04 September 2018

Abşerondakı karxana sahiblərinə 45 gün vaxt verildi

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) Abşeron yarımadasında fəaliyyət göstərən daş karxanalarının sahibkarları və istismarçılarının nümayəndələri ilə görüş olub.

ETSN-dən Oxu.Az-a verilən məlumata görə, əksər karxana istismarçılarında yerin təkindən istifadə üçün torpaq ayırmaya dair sərəncamların, geoloji və ekoloji sənədlərin olmadığı, istismar başa çatmış sahələrdə rekultivasiya işlərinin aparılmadığı, yataq ayırma hüdudundan kənara çıxıldığı, istismar zamanı norma və qaydalara riayət olunmadığı görüş zamanı diqqətə çatdırılıb.

Rusiyanın dövlət bankı ABŞ-ı tərk etdi

Rusiyanın dövlət maliyyə strukturu olan VTB ABŞ-dakı törəmə şirkətini satıb. 

Xudaferin.eu “İnterfaks”a istinadən xəbər verir ki, “VTB Capital" elə VTB-nin menecmentinə satılıb. 

Bundan sonra “VTB Capital” adını dəyişərək (Xtellus Capital Partners) ABŞ bazarında müstəqil fəaliyyət göstərəcək. 

Anlaşmaya əsasən, “Xtellus Capital Partners” Rusiyanın VTB qrupu üçün ABŞ bazarında broker-diler funksiyasını yerinə yetirəcək. Bu isə bankın müştərilərinə ABŞ bazarında investisiyalara çıxış imkanlarını qoruyub-saxlamağa imkan verəcək. 

Moskva sanksiyaların uzadılmasına fikir verməyəcək

Moskva Avropa İttifaqının Rusiyaya qarşı fərdi sanksiyaları uzatmasına fikir verməyəcək. 

Xudaferin.eu “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Oleq Sıromolotov deyib: 

“Onsuz da bu sanksiyalar müzakirə olunmadan, avtomatik uzadılır. Artıq bir çox ölkələrdə sanksiyaların ləğvi barədə söhbətlər gedir. Sanksiyalar olacaq, ya yox, Rusiya öz yolu ilə inkişaf edəcək və onlara önəm verməyəcək”, - deyə o bildirib.

İŞİD kasıbladı

İŞİD terror təşkilatının gəlirləri 2014-cü ildən 10 dəfə azalıb.

Xudaferin.eu-nun Lenta.ru-ya istinadən xəbərinə görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin operativ məlumat və beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Sergey Beseda deyib.

Onun sözlərinə görə, dörd il əvvəl terrorçuların gəlirləri üç milyard dollar məbləğində qiymətləndirilirdi.

“Hazırda isə İŞİD yaraqlıları ilə 200-300 milyon dollar qazana bilirlər”, - Beseda qeyd edib.

Əfqanıstanda terror qruplaşmasının lideri öldü

Əfqanıstanda “Xakkani şəbəkəsi” terror qruplaşmasının lideri Calaluddin Xakkani ölüb. 

Xudaferin.eu xəbər verir ki, bununla bağlı “Reuters” məlumat yayıb. 

Xakkani uzun sürət xəstəlikdən sonra vəfat edib. 

Bundan öncə də bir neçə dəfə qruplaşma liderinin ölümü ilə bağlı məlumat yayılsa da, hərəkat bunları təkzib edib. 

Xakkani terror qruplaşmasını ötən əsrin 70-ci illərində yaradıb. “Taliban”la birgə bu hərəkat NATO və hökumət qüvvələrinə qarşı partizan mübarizəsi aparır.

Xudaferin.eu

Türkiyədə PKK başçılarından biri məhv edildi

Türkiyədə antiterror əməliyyatı zamanı Bağır Andok ləqəbli terrorçu məhv edilib. 

Xudaferin.eu xəbər verir ki, bu barədə “Anadolu” agentliyi Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına istinadən məlumat yayıb. 

Bildirilir ki, əsl adı Fatih Özden olan terrorçu Hakkari vilayətində keçirilən əməliyyat nəticəsində zərərsizləşdirilib. 

Qeyd olunur ki, F.Özden PKK terror təşkilatının bölgə üzrə məsul şəxsi olub. 

Xudaferin.eu 

Rusiya kosmik gəmisini kosmosda qəsdən zədələyiblər?

Rusiyada “Soyuz MS-09” kosmik gəmisinin üst örtüyünün qəsdən deşilməsi versiyası yoxlanılır.

Xudaferin.eu “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu “Roskosmos” dövlət korporasiyasının baş direktoru Dmitri Roqozin deyib. 

O hesab edir ki, bunu beynəlxalq kosmik stansiyada olan kosmonavtlar və ya astronavtlar edə bilərdi. 

Roqozin bildirib ki, kosmik gəminin üst örtüyüyün yerdə zədələnməsi versiyası da araşdırılır:

“Həmçinin kosmosda qəsdən deşilməsi versiyası var”.