14 October 2018

Anqola prezidentinin azərbaycanlı müəllimi - Dursun Hümbətov kim olub?

Dursun Oruc oğlu Hümbətov (Şahzeynallı) 1930-cu il mart ayının 10-da Gürcüstan Respublikasının Marneuli rayonunun, yəni qədim türk eli Borçalının Qurdlar kəndində anadan olub.

Manevr.az xəbər verir ki, onun ata babası Borçalı elinin seçkin, nüfuzlu zadəganlarından, bəylərindən biri - Hümmət Şahzeynallı olub. Məhz bu səbəbdəndir ki, D.Hümbətovun atası Oruc Hümmətov bəy oğlu kimi 1937-ci ildə Stalin repressiyasına məruz qalıbş, 10 il müddətinə SSRİ-nin uzaq Arxangelsk vilayətinə, siyasi dustaqlar koloniyasına göndərilib.