05 December 2018

Şəmsəddin Hacıyev şagirdlərin dərs yükünün ağırlığından şikayətləndi

Millət vəkili şagirdlərin və müəllimlərin dərs-tədris yükü məsələsindən danışıb.

 Milli Məclisin (MM) Elm və təhsil komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən yeni “Ümumi təhsil haqqında” qanun layihəsinin müzakirəsində çıxışı zamanı millət vəkili Şəmsəddin Hacıyev orta məktəb şagirdlərinin məktəblərdə çox yükləndiyini bildirib və əlavə edib ki, bu, Azərbaycan təhsilinin xeyrindən daha çox ziyanına işləyir:

Daha bir ABŞ nəhəngi Azərbaycanı tərk edir?

ABŞ-ın “Şevron” enerji korporasiyası Azərbaycanın nəhəng “Azəri-Çıraq-Günəşli” neft yatağında payını (9,57%) satışa çıxarmaqla bağlı qərar qəbul edib. 

Xudaferin.eu xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. 

Bununla yanaşı, “Şevron” Xəzər neftini Türkiyənin Ceyhan limanına çatdıran Bakı-Tbilisi-Ceyhan boru kəmərində olan 8,9 faizlik payını da satmaq niyyətindədir. 

Vaşinqtonda 12-ci Parlament Forumu keçiriləcək

Dekabrın 6-da Vaşinqtonda Kəşfiyyat-Təhlükəsizlik üzrə 12-ci Parlament Forumu keçiriləcək. 

MM-dən Oxu.Az-a daxil olan məlumata görə, tədbirdə Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov iştirak edəcək.

Forumda Hökumətlərin və özəl sektorun terrorçuluğun maliyyələşdirilməsi əleyhinə fəaliyyəti, Kibertəhlükəsizlik, Şəxsi həyat və məlumatların paylaşılması, xarici sərmayə riskləri və digər mövzularda fikir mübadiləsi  aparılacaq.

Lavrov Bakıya gəlir

Rusiya xarici işlər naziri Sergey Lavrov dekabrın 14-də Bakıya səfər edəcək. 

Xudaferin.eu TASS agentliyinə istinadən xəbər verir ki, bununla bağlı Rusiya XİN nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, Lavrov Bakıda keçiriləcək Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QİƏT) üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə iştirak edəcək. 

11 ayda Gürcüstana bir milyondan çox azərbaycanlı gedib

Bu ilin yanvar-noyabr aylarında Gürcüstana səkkiz milyondan çox əcnəbi gəlib. Bu, ötən illə müqayisədə 10,6 faiz çoxdur. 

Xudaferin.eu Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bununla bağlı jurnalistlərə açıqlamasında Gürcüstanın Milli Turizm Administrasiyasının sədri Georgi Çoqovadze məlumat verib.

Turizm vizalarının sayı 11 ayda 4 milyon 486 min 500-dən çox olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,2% çoxdur.

XİN-dən “Lazarev klubu”na etiraz

Azərbaycan  Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti Yerevanda keçirilmiş Rusiya-Ermənistan “Lazarev klubu”nun ilk iclası ilə bağlı açıqlama yayıb.

Oxu.Az-ın məlumatına görə, açıqlamada deyilir ki, Ermənistan və Rusiya KİV-ləri bu ilin 30 noyabr – 1 dekabr tarixlərində Yerevanda keçirilmiş Rusiya-Ermənistan “Lazarev klubunun” birinci iclası barədə məlumatlar veriblər.

Güləş üzrə Azərbaycan çempionatı başlayır

Dekabrın 18-dən 20-dək Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında ölkə çempionatı keçiriləcək.

Xudaferin.eu xəbər verir ki, Dünya Güləş Birliyinin (UWW) qaydalarına uyğun təşkil olunacaq yarışda 10 çəki (sərbəst – 57 kq, 61 kq, 65 kq, 70 kq, 74 kq, 79 kq, 86 kq, 92 kq, 97 kq, 125 kq, yunan-Roma – 55 kq, 60 kq, 63 kq, 67 kq, 72 kq, 77 kq, 82 kq, 87 kq, 97 kq, 130 kq) üzrə mükafatçılar müəyyənləşəcək.

Ekspert: Badamdar sürüşmə zonası tamamilə çökə bilər

Badamdar sürüşmə zonasında lay sınarsa, həmin ərazidə yerləşən binalar tamamilə çökəcək.

Bunu Oxu.Az-a açıqlamasında şəhərsalma məsələləri üzrə ekspert Cahangir Qocayev bildirib.

Onun sözlərinə görə, bunun üçün həmin ərazidə təcili mühafizə tədbirləri görülməlidir.

“Yoxsa Bayıl yaylasının çökməsini müşahidə edəcəyik. Torpağı su yuyub aparacaq”.

Oxu.Az