13 September 2018

“Xəzər” Klinikasında ölüm kabusu

Şərqiyyə Əhmədova adlı bir xanım bu il 31 iyul tarixində təngnəfəsliklə bağlı “Xəzər” Klinikasına müraciət edib. Ona görə ki, bu klinika evlərinin yaxınlığında yerləşir. Burada kardioloq Yalçın Abuzərov Şərqiyyə xanımı peşəkarcasına müayinə edib və bildirib ki, ürəyində hər hansı bir problem yoxdur, tamamilə sağlamdır. Yalçın Abuzərov  söhbət əsnasında Şərqiyyə xanıma bildirib ki, əvvəllər müayinə aldığı “Günəşli” Klinikasından  tibbi rəyləri götür və bizim baş həkimlə məsləhətləş. Bununla yanaşı, o bu klinikadakı ginekoloq həkimi məsləhət bilib.

Xalq artisti Ramiz Məlik: “O məni özündən uzaqlaşdırmayan yeganə məşuqəmdir”

Zaman onu zahirən dəyişib. Amma qəlbi, düşüncələri, həyata, dostlara olan münasibəti heç dəyişməyib. Gəncliyindən necə “komsomol Ramiz”dirsə, eləcə də qalıb. Tanıyanlar onun barəsində “sözübütöv, kişi adamdır”, deyir. Tamaşaçıları üçün o, misilsiz aktyordur. Mənimsə ona xüsusi müraciətim var: “bakılı balası”… Aramızdakı yaş fərqinə baxmayaraq, bu səmimi müraciətimdən heç vaxt inciməyib. Amma yox… bu dəfə incikliyini bildirdi: “unutmusan məni, çoxdandı dərdləşmirik”- dedi. Və biz oturduq… dərdləşdik.