07 September 2018

Altı yaşlı azərbaycanlı Rusiyada seriala çəkilir - FOTO

Altı yaşlı azərbaycanlı model və aktyor İmran Çələbi Rusiyada yayımlanan “Yolka 7” serialında rol alacaq.

Xudaferin.eu xəbər verir ki, Ramilə Çələbi “Instagram” hesabında çəkiliş meydançasından fotoları paylaşaraq məlumat verib.

İmran İvan Urqantın canlandırdığı “Boris Vorobyov”un oğlu rolunu oynayacaq.

Qeyd edək ki, serialın çəkilişləri hələ də davam  edir.

Lotereyalar, banklar haqqında qanunlar tam dəyişdirilir

Parlamentin qarşıdan gələn 2018-cil il payız sessiyasında bir çox qanunlara mühüm dəyişikliklər ediləcək. Bu sırada daha çox iqtisadi qanunvericilklə bağlı sənədlər gəlir.

Bu haqda Oxu.Az-a parlamentdən bildirilib.

Bildirilib ki, “Loreteyalar haqqında”, “Banklar haqqında” qanunlara və Vergi Məcəlləsinə ciddi dəyişikliklər ediləcək. Həmçinin, bir sıra digər iqtisadi, sahibkarlıq fəaliyyəti ilə bağlı qanunlara düzəlişlər olunacaq.

Merkel ilk dəfə Rusiyanın Suriyadakı əməliyyatlarını dəstəklədi

Almaniya kansleri Angela Merkel ilk dəfə olaraq Rusiyanın Suriyadakı əməliyyatlarını dəstəkləyib. 

Xudaferin.eu xəbər verir ki, o, bu fikirlərini RTL telekanalına müsahibəsində deyib. 

Onun sözlərinə görə, hazırda Dəməşqin nəzarətində olmayan İdlib bölgəsində radikal qüvvələrlə mübarizə aparmaq və oranın dinc əhalisini qorumaq lazımdır.

“Buna görə biz humanitar fəlakətdən qaçmalıyıq”, - Merkel deyib. 

O bildirib ki, Rusiya və Türkiyə prezidentləri ilə bunu müzakirə edib.

Xudaferin.eu

Putin Bakıya gəlir

Rusiya prezidenti Vladimir Putin Azərbaycan, Tacikistan və Özbəkistana səfər edəcək.

Xudaferin.eu-nun xəbərinə görə, bunu “İzvestiya” qəzetinə Rusiya prezidentinin beynəlxalq işlər üzrə köməkçisi Yuri Uşakov deyib.

Onun sözlərinə görə, səfərlər cari ilin sentyabr və oktyabr aylarında baş tutacaq.

İsrail-Livan sərhədində nəhəng divar tikilir

İsrail-Livan sərhədində tikilən beton divarı ilk dəfə jurnalistlərə nümayiş olunub. 

Xudaferin.eu İsrail mətbuatına istinadən xəbər verir ki, media nümayəndələrinə divarın ilk 11 kilometrlik hissəsi göstərilib.

Divarın hündürlüyü 9 metrdir. 

İsrail Müdafiə Nazirliyi gələcəkdə bu beton səddini bütün sərhəd boyu inşa etməyi planlaşdırır. 

Divarın tikilməsinin məqsədi sərhədyanı qəsəbələrdə yaşayan insanları “Hizbullah”ın hücumlarından qorumaqdır.

Xudaferin.eu

İsrail-Livan sərhədində nəhəng divar tikilir

İsrail-Livan sərhədində tikilən beton divarı ilk dəfə jurnalistlərə nümayiş olunub. 

Xudaferin.eu İsrail mətbuatına istinadən xəbər verir ki, media nümayəndələrinə divarın ilk 11 kilometrlik hissəsi göstərilib.

Divarın hündürlüyü 9 metrdir. 

İsrail Müdafiə Nazirliyi gələcəkdə bu beton səddini bütün sərhəd boyu inşa etməyi planlaşdırır. 

Divarın tikilməsinin məqsədi sərhədyanı qəsəbələrdə yaşayan insanları “Hizbullah”ın hücumlarından qorumaqdır.

Xudaferin.eu

Rusiya sabiq erməni nazirin axtarışından imtina etdi

Rusiya beynəlxalq axtarışa verilən Ermənistanın sabiq müdafiə naziri, general-leytenant Mikael Arutyunyanın axtarışından imtina edib. 

Xudaferin.eu xəbər verir ki, bununla bağlı ”İnterfaks” yerli mənbəyə istinadla məlumat yayıb. 

“2008-ci il martın 1-də Yerevanda baş verən hadisələrdə ittiham olunan Arutyunyanla bağlı materiallara baxıldıqdan sonra Rusiya ərazisində onun axtarışından imtina ilə bağlı qərar qəbul edilib”, - mənbə bildirib. 

Prezidentliyə namizəd bıçaqlandı—VİDEO

Braziliyada prezidentliyə namizəd Jair Bolsonaru mitinq zamanı bıcaq xəsarəti alıb. 

Xudaferin.eu “Bloomberg”ə istinadən xəbər verir ki, J. Bolsonarunun oğlu atasının qarın nahiyəsindən xəsarət aldığını bildirib. 

O qeyd edib ki, atasının həyatına təhlükə yoxdur. 

Qeyd edək ki, Braziliyada prezident seçkiləri oktyabr ayında keçiriləcək. J. Bolsonarunun reytinqi digər namizədlərin reytinqlərini üstələyir. 

Xudaferin.eu

Melanya Tramp: "Söz azadlığı vacib olsa da..."

ABŞ-ın birinci xanımı Melanya Tramp bəyan edib ki, “The New York Times” qəzetinin Ağ evdən olan müəllifi öz hərəkətləri ilə ölkəni sabotaj edir. 

Xudaferin.eu CNN-ə istinadən xəbər verir ki, M. Tramp anonim müəllifin öz adını açıqlamasını istəyib: 

“Bu adam öz qorxaq hərəkətləri ilə ABŞ-ı sabotaj edir. ABŞ üçün söz azadlığı vacib olsa da, ölkə mediası dürüst və məsuliyyətli olmalıdır”. 

Xudaferin.eu

Kabildəki partlayışda iki jurnalist öldü

Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayış zamanı 20 nəfər həyatını itirib. Onların arasında jurnalistlər 28 yaşlı Samim Fərəmərz və 23 yaşlı Ramiz Əhmədi də olub. 

Xudaferin.eu xəbər verir ki, bununla bağlı “Tolo News” telekanalının rəsmi “Twitter” hesabında məlumat verilib. 

“Kabildə baş verən partlayışda “Tolo News” iki əməkdaşını itirib. Jurnalistlər Samim Fərəmərz və Ramiz Əhmədi öldürülüb”, - məlumatda bildirilib. 

Политика террора против историко-культурных памятников Азербаджана

 

    Азербайджан является одной из территорий появления человеческой цивилизации. Результаты археологических раскопок тоже показали, что люди, проживающие в этих местах, за всю историю создавали многочисленные памятники. Являющиеся одними из прекрасных жемчужин мировой и восточной архитектуры, большинство этих памятников охраняются до сих пор.