08 August 2018

Rusiya İran-Ermənistan yolunun tikintisinə hazırlaşır

Rusiya tərəfi İran-Ermənistan dəmir yolunun tikintisi məsələsi üzrə işlərə başlayıb. 

Xudaferin.eu xəbər verir ki, bununla bağlı “Sputnik Ermənistan”ə “Rusiya dəmir yolları” ASC-nin sədrinin birinci müavini Aleksandr Mişarin məlumat verib. 

Onun sözlərinə görə, “Rusiya dəmir yolları” ASC-nin törəmə şirkəti olan “Cənubi Qafqaz dəmir yolları” konsessiya sazişi əsasında Ermənistanın dəmir yolu şəbəkəsini idarə edir və İranla layihənin həyata keçirilməsi vəziyyətində əsas benefisiarlardan biri olacaq. 

Tovuzda iki nəfər minaya düşüb

Tovuz rayonunda minaya düşənlərdən birinin ayağı amputasiya olunub.

Bu barədə Oxu.Az-a açıqlamasında Tovuz Rayon Xəstəxanasının baş həkimi Paşa Muradov bildirilib.

Baş həkimin sözlərinə görə, baş verən hadisədən sonra xəstəxanaya çatdırılan 14 yaşlı mülki şəxs Hüseynov Elgün Fərid oğlunun sol ayağı amputasiya edilib:

Gömrük yığımlarının məbləği artırıldı - CƏDVƏL

Baş nazir Novruz Məmmədov Dövlət Gömrük Komitəsinin, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq “Gömrük yığımlarının məbləğləri”ndə dəyişikliklər edib.

Oxu.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, qərarla gömrük rüsumları artırılıb. 

Belə ki, “Gömrük yığımlarının məbləğləri”ndə aşağıdakı dəyişikliklər edilib:

İspaniya qırıcısı Estoniya səmasında atəş açdı

İspaniya qırıcısının Estoniyanın hava məkanında olarkən təsadüfən raket atəşi açması bu ölkənin Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarələrin Baltik ölkələri üzərində uçuşlarına qadağa qoyulması ilə nəticələnib.

Xudaferin.eu xəbər verir ki, bu barədə Estoniyanın müdafiə naziri Yuri Luyk bildirib. 

Onun sözlərinə əsasən, hadisənin bütün təfərrüatları tam araşdırılana qədər ispaniyalı pilotlar Baltik ölkələrin səmasına buraxılmayacaqlar.

Amerikansayağı “səhv”: əfqan polislər qətlə yetirildi

Əfqanıstanda ABŞ Hərbi Hava Qüvvələrinin səhvən endirdiyi raket zərbəsi nəticəsində yerli polis əməkdaşları həlak olublar.

Xudaferin.eu xəbər verir ki, hədəfə Loqar əyalətindəki polis nəzarət-buraxılış məntəqəsi alınıb. Bu barədə Əfqanıstan DİN-in nümayəndəsi Nəsrət Rahim bildirib.

Zərbə nəticəsində 9 asayiş keşikçisi həlak olub, daha 15-i isə yaralanıb. 

NATO-nun Kabildəki nümayəndəliyi hərbi uçuşun baş tutduğunu təsdiqləyib.

Xudaferin.eu

İŞİD yaraqlıları əməllərinin əvəzini alırlar

İraqın Mərkəzi Cinayət məhkəməsi İŞİD terror qruplaşmasının 5 üzvünə edam hökmü çıxarıb.

Xudaferin.eu xəbər verir ki, bu barədə İraqın Ali Məhkəmə Şurasının nümayəndəsi Əbdül Səttar Birqədər bildirib.

O qeyd edib ki, sözügedən cinayətkarlar qruplaşmanın bir neçə bölməsində fəaliyyət göstəriblər:

“Onlar barəsində Terrorçuluqla Mübarizə haqqında Qanunun 4/1 maddəsinə uyğun olaraq qərar verilib”, - Birqədər deyib.

O əlavə edib ki, terrorçular hökumət qüvvələrinə qarşı Neynava və Ənbarda döyüşüblər.

Ağsu aşırımında uçqun olub

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 132-156-cı kilometrliyində (Ağsu aşırımında) aktiv sürüşmə nöqtələri var.

Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, intensiv yağıntılar zamanı Ağsu aşırımında müəyyən aktivıik müşahidə olunur:

“Avtomobil yoluna sürüşmə ziyan vurmasın deyə mütəmadi olaraq həmin nöqtələr əməkdaşlarımız tərəfindən nəzarətdə saxlanılır”.

Anar Nəcəfli qeyd edib ki, hazırda aşırımda vəziyyət normaldır.

İranda neft şirkətində yanğın: Yaralılar var

Tehrandakı neft şirkətlərindən birinin binasında baş verən yanğın zamanı azı 12 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. 

Xudaferin.eu xəbər verir ki, bununla bağlı IRNA agentliyi yerli təcili yardım xidmətinə istinadla məlumat yayıb. 

Yanğın “Qeshm Oil and Energy Industries Development” şirkətinə məxsus binanın 10-cu mərtəbəsində baş verib. 

Hadisə yerinə yanğınsöndürən və təcili yardım briqadaları cəlb edilib. 

Xudaferin.eu