15 September 2018

Bakının erməni quldurlarından azad olunmasından 100 il ötür

Sentyabrın 15-i Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündür.

Xudaferin.eu-nun məlumatına görə, 100 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Azərbaycan və türk əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar.

Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.

Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin şərəfli səhifələrindən biridir.

Bu gün Azərbaycanda Bilik günüdür

Bu gün Azərbaycanda Bilik günü kimi qeyd olunur.

Xudaferin.eu xəbər verir ki, sentyabrın 15-də Azərbaycanda 165 780 uşaq birinci sinifə gedəcək.

Təhsil naziri Ceyhun Bayramovun “2018-2019-cu tədris ilində “Bilik günü”nün qeyd olunması və ilk dərs günləri haqqında” imzaladığı əmrə əsasən, 5 günlük tədris həftəsi tətbiq olunan məktəb və siniflərdə ilk dərs gününün 17 sentyabr hesab olunması, 6 günlük tədris həftəsi tətbiq olunan məktəb və siniflərdə isə dərslər sentyabrın 15-də başlanacaq.

50 ölkə nümayəndəsi parlamentin 100 illiyinə qatılacaq

Milli Məclisin (MM) Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Parlamentinin 100 illiyi ilə bağlı xüsusi təntənəli iclası bu ayın 21-də keçiriləcək.

Oxu.Az-ın xəbərinə görə, bunu vitse-spiker Bahar Muradova deyib.

O qeyd edib ki, iclas ayın 20-də nəzərdə tutulsa da, sentyabrın 21-nə keçirilib.

B.Muradovanın sözlərinə görə, xüsusi iclasda 50-dək ölkənin nümayəndə heyəti, parlament rəhbərləri, o cümlədən, beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər.

Oxu.Az

Türk kəşfiyyatı Suriyada əməliyyat keçirib: 9 terrorçu saxlanılıb

Türkiyə kəşfiyyatı Suriyanın Afrin şəhərində xüsusi əməliyyat keçirib. 

Xudaferin.eu “Anadolu” agentliyinə istinadən xəbər verir ki, əməliyyat nəticəsində 9 YPG/PKK terrorçusu saxlanılıb. 

Həmin şəxslər “Zeytun budağı” əməliyyatında iştirak edən iki türk əsgərinin ölümündə şübhəli bilinirlər.

Saxlanılan terrorçular Türkiyənin Hatay bölgəsinin jandarma komandanlığına təhvil verilib.

Xudaferin.eu

NATO-dan Gürcüstana vacib mesaj

NATO Gürcüstana alyansa qəbul üçün lazım olan islahatların keçirilməsində dəstəyini davam etdirəcək. 

Xudaferin.eu xəbər verir ki, bunu Vaşinqtonda NATO baş katibi Yens Stoltenberq deyib: 

“Gürcüstan tərəqqi əldə edir, bunu alqışlayırıq. Biz Gürcüstanı avroatlantik inteqrasiya yolunda, o cümlədən NATO-ya üzvlük məsələsində dəstəkləməyə davam edəcəyik”.

Baş katib qeyd edib ki, Gürcüstan NATO, NATO isə Gürcüstan üçün vacibdir. 

Xudaferin.eu

Hindistan İran neftindən imtina edir

Hindistanın neft emalı zavodları yaxın iki ay ərzində İrandan aldıqları xam neftin həcmini iki dəfə azaldacaq ki, ABŞ-ın İran neftinin ixracı ilə bağlı sanksiyalarından azad olsun. 

Xudaferin.eu bununla bağlı “Reuters” agentliyinə istinadla xəbər verir. 

Məlumatlara görə, sentyabr ayı ərzində Hindistana idxal ediləcək neftin həcmi 12 milyon barelə kimi azaldılacaq. 

Xatırladaq ki, Vaşinqton noyabrda yeni sanksiyalar tətbiq etmək niyyətindədir. 

Bakıda çörəkdə təhlükəli xəstəlik aşkarlandı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhərində fəaliyyət göstərən çörək istehsalı müəssisələrində keçirilən monitorinq zamanı bir sıra nöqsanlar aşkarlanıb.

Oxu.Az-ın məlumatına görə, həyata keçirilən tədbirlər zamanı agentliyin əməkdaşları tərəfindən çörək istehsalı müəssisələrindən çörək və çörəyin istehsalında xammal kimi istifadə olunan un məhsullarından nümunələr götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun sınaq laboratoriyalarına göndərilib.

Dar Ağacında heykəlləşən milli qürur

Azərbaycan Milli Hökumətinin baş prokuroru Firudin İbrahiminin 100 illiyi xatirəsinə

Firudin İbrahimi güneyli-quzeyli Azərbaycan tarixinin şərəfli səlnaməsində imzası olan nadir şəxsiyyətlərimizdən biridir. 1945—1946-cı illərdə Azərbaycan Demokrat Firqəsi tərəfindən yaradılan Milli Hökumətin baş prokuroru kimi 26 yaşında əqli, zəkası, hüquqi biliyi, idarəetmə siyasətinin mahir bilicisi kimi ad qazanmış Firudin İbrahimi bütün zamanların qəhrəmanlarından biridir.