03 August 2018

Sinoptiklər xəbərdarlıq edir: Leysan yağacaq, dolu düşəcək

Sinoptiklər ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi xəbərə görə, Bakıda, Abşeron yarımadasında və ayrı-ayrı rayonlarda avqustun 6-dək şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Bəzi şimal və qərb rayonlarında avqustun 4-6-da şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi dağ çaylarında sululuğun artacağı bildirilir.

Maestro Niyazinin xatirəsi yad olunub

Avqustun 2-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət Mükafatları laureatı, C.Nehru adına Beynəlxalq Mükafat laureatı Maestro Niyazinin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Rusiya dünyanın ən böyük neft istehsalçısıdır

Rusiya neft istehsalında dünya lideridir.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın Energetika Nazirliyinin məlumatında deyilir. Bildirilir ki, Rusiya may ayında gündəlik 10 milyon 973 min barrel neft istehsal edib və dünyanın ən böyük neft hasilatçısı olub.

May ayında ABŞ gündəlik 10 milyon 442 min barrel, Səudiyyə Ərəbistanı isə sutkada 10 milyon 15 min barrel neft istehsal edib.

ABŞ kəşfiyyatı: Rusiya bizim seçkilərə müdaxiləni davam etdirəcək

Moskva 2018-ci ildə ABŞ Konqresinə keçiriləcək seçkilər ərəfəsində Amerika cəmiyyətinə təsir göstərmək cəhdlərini davam etdirir və Rusiya bunda maraqlı olan yeganə ölkə deyil.

Xudaferin.eu xəbər verir ki, belə bir bəyanatla ABŞ-ın Milli Kəşfiyyat direktoru Deniel Kouts jurnalistlər üçün keçirdiyi brifinqdə çıxış edib.  

“Prezident bizə konkret göstəriş verib ki, seçkilərə müdaxilə və seçkilər prosesinin mühafizəsi prioritet vəzifəmiz olsun. Biz bunu edirik və edəcəyik”, - Kouts deyib.

Rusiya müdafiə nazirinin müavini Yerevana gəldi

Rusiya müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin Ermənistana səfər edib.

Xudaferin.eu xəbər verir ki, A.Fomin Yerevanda Ermənistanın müdafiə naziri David Tonoyanla danışıqlar aparıb. 

“Görüş zamanı iki ölkə arasında siyasi və hərbi münasibətlərin daha da dərinləşməsinin zəruriliyi vurğulanıb. Tərəflər həmçinin Gümrüdəki Rusiya hərbi bazasının fəaliyyətinə də toxunublar”, - Ermənistan Müdafiə nazirliyinin məlumatında deyilir.

Koalisiya Yəməndə tibbi yardım avtomobillərini bombaladı

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiya təyyarələri Yəmənin Hodeyda şəhərində təcili tibbi yardım avtomobillərinə dəqiq zərbələr endirib.

Xudaferin.eu “RİA Novosti”yə istinadla xəbər verir ki, məlumatı husilər hökumətinin Səhiyyə nazirliyinin nümayəndəsi yayıb.

Bomba zərbələri nəticəsində 42 nəfər həlak olub. Onların böyük əksəriyyəti dinc sakinlərdir.

Hakerlər Jirinovskini qarət etdilər

Rusiyanın Liberal-demokrat partiyasının (RLDP) sədri Vladimir Jirinovski, onun oğlu, deputat İqor Lebedev və Dövlət Dumasında RLDP fraksiyası sədrinin birinci müavini Vadim Denqin “Lurk” haker qrupu tərəfindən qarət ediliblər.

Xudaferin.eu Znak.com-a istinadla xəbər verir ki, müvafiq sənədi hakerlərin vəkili təqdim edib. Hüquq mühafizə orqanlarına yaxın mənbələr haker hücumlarının baş verdiyini təsdiqləyiblər. 

Xərçəngdən müalicə üçün təhlükəsiz və effektiv vasitə aşkarlandı

Melburn Universitetinin alimləri aparıcı onkoloq və genetiklərlə birlikdə insan orqanizmində xərçəng hüceyrələrinin inkişafını dayandırmaq və onları tamamilə məhv etmək qabiliyyətinə malik yeni dərman preparatlarını uğurla sınaqdan keçiriblər. 

Xudaferin.eu xəbər verir ki, bu məlumat “MedicalXpress” nəşrində dərc edilib. 

Alimlərin sözlərinə görə, preparatın tərkibindəki molekullar şiş hüceyrələrinin gücləndirilməsinə səbəb olan KAT6A və KAT6B zülallarının fəallığının qarşısının alınmasına səbəb olur. 

Büdcədən maliyyə yardımı alan hüquqi şəxslərin borclanma qaydaları dəyişib

Nazirlər Kabineti 2010-cu il 28 iyul tarixli qərarla təsdiq edilmiş “Dövlət büdcəsindən maliyyə yardımı və ya investisiyayönümlü təxsisat alan, habelə dövlət zəmanəti ilə alınmış borc da daxil olmaqla, dövlət büdcəsi qarşısında öhdəliyi olan hüquqi şəxslərin xarici və ya daxili borclanmasını tənzimləyən Qaydalar”a dəyişiklik edib.

Xudaferin.eu xəbər verir ki, bu barədə qərarı baş nazir Novruz Məmmədovimzalayıb.

Üç xarici şirkətin filialı bağlandı

“Noble Sky Limited” şirkəti Azərbaycan Respublikasındakı filialının ləğv olunduğunu elan  edib.

Oxu.Az “Vergilər” qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, kreditorlar tələblərini
Bakı şəhəri, Nizami rayonu Heydər Əliyev prospekti 90 ünvanına bildirə bilərlər.

Bundan əlavə, “Rhopoint Metrology Limited” və “Sparrows Offshore Services Limited” servis şirkətlərinin Azərbaycandakı filialları ləğv olunublar. 

Oxu.az