11 September 2018

Təzyiqi aşağı salmağın sadə üsulu açıqlandı

ABŞ-ın Çapel-Hilldəki Şimali Karolina Universitetinin alimləri müəyyən ediblər ki, 16 həftə müddətində həyat tərzinin dəyişdirilməsi yüksək qan təzyiqi ilə mübarizə üçün qəbul olunan preparatlara ehtiyacı azaldır. Bu, infakt və insult riskinin azaldılmasına, ömrü uzatmağa yardım edə bilər. 

Xudaferin.eu xəbər verir ki, bununla bağlı “EurekAlert!”in yayımladığı press-relizdə deyilir.

Ağasadıq Gəraybəyli ömrünün son illərini səhnədə necə keçirib?

“İncəsənət qurban tələb edir”. 

Bu məşhur deyim incəsənət aləmində və tarixində hər zaman istinad olunan və belə görünür, hələ çox istifadə ediləcək bir deyimdir. 

Çünki həqiqətən, bu aləmə - sənət dünyasına atılan bir çox sənətçilərin, sənət fədailərinin həyatı məhz bu deyimə köklənib.

Səhhətlərindən, sağlamlıqlarındam keçən kim, milli-mental-əxlaqi dəyərləri heçə sayan kim, ailələrini, şəxsi həyatlarını sənətə qurban verən kimi, şəxsi səadətlərini yalnız və yalnız sənətdə, səhnədə görən kim…

ABŞ Suriyanı sarsıdıcı zərbə ilə hədələdi

ABŞ Suriyanı sarsıdıcı zərbə ilə hədələyib. 

Xudaferin.eu xəbər verir ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bəyan edib ki, əgər Əsəd hökuməti yenidən kimyəvi silahdan istifadə etsə, ABŞ və tərəfdaşlarından daha güclü cavab alacaq:

“Onu deyə bilərəm ki, biz britaniyalı və fransalı tərəfdaşlarımızla məsləhətləşmələr aparırıq. Onlar da bizimlə razılaşdılar ki, kimyəvi silahdan daha bir istifadə daha güclü cavabla nəticələnəcək”. 

Bakı Şəhər Baş Səhiyyə İdarəsinə yeni rəis təyin edildi

Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi işindən azad edilib.

Xudaferin.eu xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən verilən açıqlamada bildirilib.

Məlumatdə qeyd edilib ki, idarənin rəisi vəzifəsində çalışan Elmira Əliyeva sentyabrın 4-də yaşla əlaqədər təqaüdə çıxdığı üçün tutduğu vəzifədən azad olunub. 

Bu vəzifəyə Merli Veyisova təyinat alıb. 

Xudaferin.eu

BMT əsrin humanitar fəlakətini proqnozlaşdırdı

Suriyanın İdlib şəhərindəki genişmiqyaslı hərbi əməliyyatlar əsrin humanitar fəlakətinə səbəb ola bilər. 

Xudaferin.eu “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu fikirləri BMT baş katibinin humanitar məsələlər üzrə müavini Mark Loukok deyib. 

“Yaxın bir neçə ayda İdlibdə baş verəcək hadisələr böyük insan tələfatına səbəb olacaq. Bu isə XXI əsrin humanitar fəlakətinə gətirib çıxaracaq. Bu problemin həlli üsulları olmalıdır”, - Loukok bildirib. 

Bakı necə milliləşdirildi?

Hələ Çar Rusiyası zamanından Bakı ilə bağlı çeşidli və məkrli planlar olub.

O dövrdən Bakını nə yolla olursa-olsun, Azərbaycandan qoparmaq və Rusiyaya birləşdirmək üçün ən müxtəlif yollara əl atılıb. Bu məkrli niyyətlər sovetlər dövründə də gündəmdə olub. Bakını Azərbaycandan ayırmaq və ya anklav bir bölgə etmək istiqamətində cəhdlər edilib.

Sovetlərin ilk dövrlərində bu planın baş tutmaması Nəriman Nərimanovun və kifayət qədər ziddiyyətli şəxsiyyət olan Mircəfər Bağırovun sayəsində alınmayıb.

Ərdoğan İdlibə hücumun risklərindən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Suriyanın İdlib bölgəsinə hücumlar Türkiyəni humanitar risk təhlükəsi ilə üz-üzə qoyur. 

Xudaferin.eu xəbər verir ki, Ərdoğanın fikirlərini “Reuters” yayımlayıb.  

Türk lider bildirib ki, İdlibə hücum regiondakı təhlükəsizliyə mənfi təsir göstərə bilər. Ərdoğan beynəlxalq ictimaiyyəti İdliblə bağlı tədbirlər görməyə çağırıb. Prezidentin sözlərinə görə, əks halda, bundan bütün dünya zərər görəcək. 

Penitensiar Xidmətdə yeni təyinat

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə yeni rəis müavini təyin edilib 

Oxu.Az-ın xəbərinə görə, bu vəzifəyə Orxan Əziz oğlu Qasımov təyin olunub. 

Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Oxu.Az-a faktı təsdiqləyiblər. 

Qeyd edək ki, bu vəzifəni ədliyyə general-mayoru Hüseyn Əlixanov bu ilin may ayınadək icra edib. Sonradan o təqaüdə göndərilib.

Oxu.Az

Türkiyə faiz qərarını gözləyir

Bu gün səhər saatlarında  dolların lirəyə nisbətdə məzənnəsi 6,46 lirə təşkil edib. 

Xudaferin.eu xəbər verir ki, avronun məzənnəsi 7,50 lirəyə yüksəlib.

Hazırda bazarlar Mərkəzi Bankın faiz qərarını gözləyirlər.

Qeyd edək ki, sentyabrın 13-də Türkiyə Mərkəzi Bankının Pul Siyasəti Komitəsinin iclası keçiriləcək. Toplantıda faiz artımı qərarı veriləcəyi gözlənilir. Bu da valyuta bazarında dolların hərəkətlənməsinə təsir edir. 

Bankirlər isə lirənin dəyər qazanmasında Mərkəzi Bankın bu toplantısının önəmli rol oynayacağını düşünürlər. 

İndoneziyada qadınlara kişilərlə nahar etmək qadağan olundu

İndoneziyanın Bireen dairəsinin Açex bölgəsində qadınlarla kişilərin birlikdə qida qəbul etməsi qadağan olunub. 

Xudaferin.eu xəbər verir ki, bununla bağlı “The Independent” məlumat yayıb. 

Bununla hökumət qadınların daha da “dindar” olmasını istəyir.

Yeni qaydalara dairədəki bütün kafe və restoranlar riayət etməlidir. İslam işləri üzrə idarənin yerli rəhbərlərinin fikrincə, qadınlar kişilərlə birlikdə qida qəbul etdiyi zaman şəriət qaydalarını pozurlar: qadınlar bunu ancaq yaxın qohumları və ya həyat yoldaşları ilə edə bilərlər. 

Türkiyə Suriya ilə sərhədə tanklar göndərdi

Türkiyə İdlibdəki hərbi fəaliyyətləri nəzərə alaraq, Suriyadakı hərbi varlığını artırır. Sərhədə tanklar və xüsusi təyinatlılar göndərir. 

Xudaferin.eu bununla bağlı “Bloomberg”ə istinadla məlumat yayıb. 

Bununla Ankara aktiv hərbi fəaliyyətlər zamanı regiondan miqrant axınının qarşısını ala biləcəyini düşünür. Bundan başqa, Türkiyə hakimiyyətinin fikrincə, sərhədin güclənməsi Suriya prezidenti Bəşər Əsəd və onun tərəfdarlarını dayandırmağa kömək edəcək.