09 September 2018

İraqda İŞİD neft kəmərini partlatdı

İŞİD terror qruplaşmasının yaraqlıları İraqın Kirkük vilayətində neft kəmərini partladıblar.

Xudaferin.eu xəbər verir ki, bu barədə “Asayiş” kürd təhlükəsizlik qüvvələrinin başçısı İdris Rəfaət bildirib.

“Bu gün səhər saatlarında İŞİD terrorçuları iki bomba ilə Kirküklə Dubiz arasındakı neft kəmərini partladıblar”, - Rəfaət deyib.

Partlayış nəticəsində meydana gələn yanğını hələ də söndürmək mümkün olmayıb.

Xudaferin.eu

Rəsmi Bakı Paşinyana cavab verdi

Ermənistanın Baş nazirinin Moskvada Azərbaycanın Dağlıq Qarabağ bölgəsini öz təsəvvüründə Ermənistanın bir hissəsi hesab edir deyə açıqlaması beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmətsizlik və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə zərbədir.

Rusiya, İran və Türkiyə dollardan imtina edəcəklər

İran Mərkəzi Bankının sədri Əbdülnasir Himməti bəyan edib ki, Rusiya və Türkiyə nümayəndələri ilə görüş zamanı ticarət əməliyyatlarında dollar əvəzinə yerli valyutadan istifadə imkanları müzakirə olunub.

Xudaferin.eu “Tehran Times”a istinadla xəbər verir ki, görüş zamanı həmçinin dolların “üç ölkə iqtisadiyyatına və ticarətinə təsirinin” aradan qaldırılması məqsədi ilə milli valyutaların qarşılıqlı mübadiləsinin mümkünlüyü də nəzərdən keçirilib. Eyni zamanda ticarət və iqtisadi əlaqələrinin genişlənməsi də müzakirə mövzusu olub. 

Mariya Stadnik çempion oldu

Polşanın paytaxtı Varşavada “Qran-pri” seriyasından olan “Poland Open” turniri başa çatıb. 

Xudaferin.eu-nun məlumatına görə, yarışda Azərbaycanı təmsil edən qadınlardan ibarət yığmanın lideri Mariya Stadnik (50 kq) qızıl medal qazanıb.

M.Stadnik (50 kq) həlledici görüşdə ötən il Avropa çempionatının finalında məğlub etdiyi (10:0) ukraynalı Ilyona Semkivlə qarşılaşıb. 

Finaladək bütün görüşlərində rahat qələbə qazanan Stadnik son qarşılaşmada da rəqibinə aman verməyib - 13:2. 

Beləliklə, Mariya daha bir yarışda çempion olub.

Abxaziyanın baş naziri yol qəzasında həlak oldu

Abxaziyanın baş naziri Gennadiy Qaquliyanın yol qəzasında həlak olmasına səbəb onun olduğu avtomobilin əks hərəkət zolağına çıxan avtomobillə toqquşması olub.

Xudaferin.eu xəbər verir ki, bu barədə Abxaziya DİN rəhbərinin müavini Kazbek Kimşaxov bildirib.

Onun sözlərinə görə, əks hərəkət zolağına çıxan avtomobilin sükanı arxasında respublikanın gənc sakini olub.

Xudaferin.eu