21 July 2018

ABŞ-da kater faciəsi: 17 ölü—VİDEO

ABŞ-ın Missuri ştatında yerləşən Teybl-Rok gölündə gəzinti katerinin qəzaya uğraması nəticəsində 17 nəfər ölüb.

Xudaferin.eu “RİA Novosti”yə istinadən məlumat verir ki, qəzaya səbəb göldə tüğyan edən güclü qasırğa olub.  

Qeyd olunur ki, 7 nəfər xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Xudaferin.eu


 

Hava gəmilərinin hissələrini ölkədən çıxarmağa çalışanlar tutuldu - FOTO

Xaçmaz Gömrük İdarəsinin əməkdaşları hava gəmilərində istifadə edilən külli miqdarda cihazın ölkə ərazisindən qanunsuz yolla aparılması cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, həmin cihazlar cinayətkar qrupun üzvü tərəfindən qaçaqmalçılıq yolu ilə Azərbaycandan Rusiyaya aparılarkən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda aşkar edilib. Fakt əsasında Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə cinayət işinin istintaqı aparılıb.

“Instagram”da yeni funksiya

“Facebook” şirkəti istifadəçilərin rahatlığını təmin etmək məqsədilə “Instagram” sosial şəbəkəsinə yeni funksiyanı daxil edib.

Xudaferin.eu IXBT portalına istinadla xəbər verir ki, yeni funksiya zamanı istifadəçilər sosial şəbəkədə olarkən profil şəkillərinin qarşısında yaşıl işıq yanır. 

Bu da istifadəçiyə kimlərlə söhbət edə bilmə imkanının olduğunu göstərəcək. Yaşıl işıq yalnız abunə olduğunuz və sizinlə dost olan şəxslər tərəfindən görünəcək. 

Pentaqon Ukraynaya 200 milyon dollar ayırdı

Pentaqon Ukraynaya müdafiə məqsədləri üçün 200 milyon dollar ayırdığını bəyan edib.

Xudaferin.eu “RİA Novosti”yə istinadla xəbər verir ki, siyahıda öldürücü silahlar yer almayıb.

“Müdafiə nazirliyi Ukrayna Silahlı Qüvvələrinin müdafiə potensialını artırmaq məqsədi ilə əlavə məşğələlər, məsləhətçilərin ləvazimatları və xidmətləri üçün Ukraynaya 200 milyon dollar təqdim edəcək”, - məlumatda bildirilir.

Pentaqonda qeyd ediblər ki, 2014-cü ildən başlayaraq Amerikanın Ukraynaya müdafiə sahəsində göstərdiyi yardımın həcmi 1 milyard dolları ötüb.

“Paramount TV”nin rəhbəri qaradərili qadınları təhqirə görə işindən uzaqlaşdırılıb

ABŞ-ın “Paramount TV” kino şirkətinin rəhbəri Emi Pauell irqçi çıxışlarına görə vəzifəsindən uzaqlaşdırılıb.

Xudaferin.eu Ria-ya istinadən xəbər verir ki, bu addımı labüd edən hadisə əsasən qaradərili aktyorların yer aldıqları “İlk həyat yoldaşları klubu” komediyasının rimeykinin müzakirəsi zamanı baş verirb. 

Pauell qaradərili qadınlar haqqında ümumiləşdirilmiş fikir söyləyib. Bu isə iştirakçılar tərəfindən təhqir kimi qiymətləndirilib. 

Rəqqada ABŞ koalisiyası qurbanlarının minlərlə cəsədi aşkarlandı—VİDEO

Suriyanın Rəqqa şəhərində dinc sakinlərin dəfn edildiyi kütləvi məzarlıqlar aşkarlanıb: ən azından 1200 cəsəd.

Xudaferin.eu “Ren.TV”yə istinadla xəbər verir ki, onların əksriyyəti aviasiya zərbələri nəticəsində dünyalarını dəyişiblər.

Rəqqa Fərat çayının şimal hissəsində yerləşir və razılıq əsasında bu ərazidə yalnız ABŞ-ın başçılıq etdiyi koalisiyanın təyyarələri fəaliyyət göstərib.

İranın neft anbarında partlayış: ölənlər var

İranın qərbində yerləşən neft anbarında meydana gələn partlayış nəticəsində iki nəfər həlak olub, daha iki nəfər itkin düşmüş hesab edilir.

Xudaferin.eu “Fars” agentliyinə istinadla xəbər verir ki, partlayışdan sonra Xomeyn şəhərinin elektrik stansiyası yaxınlığında güclü yanğın baş verib.

Hadisə yerinə Ərak şəhərindən cəlb olunan yanğınsöndürənlər briqadasının rəhbəri bildirib ki, yanğının ciddi fəsadlara yol açacağı istisna olunmur. Bu səbəbdən də əhaliyə hadisə zonasına yaxınlaşmamaq tövsiyə edilib.

Xudaferin.eu

Almaniyada naməlum şəxs sərnişinlərə hücum edib: 14 yaralı

Almaniyanın Lübek şəhərində bıçaqla silahlanmış naməlum şəxs avtobusun sərnişinlərinə hücum edib.

Xudaferin.eu xarici mətbuata istinadən xəbər verir ki, hadisə Lübek şəhəri yaxınlığında baş verib.

Nəticədə 14 nəfər xəsarət alıb. Avtobus sürücüsü sərnişinlərin qaça bilməsi üçün qapıları açdığına görə silahlı şəxsin hücumuna məruz qalıb.

Polis hücum edən şəxsi saxlayıb. Nəşrin yazdığına görə, saxlanılan şəxs əslən İrandandır. Onun təxminən 35 yaşı var.

Xəsarət alanların ikisinin vəziyyəti ağırdır.

Xudaferin.eu

Azərbaycan tankçıları Moskvaya yola düşüb

“Beynəlxalq Ordu Oyunları - 2018” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak etmək üçün Azərbaycan tankçıları Moskva şəhərinə yola düşüb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Rusiyanın Alabino hərbi poliqonunda üç mərhələdə keçiriləcək “Tank biatlonu” müsabiqəsində 31 ölkədən komanda iştirak edəcək.

Müsabiqə iyulun 28-dən avqustun 11-dək keçiriləcək.

Xudaferin.eu