01 September 2018

Rusiya və Çin nüvə müharibəsinə hazırlaşır?

Rusiya-Çin birgə təlimlərində nüvə müharibəsinə hazırlıq elementləri yer alacaq.

Xudaferin.eu xəbər verir ki, bu barədə “The Washington Free Beacon” nəşri amerikalı yüksək rütbəli hərbçilərə istinadən məlumat yayıb. 

Məqalədə qeyd olunur ki, ABŞ üçün iki ən böyük təhlükə Rusiya və Çindən gəlir. Eyni zamanda bu iki ölkənin mümkün nüvə müharibəsinə addımlarını necə korrektə edəcəyinin sual altında olduğu vurğulanır. Çünki onların nüvə strategiyaları bir-birindən çox fərqlənir. 

Gürcüstandan Ermənistana sərt qadağa

Sentyabrın 1-dən Gürcüstanda Rusiyadan Ermənistana avtomobil yolları ilə yük daşınmasına, xüsusən də taxıl və taxıl məhsullarının daşınmasına məhdudiyyətlər qüvvəyə minir.

Xudaferin.eu xəbər verir ki, Gürcüstanın gömrük ərazisinə taxıl və taxıl məmulatlarının gətirilməsi və çıxarılması yalnız ölkənin dəniz limanları və dəmir yoları vasitəsi ilə həyata keçirilə bilər. 

Ciddi zərurət yarandığı halda avtomobillə məhdud miqdarda yük daşınmalarına yol verilə bilər.

Gürcüstan Maliyyə Nazirliyi müvafiq əmri 2018-ci il 21 avqust tarixində imzalanıb.

Aİ-nin Rusiyaya qarşı sanksiyalarına qoşulan ölkələrin adı açıqlandı

Ukrayna, Albaniya, Norveç və Çernoqoriya Avropa İttifaqının Krım körpüsünün inşasında iştirak edən 6 şirkətin adını sanksiya siyahısına salmaq qərarını dəstəkləyib.

Xudaferin.eu xəbər verir ki, müvafiq bəyannamə Avropa İttifaqı Şurasının saytında yerləşdirilib. 

Qeyd olunur ki, Avropa İttifaqına namizəd ölkələr olan Çernoqoriya və Albaniya, habelə Avropa iqtisadi zonasının üzvü Norveç, eləcə də Ukrayna bu bəyannaməyə qoşulub.

İyulun 30-da Avropa İttifaqı hüquqi şəxslərin və təşkilatların yer aldığı sanksiya siyahısını genişləndirib.

Lukaşenko əyyaş nazirləri işdən qovdu

Belarus prezidenti Aleksandr Lukaşenko bəzi nazirləri işdən çıxarıb. 

Xudaferin.eu yerli mətbuata istinadən verdiyi məlumata görə, buna səbəb kimi həmin şəxslərin spirtli içkiyə aludəçiliyi göstərilib. 

Lukaşenko həmçinin bildirib ki, yaxınlarda yeni istefalar olacaq. 

Bildirilir ki, baş nazirin müavini Vladimir Semaşko, baş nazirin birinci müavini Vasili Matyuşevski, sənaye naziri Vitali Vovk, maliyyə naziriVladimir Amarin və energetika naziri Vladimir Potupçik işdən çıxarılıb. 

Xudaferin.eu

İraq Rusiya təyyarəsini hava məkanına buraxmadı

İraq hökuməti Rusiya Hava-Kosmik Qüvvələrinə məxsus təyyarəyə ölkənin hava məkanından istifadə etməyə icazə verməyib. 

Xudaferin.eu “Al-Masdar” portalına istinadən xəbər verir ki, Tu-154M təyyarəsi Moskvadan Suriyanın Latakiya əyalətinə uçurdu. 

Bağdadın qadağası üzündən təyyarə ekipajı istiqaməti dəyişərək Latakiyaya İran üzərindən uçmalı olub.

Xudaferin.eu

Şəhriyar növbəti rekorda imza atdı

Ümumdünya Şahmat Federasiyası (FIDE) avqustun yekunlarına əsasən ən güclü şahmatçıların reytinqini açıqlayıb.

Xudaferin.eu xəbər verir ki, Şəhriyar Məmmədyarov Sent Luisdəki superturnirdə uğurlu çıxış etdiyindən reytinq əmsalını yaxşılaşdırıb. 

2820 əmsala malik olan Şəhriyar yalnız norveçli Maqnus Karlsen (2839) və ABŞ şahmatçısı Fabiano Karuanadan (2827) geri qalır. 

Soçi aeroportunda sərnişin təyyarəsi yandı—VİDEO

Moskvadan havaya qalxan “UTair” aviaşirkətinin “Boeing 737” təyyarəsi Soçi hava limanında enişdən sonra çaya yuvarlanıb.

Xudaferin.eu-nun xəbərinə görə, bu barədə şənbə günü, sentyabrın 1-də, şirkətin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.

Laynerin şassiləri və qanadları sıradan çıxıb, mühərriki alovlanıb.

Bildirilir ki, təyyarədə 164 sərnişin və altı ekipaj üzvü olub. Hadisə zamanı 18 nəfər, o cümələdən üç uşaq xəsarət alıb.

Rusiya hüquq-mühafizə orqanları faktla bağlı araşdırmaya başlayıb.

Xudaferin.eu