18 September 2018

Suriya raket hücumuna məruz qaldı

Suriyanın Latakiya şəhəri raket hücumuna məruz qalıb. 

Xudaferin.eu SANA-ya istinadən xəbər verir ki, Suriya Hava-Hücumundan Müdafiə qüvvələri raketləri zərərsizləşdirə bilib. 

Bildirilir ki, dənizdən atılan raketlər texniki sahələrlə bağlı obyektlərə hədəflənmişdi. 

Zərbələr nəticəsində 7 nəfər yaralanıb. 

Qeyd edək ki, bir müddət öncə Suriya Hava-Hücumundan Müdafiə qüvvələrinin İsrailin Dəməşq hava limanına raket zərbələrini dəf etdiyi barədə məlumat yayılıb. 

Xudaferin.eu

Ərdoğan Türkiyənin Suriya ilə bağlı planını açıqladı

Ankara Suriyada kürd terror qruplaşmalarına qarşı mübarizəni davam etdirəcək. 

Xudaferin.eu xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə rusiyalı həmkarı Vladimir Putinlə danışıqlardan sonra bəyan edib. 

O qeyd edib ki, terrorçuların nəzarət etdiyi ərazilər təkcə İdliblə məhdudlaşmır. 

Ərdoğan mübarizənin Türkiyənin təhlükəsizliyini təhdid edən bütün qruplaşmalara, xüsusən də YPG kürd terror qruplaşmasına qarşı davam etdiriləcəyini vurğulayıb. 

Meksika müflisləşmə astanasındadır

Meksika müflisləşmə astanasındadır. 

Xudaferin.eu xəbər verir ki, bunu Meksika prezidenti Andres Manuel Lopes Obrador tərəfdarları ilə görüşü zamanı bəyan edib: 

“Ölkə müflisləşmə durumunda olduğu üçün güman ki, biz onun istədiklərinin hamısını yerinə yetirə bilməyəcəyik. Lakin seçki öncəsi kampaniya zamanı verdiyimiz vədləri yerinə yetirəcəyik”, - deyə o vurğulayıb. 

Xudaferin.eu

Ərdoğan ağır texnikanı İdlibə göndərdi

Türkiyə Suriyanın İdlib bölgəsinə son dövrün ən böyük ağır hərbi texnikasını göndərib.

Xudaferin.eu-nun xəbərinə görə, bu barədə “Hürriyet” nəşri hərbi mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, bu barədə qərar Soçidə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və Rusiya lideri Vladimir Putin arasında görüşdən öncə qəbul edilib.

Tank və digər zirehli texnikanı daşıyan 50 nəqliyyat vasitəsindən ibarət konvoy Cisr Əl-Şuqur şəhərinə çatıb. Burada Türkiyə ordusunun 12 blok-postu var.