19 July 2018

Georgi Tsereteli: ATƏT regionunda müstəqil medianın və peşəkar jurnalistikanın inkişafına böyük ehtiyac var

ATƏT regionunda müstəqil medianın və peşəkar jurnalistikanın inkişafına böyük ehtiyac var. Müstəqil media və peşəkar jurnalistlər olmadan demokratiya da olmur.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Parlament Assambleyasının (PA) prezidenti Georgi Tsereteli söyləyib.

Gələcəkdə uşaqların genetikası dəyişdirilə bilər

Uşaqların genetik modifikasiyası Böyük Britaniya alimləri arasında mübahisələrə səbəb olub.

Xudaferin.eu “The Guardian” qəzetinə istinadla xəbər verir ki, Nuffield Bioloji Etika Şurası bununla bağlı hesabat dərc edib. Qeyd olunub ki, insan rüşeymində DNT-nin dəyişdirilməsi uşağın maraqlarına uyğun olduğu təqdirdə “mənəvi cəhətdən yolveriləndir”. Söhbət valideynlərin arzusu ilə dünyaya genetik modifikasiya olunmuş xüsusi istedadlı körpələrin gətirilməsindən gedir.

Bakının mərkəzi küçələrində səs-küy səviyyəsi normadan bir neçə desibel çoxdur

Azərbaycanda ən çox ekoloji problemi olan ərazi Abşeron iqtisadi-coğrafi rayonudur. Bura həm istehsal vasitələri, həm də əhali ilə həddən artıq yüklənib. Son dövrlər əhalinin bu rayonun ərazisinə axını vəziyyəti daha da qəlizləşdirib. Belə ki, ölkə əhalisinin 40 faizi Abşeron yarımadasında cəmləşib. Abşeron yarımadasında torpaqların, neftlə çirklənmiş su hövzələrinin təmizlənməsi aparılır. Buna baxmayaraq, torpaq və su hövzələrinin neftlə çirklənməsi davam edir. Tikinti sənayesi də ekoloji problemlər yaradır. Abşeron yarımadasının relyefi mürəkkəbdir.

Bakı-Batumi neft kəmərinin bir hissəsi Gürcüstanın mədəni abidələri siyahısına daxil edilib

Bakı-Batumi neft kəmərinin Gürcüstanın qədim paytaxtı Mtsxeta şəhərində yerləşən aralıq nasos stansiyası Gürcüstanın daşınmaz mədəni abidələri siyahısına daxil edilib.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bununla əlaqədar Gürcüstanın Mədəni Abidələrin Mühafizəsi üzrə Milli Agentliyinin direktoru Nikolaz Antidze müvafiq əmr imzalayıb.

İtaliya yüklərinin dəmir yolu ilə Azərbaycandan keçməklə Mərkəzi Asiyaya sınaq daşımalarına başlanılır

“ADY Konteyner” şirkəti İtaliyadan gələn yüklərin Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə İran və ya Mərkəzi Asiya ölkələri və Çinə nəql edilməsi üçün sınaq daşımalarına başlayır.

Bu barədə “ADY Konteyner” şirkətinin direktoru Natiq Cəfərov AZƏRTAC-a eksklüziv açıqlamasında deyib.

“Mirzə Şəfi Vazeh dövrünün Gəncə xalçaları” adlı rəsm müsabiqəsinə hazırlıq işləri aparılır

İyulun 18-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) əməkdaşları tərəfindən şəkil çəkmək bacarığı olan azyaşlı oxucular üçün Azərbaycan Xalça Muzeyinə ekskursiya təşkil olunub.

Şimali Kipr sahillərində batan gəmidən 102 nəfər xilas edilib, 19 cəsəd tapılıb

Türkiyənin hərbi gəmiləri Şimali Kipr sahillərində təxminən 30 kilometr aralıda batmaqda olan gəminin köməyinə cəlb olunub.

Xudaferin.eu Anadolu agentliyinə istinadla xəbər verir ki, gəmidə 150-yə yaxın qaçqın olub. Onlardan 102 nəfəri xilas edilib. Vəziyyəti ağır olanlar hərbi helikopterlərlə Şimali Kipin Girnə şəhərindəki xəstəxanaya daşınıb. Axtarış nəticəsində 19 cəsəd tapılıb. Təxminən 25 nəfərin axtarışı davam edir.

Xudaferin.eu

Badmintonçularımız Nigeriyada beynəlxalq turnirdə iştirak edirlər

İyulun 18-də Nigeriyada badminton üzrə "Lagos İnternational-2018" beynəlxalq turniri başlayıb.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, turnirdə ölkəmizi Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni təmsil edirlər.

Təmsilçilərimizdən Ezmi Qovimuramadhoni mübarizəyə daha erkən qoşulacaq. Təsnifat mərhələsinin ilk görüşündən azad olan Ezmi ikinci mərhələdə nigeriyalı badmintonçular Kabiru Sarkin-Miri Adamu - Folorunşo İlesanmi Opeyori cütünün qalibi ilə üz-üzə gələcək.

Kiyevdə Müslim Maqomayev bağı açıldı

İyulun 18-də Kiyevdə yeni bağın açılışı olub. Yaşıl zolağı Azərbaycan artisti və bəstəkarı Müslim Maqomayevə həsr ediblər.

Xudaferin.eu “İnformator”a istinadla xəbər verir ki, təntənəli açılış mərasimində Azərbaycanın və Ukraynanın mədəniyyət nazirləri Əbülfəs Qarayev və Yevgeni Nişuk, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və digər şəxslər iştirak ediblər.

Bağın açılışı Maqomayevin 75 illik yubileyinə həsr edilib.

Kabus şəhər 1,4 milyona satıldı

ABŞ-ın Kaliforniya ştatında yerləşən və heç kimin yaşamadığı Kerro-Qordo şəhəri 1,4 milyon dollara satılıb.

Xudaferin.eu CNN-ə istinadla xəbər verir ki, şəhər 1865-ci ildə gümüş mədəni yaxınlığında salınıb və bir müddət ştatda gümüş və qurğuşun hasilatında lider olub.

Daşınmaz əmlak agentinin sözlərinə görə, bu şəhər “vəhşi Qərbin” ayrılmaz hissəsinə çevrilib:
“Bir zamanlar burada orta hesabla hər həftə bir nəfər qətlə yetirilirdi”.

Azərbaycan Gürcüstanda NATO-nun təlimlərində iştirak edəcək

Bu ilin 1-15 avqust tarixlərində Gürcüstanda NATO-nun “Etibarlı tərəfdaş 2018” çoxmillətli hərbi təlimləri keçiriləcək.

Xudaferin.eu Gürcüstanın Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, hərbi təlimlərdə 13 ölkə iştirak edəcək.

Vaziani hərbi və Norio təlim bazasında keçiriləcək hərbi təlimlərdə 3000 hərbçi, ABŞ hərbi aviasiyası və Almaniya hərbi texnikası da cəlb olunacaq.

Əfqanıstan Rusiyadan üzrxahlıq tələb etdi

Əfqanıstan səfiri Rusiyadan 1979-cu ildə ölkəsinə ordu yeridilməsinə görə üzr istəməsini tələb edib.

Xudaferin.eu-nun verdiyi xəbərə görə, o, bu addımın iki ölkə arasındakı münasibətlərin “dərinləşməsinə və möhkəmlənməsinə xidmət edəcəyinə” əmindir.

Əfqanıstanın Rusiyadakı səfiri Əbdül Qəyyum Kuçaq SSRİ-nin Əfqanıstanla münasibətlərdə 2 səhvə yol verdiyini bildirib. 

Onun sözlərinə görə, birinci səhv 1978-ci ildə buraxılıb. O zaman SSRİ Əfqanıstanın “marionet” hökumətini tanıyıb.

Mattarella: İtaliya Qarabağ problemi ilə bağlı öz dəstəyini göstərəcək

İtaliya ATƏT-ə sədrlik çərçivəsində Azərbaycanın Dağlıq Qarabağ problemi ilə bağlı öz dəstəyini göstərəcək.

Xudaferin.eu-nun məlumatına görə, bunu İtaliya prezidenti Sercio Mattarella Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatla çıxışında deyib.

“Bildiyiniz kimi, mən İtaliyanın Azərbaycana səfər edən ilk prezidentiyəm. Bundan çox böyük məmnunluq duyuram. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin dəvəti ilə Azərbaycana gəlmişəm və dəvətə görə Sizə bir daha təşəkkürümü bildirirəm.