02 September 2018

Avropanın ən böyük infrastruktur layihəsi 2019-cu ildən fəaliyyətə başlayacaq

Avropanın ən böyük infrastruktur layihəsi 2019-cu ildən fəaliyyətə başlayacaq. Bu layihə Heathrow hava limanı ilə Canary Wharf biznes mərkəzini birləşdirəcək.

Xudaferin.eu xəbər verir ki, Elizabeth xətti kimi tanınan marşrutun rəsmi açılışı dekabr ayında olacaq, lakin onun 2019-cu ilin payızında fəaliyyətə başlaması nəzərdə tutulur.

Birləşmiş Ərəb Əmirlikləri ilk kosmik peykini orbitə göndərməyə hazırlaşır—FOTO

Oktyabrın 29-da Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) hazırlanmış və yığılmış ilk kosmik peyk - “KhalifaSat” Yerin orbitinə göndəriləcək.

Xudaferin.eu yerli KİV-lərə istinadla xəbər verir ki, Dubaydakı Məhəmməd ben Rəşid adına Kosmik Mərkəzin mütəxəssisləri tərəfindən hazırlanan peyk ətraf mühitin monitorinqi və qiymətləndirilməsi, qəzaya uğrayan gəmilərin dəqiq yerinin aşkarlanması, həmçinin şəhərsalma, kartoqrafiya və topoqrafiya sahələrində istifadə olunacaq.

ABŞ-da atışma: bir nəfər ölüb, yeddi nəfər yaralanıb

Klivlend şəhərinin (Ohayo ştatı) gecə klublarının birindən odlu silahdan atəş açılması nəticəsində bir nəfər həlak olub, yeddi nəfər yaralanıb.

Xudaferin.eu xəbər verir ki, Associated Press agentliyinin yaydığı məlumata görə, insident gecə saatlarında qeydə alınıb. Hadisə yerinə gələn polis əməkdaşları səkkiz nəfərin yaralandığını aşkarlayıblar. Başından yaralanmış 28 yaşındakı qadın sonradan xəstəxanada ölüb. 19-53 yaş arasında olan digər yaralılar müxtəlif dərəcəli xəsarətlər alıblar.

ABŞ Rusiya və Çinə qarşı yeni hibrid-qırıcı hazırladı

ABŞ-ın “Lockheed Martin” korporasiyası ölkənin Hərbi-Hava Qüvvələrinə beşinci nəsil F-22 Raptor qırıcı təyyarəsinin yeni versiyasını təqdim edib. 

Xudaferin.eu “Defense One” nəşrinə istinadən xəbər verir ki, söhbət təyyarənin hibrid versiyasından gedir. 

Yeni təyyarə özündə F-22 və F-35-in xüsusiyyətlərini cəmləşdirir. Ehtimal olunur ki, bu təyyarə F-35-in elektronikası ilə təchiz olunacaq.

SOCAR Rusiyada mühüm sənədlər imzaladı

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), “Qazprombank” ASC və Rusiya İxrac Mərkəzi Rusiya Federasiyasından ixracın dəstəklənməsi sahəsində gələcək layihələrin effektiv surətdə həyata keçirilməsi məqsədi ilə strateji əməkdaşlıq haqqında razılaşma imzalayıblar.

Azərbaycan Rusiyadan 5 milyard dollarlıq silah alıb

Biz bu gün həmçinin hərbi-texniki sahədə gələcək əməkdaşlığı müzakirə etdik.

Xudaferin.eu-nun xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə danışıqların yekunları üzrə deyib.

İlham Əliyevin sözlərinə görə, “Azərbaycan və Rusiya arasında reallaşdırılan müqavilələr, “daha doğrusu Azərbacyanın Rusiyadan aldığı hərbi məhsullar beş milyard dolları keçir və bu tendensiya artır”.

Türkiyədə qaz və işıq pulu artdı

Türkiyədə elektrik enerjisi və təbii qazdan istifadə haqqı artırılıb.

Xudaferin.eu xəbər verir ki, üç aydan bir elektrik enerjisindən istifadə tariflərini yeniləyən Enerji Bazarı Tənzimləmə Təşkilatı bu dəfə qərarını irəli çəkib - sentyabrın 1-i üçün yeni tarifləri açıqlayıb. 

Məlum olub ki, qurum elektrik enerjisindən istifadə tariflərini 14,6-16,2 faiz aralığında  bahalaşdırıb. 

Belə ki, elektrik enerjisindən istifadə haqqı gündüz saatları üzrə 15 , gecə saatları üzrə 16,2, pik saatlarda isə 14,6 faiz bahalaşdırılıb. 

Rafael Ağayev kolumbiyalı azyaşlını sevindirdi - VİDEO

Kolumbiyadan olan Andres adlı azyaşlı karateçi azərbaycanlı idmançı Rafael Ağayevi görmək istəyindədir.

Xudaferin.eu xəbər verir ki, Andres bu istəyini Kolumbiyadakı TV-lərdən birinə verdiyi açıqlamasında dilə gətirib.

O bildirib ki, 13 yaşı olanda karate üzrə dünya çempionatına gedəcək və orda kumiri olan Rafael Ağayevlə görüşmək istəyir. Həmçinin Andres qeyd edib ki, beşqat dünya və onqat Avropa çempionu olan Rafaeldən görüş təklifi alsa, xoşbəxt olar.

Dağıstanda yaraqlı məhv edildi

Dağıstanın Xasavyurt rayonunda keçirilən anti-terror əməliyyatı zamanı bir yaraqlı məhv edilib.

Xudaferin.eu xəbər verir ki, bu barədə respublikanın hüquq mühafizə orqanlarından bildiriblər.

Toqquşma Toturbiykala kəndi yaxınlığında baş verib. Güc strukturlarının təslim olmaq tələbinə rədd cavabı verən terrorçu öldürülüb.

Xudaferin.eu