14 December 2018

Azərbaycanlı azarkeşlər erməni təxribatçıların dərsini verdilər - VİDEO

Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində keçirilmiş “Arsenal” – “Qarabağ” matçının sonunda baş verən erməni təxribatı “Emireyts” arenasında və oyundan sonra stadion ətrafında gərgin vəziyyətin yaranmasına yol açıb.

Xudaferin.eu xəbər verir ki, oyunun keçirildiyi meydana əlində qondarma “Dağlıq Qarabağ Respublikasının” bayrağını tutan erməni azarkeş çıxıb.

Stadionun mühafizəçiləri dərhal onu meydandan kənarlaşdırıblar.

Strasburqda terror aktı törədən şəxs öldürüldü - FOTO

Dekabrın 11-də Fransanın Strasburq şəhərində Milad bayramı ilə əlaqədar təşkil olunan bazarda insanlara atəş açan terrorçu öldürülüb.

Xudaferin.eu xarici KİV-ə istinadən xəbər verir ki, Şerif Şekatt adlı şəxs dünən Fransa polisi tərəfindən Strasburqun Noydorf bölgəsində Lazaret küçəsində zərərsizləşdirilib. 

Məlumatlara görə, aparılan əməliyyat zamanı o, polisə atəş açdıqdan sonra cavab atəşi ilə öldürülüb. 

Bildirilir ki, 29 yaşlı Şekatt Fransa, Almaniya və İsveçrədə 27 dəfə məhkumluq həyatı yaşayıb. 

Parlamentlərarası İttifaqın 5-ci Qlobal Konfransı başlayır

Bu gün Milli Məclisdə (MM) Parlamentlərarası İttifaqın (PAİ) Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransı öz işinə başlayır.

Xudaferin.eu-nun xəbərinə görə, iki günlük konfransda Dayanıqlılığın təşviqi, gələcək nəsillərin maraqlarının müdafiəsi məsələsi müzakirə olunacaq.

İclası spiker Oqtay Əsədov açacaq və giriş nitqi söyləyəcək.

Sonra PAİ-nin prezidenti Qabriela Kuevas Barron, PAİ-nin Gənclər Forumunun sədri Mourine Osoru çıxış edəcəklər.

CNN Qobustan haqqında: Açıq səmada inanılmaz muzey

Məşhur ABŞ televiziya kanalı CNN UNESCO-nun ümumdünya irsi hesab olunan və qaya üzərindəki qədim təsvirlərlə tanınan Qobustan dövlət tarixi-bədii qoruğu haqqında foto və video materiallar paylaşıb.

Xudaferin.eu-nun verdiyi xəbərə görə, “Qaya üzərində incəsənət və nəğmə söyləyən daşlar ölkəsi” adlı süjetdə deyilir:

“Azərbaycanın Qobustan dövlət qoruğu – 6000 petroqlifin və “nəğmə söyləyən” daş olan Qavaldaşın qorunduğu səma altına inanılmaz bir muzeydir”

 

Bakıda QDİƏT-in Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb

Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası başlayıb.

Xudaferin.eu-nun Report-a istinadən məlumatına görə, toplantıya xarici işlər naziri Elmar Məmmədyarov sədrlik edir. 

İclasda təşkilata üzv ölkələrin yüksək səviyyəli rəsmilərinin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edirlər.

Xatırladaq ki, bu ilin iyulun 1-dən QDİƏT-ə Azərbaycan sədrlik edir. Ölkənin təşkilata sədrliyi “Bağlantılar vasitəsilə ticarətin gücləndirilməsi” şüarı altında həyata keçirilib.