dumasının üzvü, mülkədar olub. Haqqında söhbət açdığım Faiq Musayev də Sanılı şəcərəsinin davamçılarındandır…