08 September 2018

Fransadan Rusiyaya ağır ittiham

Rusiya hərbçilərin istifadə etdiyi Fransa-İtaliya peykindən məlumatları ələ keçirməyə cəhd edib. 

Xudaferin.eu “Bloomberg”ə istinadən xəbər verir ki, bunu Fransa müdafiə naziri Florans Parli deyib. 

O bildirib ki, belə bir hal 2017-ci ildə baş verib. O vaxt Rusiyanın “Luç” kosmik aparatı Athena-Fidus peykinə yaxınlaşmışdı. 

Nazir qeyd edib ki, baş vermiş hadisə nəinki qeyri-dost addımdır, hətta cəsusluq aktıdır. 

Xudaferin.eu

Rusiya, İran və Türkiyə anlaşa bilmədilər

Rusiya, İran və Türkiyə İdlib məsələsi ilə bağlı anlaşa bilməyiblər.

Xudaferin.eu xəbər verir ki, bu barədə “Deutsche welle” yazır.

Bildirilir ki, Tehran sammitinin yekun bəyannaməsində  konkret addımlar barədə heç nə deyilmir. Sənəddə yalnız mülki əhalinin qorunmasının vacibliyi vurğulanır, həmçinin Ən-Nusra qruplaşmasına və İŞİD-ə qarşı hərbi əməliyyatların davam etdirilməsinin zəruriliyi qeyd olunur.   

Gömrükdə külli miqdarda zərgərlik məmulatı müsadirə edildi - FOTO

Gömrükçülər külli miqdarda zərgərlik məmulatlarının gömrük sərhədindən bəyan etməməklə və gömrük nəzarətindən gizlətməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

DGK-dan Oxu.Az-a verilən məlumata görə, “Yalama” gömrük postunda Bakı-Moskva qatarının sərnişini olan Azərbaycan Respublikasının vətəndaşına məxsus əl yüklərinə gömrük baxışı keçirilib.

Əfqanıstanda dəhşətli yol qəzası: 15 ölü, 25 yaralı

Bu gün səhər saatlarında Əfqanıstanın Qəndəhar əyalətində avtobusun yük maşını ilə toqquşması nəticəsində azı 15 nəfər ölüb, 25 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. 

Yaralananlardan bir neçəsinin vəziyyəti ağırdır.

Xudaferin.eu-nun xarici mediaya istinadən xəbərinə görə, qubernatorun rəsmi nümayəndəsi Əziz Əhməd Əziz bildirib ki, qəza yerli vaxtla təxminən saat 06:00 radələrində Jari rayonunda baş verib. 

Ölənlər arasında uşaqlar və qadınlar da var.

Faktla bağlı araşdırma aparılır.

Xudaferin.eu

ABŞ üç ölkədən səfirini geri çağırdı

Amerika Birləşmiş Ştatları Dominikan, Salvador və Panamadan səfirlərini geri çağırır.

Xudaferin.eu-nun Gazeta.ru-ya istinadən məlumatına görə, bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Nauert bəyan edib.

Qeyd edilir ki, müvafiq addım bu ölkələrin Tayvanı tanımamaq qərarı ilə bağlıdır.

Məlumatda bildirilir ki, Amerika Birləşmiş Ştatları Mərkəzi Amerika və Karib dənizi regionunda güclü, müstəqil və demokratik institutları dəstəkləmək üçün ABŞ hökumətinin liderləri bu ölkələrin diplomatik nümayəndələri ilə görüşəcək.

Filmdə Ərdoğana silah çəkdirən rejissora altı il həbs—FOTO

Türkiyədə FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində “silahlı terror təşkilatı idarəçiliyi” cinayətində ittiham edilən “Oyanış” filminin rejissoru Ali Avcıbarəsində altı il üç ay həbs cəzası verilib.

Xudaferin.eu Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun 15 ildən 22 ilə qədər həbsi istənilmişdi.

“Bu film çevriliş olsaydı, necə olardı, onu göstərən bir filmdir. Film bir nəfərlik deyil. Misal üçün, körpünü bağlayarkən, polis şöbəsinin müdiri kömək edir. Filmdə əsas problem olan səhnə Ərdoğanın başına silah dirənilməsi səhnəsidir.

İran İraqla sərhədi bağladı—VİDEO

İran hökuməti İraqla sərhəddə Şelamçə sərhəd buraxılış məntəqəsini bağlamağı qərara alıb.

Xudaferin.eu-nun xəbərinə görə, bu barədə “Sky News Arabia” məlumat yayıb.

Bildirilir ki, buna səbəb cümə günü İraqın Bəsrə şəhərində İranın Baş Konsulluğunun binasını yandırılması olub.

İran diplomatik nümayəndəliyi öz vətəndaşlarını nümayişlər keçirilən İraq vilayətini dərhal tərk etməyə çağırıb.

Son məlumata görə, Bəsrədə etirazlarda 20 mindən çox insan iştirak edib. Nümayişlər zamanı bir nəfər ölüb, 11 nəfər yaralanıb.

SSRİ Xalq artistlərimiz: Eyni ildə və eyni gündə bu ada layiq görülən dörd dahi

Keçmiş və 71 il ərzində yaşadığımız Sovetlər Birliyində tanınmış sənət adamlarının əməyinin, səhnə fəaliyyətlərinin qiymətləndirilməsi ilə bağlı bir sıra fəxri adların, rəsmi titulların, mükafatların verilməsi qərara alınmışdı.

Burada daha çox ideoloji məqsədlər və buxovlar nəzərdə tutulsa da, SSRİ və yerli 15 ittifaq respublikaları rəhbərləri tərəfindən bu adlara layiq görülən və ən əsası, bu adları haqq edən görkəmli, öz sənətlərinin fədailəri və xalqlarına daim başucalılğı, şöhrət gətirən sənətkarlar da az olmamışdı.

İsveç parlament seçkilərinə 4 azərbaycanlının namizədliyi qeydə alınıb

İsveç Krallığının Riksdagına (parlament) keçiriləcək növbəti çağırış seçkilərdə ilk dəfə olaraq 4 azərbaycanlının namizədliyi də qeydə alınıb.

Xudaferin.eu-nun məlumatına görə, İsveçdəki “Azərbaycan naminə” təşkilatından bildirilib ki, onlar İsveç Mərkəz partiyasından Turan Əliyev, İsveç Sosial-Demokrat Partiyasından Ayla Fəzilən, Xalidə Mərifət və Fərəc Quliyevdir. 

Azərbaycanlı namizədlərin seçkiqabağı təbliğat- təşviqat dövrü ekspertlər tərəfindən müsbət dəyərləndirilir. 

Qeyd edək ki, krallıqda parlament seçkiləri sentyabrın 9-da baş tutacaq.