15 October 2018

Diaspor sədrinin cənazəsi Azərbaycana gətirilir

Dünyasını dəyişən Qazaxıstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sədri Vidadi Salahovun cənazəsi bu gün Azərbaycana gətiriləcək. 

Bu barədə Modern.az-Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliynin sədri Fuad Hüseynzadə məlumat verib.

O bildirib ki, Vidadi Salahovun cənazəsi bu gün Bakı vaxtı ilə 22:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gətiriləcək. Mərhum Bərdə şəhərində atasının yanında dəfn olunacaq.

Almaniya azərbaycanlılar üçün viza rejimini asanlaşdırır

Almaniyanın Bakıdakı səfirliyi Azərbaycan vətəndaşlarına viza verilməsi üçün “ASAN viza” sistemini tətbiq edə bilər.

Xudaferin.eu-nun xəbərinə görə, bunu Trend-ə Almaniya İqtisadiyyatının Şərq Komitəsinin rəqəmsallaşdırma üzrə İşçi qrupunun rəhbəri Ştefan Keqebayn deyib.

Ş.Keqebaynın sözlərinə görə, hazırda bu məsələ ilə bağlı Azərbaycan tərəfi ilə danışıqlar aparılır:

Azərbaycan Olimpiadada neçənci sıradadır?

Məlum olduğu kimi, Argentinanın paytaxtı Buenos Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, 2010-cu ildə Sinqapurda, 2014-cü ildə Çində (Nancin şəhərində) keçirilmiş Olimpiadalardan fərqli olaraq, bu dəfə daha çox idman növləri üzrə mübarizələr gedir.

Belə ki, 206 ölkədən 3997 idmançı 32 idman növü üzrə mübarizə aparır. Azərbaycan isə 17 idmançı ilə doqquz idman növü ilə təmsil olunur. Bunlar gimnastika, boks, cüdo, ağırlıqqaldırma, stolüstü tennis, atletika, taekvondo, güləş və üzgüçülük idman növləridir.

Bakı sakinləri internetin sürətindən narazıdır

Gündəlik həyatımızı internetsiz təsəvvür etmək mümkün deyil, desək, yanılmarıq. Hər birimiz istər evdə, istərsə də ofislərdə ölkədə fəaliyyət göstərən müxtəlif internet provayderlərindən istifadə edirik. Bəs bu provayderlərin sürətindən, müştəriyə xidmət səviyyəsindən razıyıqmı?

Bir neçə gün öncə sosial şəbəkələrdə müxtəlif internet provayderlərindən istifadənin mümkün olmaması ilə bağlı kütləvi statuslar paylaşılmışdı. Daha çox adıçəkilən provayderlərdən biri də  “KATV” idi.

Создатель науки «ДНК-генеалогия» о предках азербайджанцев и происхождении армян

На днях, на популярном российском аналитическом интернет-канале «День ТВ» было размещено интервью с доктором химических наук, профессором МГУ им. М.В. Ломоносова, профессором биохимии Гарвардского университета, биохимиком и автором нового научного направления «ДНК-генеалогия» Анатолием Алексеевичем Клесовым (Клёсовым).