13 December 2018

Vəkilliyə qəbul imtahanı keçiriləcək - TARİX

Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanlarının yazılı test mərhələsi keçiriləcək. 

Kollegiyadan Oxu.Az-a verilən məlumata görə, Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Abdulvahab Salamzadə 28 ünvanında yerləşən kompüter mərkəzində təşkil olunacaq imtahan əvvəlki yazılı test imtahanlarından fərqli olaraq, kompüter vasitəsilə - elektronlaşdırılmış qaydada olacaq. 

ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədi açıqlandı

Amerika Birləşmiş Ştatları Senatının Xarici əlaqələr Komitəsi bu gün Örl D.Litzenbergerin ABŞ-ın Azərbaycana, Linn Treysinin isə Ermənistana səfiri postuna namizədliyinin təsdiqlənməsi ilə bağlı səsvermə keçirəcək.

Xudaferin.eu xəbər verir ki, bu haqda Komitənin rəsmi internet səhifəsində məlumat dərc olunub.

İclasa komitənin sədri Bob Korker başçılıq edəcək.

Beynəlxalq Əlaqələr Komitəsi Ö.Litzenbergerin və L.Treysinin namizədliyini təsdiqləyəcəyi təqdirdə, Senatda səsverməyə çıxarılacaq.

Azərbaycanda atom elektrik stansiyası inşa ediləcək?

Rusiya Dövlət Korporasiyası “Rosatom” rəsmi Bakıya nüvədən sülh naminə istifadə üzrə əməkdaşlıq barədə bir sıra konstruktiv təklif göndərib.

Xudaferin.eu Prenedra.ru-ya istinadən bildirir ki, söhbət Azərbaycanda atom elektrik stansiyasının inşa edilməsi ehtimalından gedir.

Bildirilir ki, Azərbaycanda nüvə sahəsi mövcuddur, lakin ölkə ərazisində fəal atom elektrik stansiyası yoxdur.

“Məhz bu səbəbdən rəsmi Bakı bunun üzərində ciddi düşünür”, - deyə mənbələr bildirir.

Xudaferin.eu

Azərbaycanda Nobel qardaşlarına film həsr olundu - VİDEO

Bakı Media Mərkəzi Nobel qardaşlarının Azərbaycanda neft sahəsində fəaliyyətinə həsr olunmuş “Miras” adlı bədii-sənədli film hazırlayıb.

Xudaferin.eu xəbər verir ki, film layihəsi “Nobel oil” şirkətinin sponsorluğu ilə həyata keçirilib.

Filmin məqsədi Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinin həm regionda, həm də dünya neft hasilatının inkişafında tarixi rolu və əhəmiyyətini vurğulamaq, eləcə də Azərbaycanda neft hasilatı tarixinin işıqlandırılması və təbliği işinə töhfə verməkdir.

NATO Müdafiə Kollecinin nümayəndə heyəti Azərbaycandadır

Roma (İtaliya Respublikası) şəhərində yerləşən NATO Müdafiə Kollecinin nümayəndə heyətinin Azərbaycana akademik səfəri başlayıb.

Müdafiə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, müxtəlif ölkələri təmsil edən yüz nəfərədək dinləyici və müəllim ölkəmizin iqtisadi, coğrafi, mədəni, tarixi, siyasi və təhlükəsizlik mühiti ilə tanış olacaqlar.

Dünyanın ən böyük neft-qaz yatağı ABŞ-da tapıldı

“Milad bayramı bu il Amerikaya erkən gəldi”, - deyə ABŞ Daxili Məsələlər katibi Ryan Zinke açıqlama verib. 

Xudaferin.eu xəbər verir ki, “Delaware Basin” yatağındakı nəhəng tapıntılar qlobal neft bazarı ilə bağlı hesablamaları dəyişib.

“Bu müəyyənləşdirmə ərsəyə gəlməzdən öncə mən ABŞ-dakı neft və qaz hasilatı barədə nikbin idim. Ancaq indi fakt olaraq mənə aydındır ki, ABŞ-ın enerji dominantlığı artıq millətimizin üfüqündədir”. 

Ankarada sürət qatarı qəzaya uğradı: ölənlər var - VİDEO

Ankarada sürət qatarının qəzaya uğraması ilə bağlı 3 nəfər həbs edilib. 

Xudaferin.eu xəbər verir ki, bununla bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

Ankarada sürət qatarının qəzaya uğraması nəticəsində yaralıların sayı 84 nəfərə çatıb.

Bununla bağlı Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib. 

Onun sözlərinə görə, yaralılardan 34-ü xəstəxanalara yerləşdirilib. 

Qeyd edək ki, qəza zamanı doqquz nəfər həyatını itirib.

Azərbaycanda əhalinin kompüter bacarıqları hansı səviyyədədir?

Azərbaycanda (2017-ci il məlumatlarına görə) əhalinin 60 faizə yaxını kompüterdən istifadənin əsaslarını, o cümlədən  faylların və qovluqların surətlərini yaratmağı, yerləşdirmə etməyi bacarır. 20 faiz standart bacarıqları mənimsəyib. Buna misal kimi müxtəlif proqram təminatlarının quraşdırılması və konfiqurasiyası, elektron cədvəllərdə formullardan istifadə və s. göstərmək olar. Əhalinin bir faizini isə qabaqcıl kompüter istifadəçiləri, yəni xüsusi proqramlaşdırma dillərində kompüter tətbiqləri və proqramları yarada bilən peşəkarlar təşkil edir.

BMT-də Azərbaycanın xətti ilə iki qətnamə qəbul olundu

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində  Azərbaycanın həmtəşəbbüskarı olduğu iki qətnamə qəbul olunub.

Xudaferin.eu xəbər verir ki, bu haqda BMT-nin rəsmi sənədində bildirilir.

Bir sıra dövlətlərin, o cümlədən, Azərbaycan, Belarus, Türkmənistan və Özbəkistanın təşəbbüsü ilə irəli sürülən “Sülh naminə beynəlxalq çoxtərəflilik və diplomatiya günü” haqqında qətnamənin lehinə 144 səs, əleyhinə iki (İsrail və ABŞ ) səs toplanıb.  Heç bir üzv dövlət bitərəf qalmayıb.   

AMEA-da ixtisarlar aparılır - İDDİA

Azərbaycan Milli Elmlər Akademiyasında ixtisarların aparılması barədə xəbərlər yayılıb.

Oxu.Az-ın məlumatına görə, AMEA institutlarının şöbələrinin hər birindən üçdən artıq elmi işçinin fəaliyyətinə son qoyulub.

İddialara görə, buna səbəb elmi işçilərin iş davamiyyətinin aşağı olmasıdır. 

Qeyd edək ki, son zamanlar elmi işçilərin bir qismi AMEA-da iş saatlarının çox olmasından narazılıq edir. Onlar iddia edirlər ki, AMEA-nın kitabxanası əvvəllər bina daxilində olub. Alimlərin kitabxanada keçirdikləri saatlar iş saatı sayılıb.