05 August 2018

Venesuela Prezidentinə sui-qəsd edilib

Avqustun 5-də Venesuela Prezidenti Nikolas Maduroya sui-qəsd edilib.

Xudaferin.eu TASS agentliyinə istinadla xəbər verir ki, Milli Qvardiyanın yaranmasının 81-ci ildönümünə həsr olunmuş mərasimdə çıxışı zamanı Prezident Nikolas Maduronun olduğu tribunaya doğru pilotsuz uçan aparat yönəlib. Lakin polis PUA-nı vaxtında zərərsizləşdirməyə nail olub.

Hadisə nəticəsində Prezident və onun yaxınları xəsarət almayıb. Lakin mərasimin bir neçə iştirakçısı yaralanıb.

Prezident Nikolas Maduro təxliyə edilib və təhlükəsiz yerə aparılıb.

İŞİD Əfqanıstanda məsciddə törədilmiş terror aktına görə məsuliyyəti öz üzərinə götürüb

İŞİD terror qruplaşması Əfqanıstanın Qardez şəhərindəki məsciddə törədilmiş terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Xudaferin.eu “lefigaro.fr” saytına istinadla xəbər verir ki, qruplaşma üzvləri qadın geyimində gizlənərək məscidə daxil olublar və üzərilərindəki partlayıcını işə salıblar.

Qeyd edək ki, terror aktı nəticəsində 35 nəfər həlak olub, 94 nəfər isə yaralanıb. Ölənlərdən 3-ü uşaqdır.

Xudaferin.eu

“Teylor zirvəsindən taxtabiti yuvasına”

 

Və ya Azdramada məmur özbaşınalığına Molla Nəsrəddin baxışı.

“…Ədalətsizlik hökm sürür, vətəndaşların hüquqları pozulur…”

(Ölkə başçısı İlham Əliyevin 8.07.2018-ci il tarixində keçirdiyi müşavirədəki çıxışından)

“Molla Nəsrəddin” jurnalını oxuyub, gözlərinizdən yaş gələnədək “xaxxaaaa...” edib gülən müsəlman bacı-qardaşlar! Elə düşünmə ki, sən mollaya gülürsən, kimə güldüyünü bilmək istəsən güzgüyə bax!”