01 November 2018

Qazaxıstanda Qarabağ istehsalı məhsulların satışı qadağan olundu

Azərbaycan-Qazaxıstan ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 15-ci iclasında ölkəmiz üçün uğurlu nəticələr əldə olunub.

Bununla bağlı Oxu.Az-a Azərbaycanın Qazaxıstandakı səfirliyindən məlumat verilib.

İclasda Qazaxıstanda Dağlıq Qarabağda istehsal olunan məhsulların satışının qadağan olunması ilə bağlı protokol razılaşdırılıb. 

Dağıstan və Azərbaycanı dəmiryolu birləşdirəcək

Azərbaycan və Dağıstanı daimi dəmiryolu xətti birləşdirəcək. 

Xudaferin.eu xəbər verir ki, bu sözləri Dağıstan rəhbəri Vladimir Vasilyev deyib. 

“İndiyədək istifadəyə verilməyən böyük nəqliyyat imkanlarımız var. Biz Bakı ilə daimi dəmiryol xəttini hazırlayırıq”, - Vasilyev bildirib. 

Onun sözlərinə görə, bu, hər iki ölkənin iqtisadiyyatını inkişaf etdirəcək. 

Bu ilin aprelində Mahaçqala və Bakı arasında yeni dəmiryolu xəttinin müzakirələrinə başlanılıb. Bundan başqa, Bakı-Mahaçqala istiqamətində birbaşa aviareyslərin açılması planlaşdırılır.

“Aqrolizinq” gübrə idxalını özəl sektora həvalə edəcək - AÇIQLAMA

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti ölkəyə mineral gübrələrin gətirilməsi prosesini tədricən özəl sektora həvalə etmək və bu bazardan çəkilmək niyyətindədir. Bu fikirləri Azərbaycana gübrə idxal edən şirkətlərin nümayəndələri ilə görüşdə “Aqrolizinq” ASC-nin sədri Seymur Mövlayev deyib.