18 December 2018

Dünyanın ən qədim peşəsi məlum oldu

Şamanlıq bəşər tarixinin ən qədim peşəsi kimi tanınıb.

Xudaferin.eu xəbər verir ki, bu haqda elmi işin nəticələri “Phys.org” elmi portalında dərc olunub.

Harvard ali incəsənət və elm məktəbinin tədqiqatçısı Manvir Sinqhin sözlərinə görə, qədim qəbilələrin düşüncəsində şamanlar havanı idarə edib, uğurlu ov üçün xeyir-dua verib, müxtəlif xəstəlikləri müalicə edib. Şamanlar beləcə həm nüfuz, həm də hakimiyyət sahibi olub.

2018-ci ildə öldürülən jurnalistlərin sayı açıqlandı

Bu ilin yanvar ayından noyabr ayına qədər dünyanın müxtəlif ölkələrində ölən jurnalistlərin sayı 2017-ci il üzrə ölənlərin sayından çoxdur.

Xudaferin.eu-nun xəbərinə görə, bu haqda məlumat dekabrın 18-də insan hüquqları təşkilatı olan “Sərhədsiz müxbirlər”in mətbuat azadlığına dair nəşr etdiyi illik hesabatında verilir.

Ölüm hallarının yarısından çoxu beş ölkənin payına düşür.

Cari ilin yanvar ayından dünyada 80 nəfərdən çox jurnalist öz peşəkar fəaliyyəti ilə əlaqədar qətlə yetirilib.

Avropa İttifaqı Azərbaycana pul ayıracaq

Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrinin kibertəhlükələrə qarşı dayanıqlılığının möhkəmləndirilməsi üçün 3,2 milyon avro ayırmağa hazırlaşır. 

Xudaferin.eu “Ren” TV-yə istinadən xəbər verir ki, proqrama Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistan daxil olacaq. 

Avropa Komissiyasının tenderinə uyğun olaraq, bu ölkələrdə kibertəhlükəsizliyin gücləndirilməsi və kiberhücuma hazırlığın artırılmasına yönəlmiş texniki tədbirlər və əməkdaşlıq mexanizmləri hazırlanması planlaşdırılır.

Türkiyədə hərbçilərin kütləvi həbsi

Türkiyədə FETÖ terror təşkilatına üzv olma maddəsi ilə ittiham edilən 191 hərbçi saxlanılıb. 

Xudaferin.eu “Anadolu” agentliyinə istinadən xəbər verir ki, İstanbul Respublika Prokurorluğu saxlanılan 31 şübhəlinin əməlləri sübuta yetirilmədiyi üçün dərhal azadlığa buraxılması ilə bağlı qərar verib. 

Bundan başqa, etdiyi hərəkətdən peşman olduqlarını bildirən 42 hərbçi barəsində araşdırmalar davam edir. Onların ölkədən çıxışına məhdudiyyət qoyulub. 

Qalan 118 hərbçi barəsində isə həbs qərarı çıxarılıb.

Xudaferin.eu

Bakıda avtomobillərin qiyməti bahalaşıb

2018-ci ilin noyabr ayında Bakının avtomobil bazarında orta qiymət 42,152 min manat təşkil edib.

Xudaferin.eu “İnterfaks-Azərbaycan”a istinadən xəbər verir ki, bu barədə “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov açıqlama verib.

Onun sözlərinə görə, əvvəlki ayla müqayisədə avtomobil bazarında orta qiymət 12,22 faiz bahalaşıb. Ekspert qeyd edib ki, bu ilin noyabr ayında cəmi 1,729 min avtomobil satışa çıxarılıb.

Azərbaycanın ən güclü güləşçiləri müəyyənləşdirilir

Bu gün Bakı İdman Sarayında yunan-Roma güləşi üzrə böyüklər arasında ölkə çempionatı start götürüb.

Xudaferin.eu-nun xəbərinə görə, Dünya Güləş Birliyinin (UWW) qaydalarına uyğun təşkil olunan yarışda on çəki (55 kq, 60 kq, 63 kq, 67 kq, 72 kq, 77 kq, 82 kq, 87 kq, 97 kq, 130 kq) üzrə mükafatçılar müəyyənləşəcək.

Federasiyadan verilən məlumata əsasən, aparıcı milli üzvlərimizdən Almaniya çempionatında iştirak edən Eldəniz Əzizli, eləcə də, Rəsul Çunayev və Sabah Şəriəti Azərbaycan çempionatında yarışmır. 

Fazil Mustafa: Nəqliyyat idarə edilir, amma onun intellektuallığı görünmür

Dünən axşamdan bir balaca yağış yağdı, Bakıda yenə aləm bir-birinə dəydi, tıxaclar yaranmağa başladı. Bu, artıq cəmiyyətimiz üçün ciddi məsələyə çevrilməkdədir.

Xudaferin.eu-nun xəbərinə görə, bunu millət vəkili Fazil Mustafa parlamentin növbəti plenar iclasında dilə gətirib.

“Biz niyə bunun qarşısını ala bilmirik? Bu gün hansı insanlar narazıdır? O insanlar ki, marşrutlarda, avtobuslarda, yollarda dəqiqələrlə, saatlarla durub, oturub gözləyirlər… Hamısı işə yetişməkdə çətinlik çəkir. Bunlardan ciddi narazılar elektoratı ola bilməz.

Milli Məclisin iclası keçirilir

Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə ediləcək. 

Xudaferin.eu-nun xəbərinə görə, qanun layihəsi Azərbaycan Respublikasının 1996-ci il 17 may tarixli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nə uyğunlaşdırmaq və Milli Məclis haqqında qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Qanun layihəsinə altı yeni dəyişikliyin edilməsi təklif olunur. 

Dövlət gerbi və himni müzakirəyə çıxarılır

Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında “Dövlət Gerbi haqqında” və  “Dövlət Himni haqqında” qanun layihələri birinci oxunuşda müzakirəyə çıxarılıb.

Xudaferin.eu xəbər verir ki, layihələr barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Ə. Hüseynli deyib ki, “Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında” qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Gerbinin istifadəsi qaydalarını müəyyən edir.

ABŞ-da polis məktəbdə şagirdi döydü - VİDEO

ABŞ mətbuatında polis zorakılığını əks etdirən daha bir görüntü müzakirələrə səbəb olub. Luiziana ştatında çağırış əsasında Brusli orta məktəbinə gələn polis zabiti 14 yaşlı şagirdi vəhşicəsinə yerə çırparaq, onu boğub.

Xudaferin.eu xəbər verir ki, məktəbin müşahidə kamerasına düşən görüntü “Liveleak” portalında yayımlanıb.

Bakı metrosunda möhtəşəm yeniliklər gözlənilir

Metronun “Bakmil” stansiyasında təmir-tikinti işlərinin artıq son mərhələsi görülür. Sərnişinləri möhtəşəm yeniliklər gözləyir.

Bu sözləri Oxu.Az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. 

O bildirib ki, stansiyada platforma üzərində xüsusi çətirlər quraşdırılıb:

“Bu çətirlər platformada dayanan sərnişinləri yağışlı havadan qoruyacaq. Eyni zamanda çətir kəskin hava şəraitlərində platformanın ətrafında yerləşən stansiya avadanlıqlarının qorunması və sıradan çıxmasının qarşısını alacaq.