20 October 2018

Hindistanda qatar onlarla insanın üstündən keçdi —VİDEO

Xudaferin.eu İndia.TV-yə istinadən xəbər verir ki, hadisə Daşar bayramı ilə əlaqədar keçirilən tədbirlər zamanı baş verib.

İstisna deyil ki, insanlar yanan fişənglər üzündən dəmir yolu xəttinə çıxıblar və bu zaman qatar altında qalıblar. Digər versiyaya görə, onlar bayram şənliyini dəmir yolu xəttində duraraq izləyiblər.

Hindistanda qatarın altında qalaraq ölən insanların sayı 60-a çatıb. 

Hadisə nəticəsində 70-dən çox adam xəsarət alıb. 

Xəsarət alanların əksəriyyətinin vəziyyəti ağır kimi dəyərləndirilir.

Sürücülərin cərimələnməsi mexanizmi dəyişdi—VİDEO

Avtomobilləri texniki baxışdan keçirmədən idarə etməyə görə təkrar cərimə tətbiq etmək üçün verilən müddət uzadılır. 

Xudaferin.eu “Xəzərxəbər”ə istinadən xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti müvafiq əsasnamədə dəyişiklik edib. 

Yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, əvvəllər bu müddət 10 gün idi. 

Müddətin uzadılmasının özünəməxsus səbəbləri var. Əsas səbəblərdən biri cərimələmə mexanizminin dəyişməsidir. 

Dörd güləşçimizin dünya çempionatındakı rəqibləri məlum oldu

Bu gün Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı start götürüb.

Xudaferin.eu xəbər verir ki, bu gün yarışın keçiriləcəyi “Laslo Papp” İdman Sarayında dörd kateqoriyada mübarizə aparacaq sərbəst güləşçilərin püşkatma mərasimi keçirilib.

61, 74, 86 və 125 kiloqram çəki dərəcəsində çıxış edən pəhləvanların ilk rəqibləri müəyyənləşib. Yığmamızın üzvlərindən ikisi təsnifat, ikisi isə 1/16 final mərhələsindən mübarizəyə başlayacaq.

61 kq Təsnifat. Pərviz İbrahimov – Skot Şiler (Kanada)